Azərbaycanda kartof-soğan nə vaxt ucuzlaşacaq?

Azərbaycanda kartof-soğan nə vaxt ucuzlaşacaq?Ekspertlər Rusiya-Ukrayna münaqişəsini nəzərə alaraq kənd təsərrüfatı məhsullarının idxal və ixracının dünya bazarındakı ölkələr üzrə tənzimlənməsinin vacib olduğunu bildirilər. Mütəxəssislər kartof və soğanla bağlı yaxın müddət üçün Azərbaycanda ciddi problemin və ya ajiotajın olacağını gözləmirlər.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Son bir ay ərzində bazarlarda kartof və soğanın qiymətində bahalaşma müşahidə edilir. Maraqlı məqam ondan ibarətdir ki, bu məhsulların qiyməti günbəgün artır. Məsələ ilə bağlı müxtəlif səbəblər göstərilir. Bunlardan biri Rusiya ilə Ukrayna arasındakı münaqişədir ki, Azərbaycana idxal edilən kartofun böyük əksəriyyətinin bu ölkələrdən gəldiyi heç kimə sirr deyil. Mövcud durumla bağlı Azərbaycan üçün bazar dəyişib və hazırda İran və Pakistandan gətirilən məhsullar müştərilərə təqdim olunur. Əlbəttə ki, bazarın dəyişməsi məhsulun qiymətinə təsirsiz ötüşməyə bilməz. Qiymət artımında digər bir səbəb kimi payızlıq əkinə qonşu ölkələrin bazarlarında tələbatın çox olması göstərilir. Amma təbii ki, əsas məqam mövsümlə bağlıdır. Uzun illərdir Azərbaycanda kartof və soğanın qiyməti yaz aylarında bahalaşır. Lakin payızlıq əkin bazara çıxdıqdan sonra qiymətin aşağı düşməsi müşahidə edilir. Bəs indiki durumda ekspertlər hansı proqnozu verirlər?

Payızda çıxan məhsul bitmək üzrədir

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, Azərbaycanda hər il mövsümi olaraq kartof və soğanın qiymətlərinin dəyişməsi hiss olunur: "Bu, bəlli bir vaxta qədər davam edir. Son bahalaşmanı Rusiya-Ukrayna münaqişəsinə bağlayırlar. Düzdür, bu ölkələrdən idxalımız var və zaman-zaman mövsümdən asılı olaraq ixracımız da olur. Amma bütün hallarda hesab edirəm ki, kartof və soğanın qiymətindəki artım mövsümə bağlıdır. Belə deyək, payızda çıxan məhsul bitmək üzrədir, anbarlarda qalıq azalır".

"Ajiotajın olacağını gözləmirəm"

C.İbrahimli vurğuladı ki, Bərdə, Ağdam və Tərtər rayonlarında payızda əkilən soğanın yığımına yaxın günlərdə başlanacaq: "Yəqin ki, ayın sonuna qədər məhsul yığımı başlayacaq. Eyni zamanda da Cəlilabad rayonunda payız əkini olan kartofun yığımına başlanacaq. Hesab edirəm ki, yeni məhsul bazara çıxdığı vaxta qədər qiymətlərin yüksəlməsi və ya yüksək qalması davam edəcək. Lakin sonrakı dövrdə, yəni bazara yeni məhsulların gələcəyi andan qiymətlərin düşəcəyi gözlənilir. Digər, bölgə ilə bağlı prosesləri isə hələ ki istisna edirəm. Çünki Azərbaycanın bəlli dönəm üçün yetərli qədər istehsalı olacaq. Eləcə də payızda yazlıq əkinin məhsulları bazara çıxacaq. Ona görə də kartof və soğanla bağlı yaxın müddət üçün Azərbaycanda ciddi problemin və ya ajiotajın olacağını gözləmirəm".

Soyuducu anbarlar çox olmalıdır ki...

İqtisadçı-ekspert Rauf Qarayev bildirdi ki, dünyada bahalaşma prosesi sürətlə gedir: "Bu da kənd təsərrüfatı məhsullarının qiymətində ciddi problemlər yaradır. Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşmasına gəlincə, bu məsələdə bir neçə səbəb var. Bunlardan biri odur ki, ölkəmizdə əkilən məhsullar, əsasən, Rusiya bazarlarına gedir və daxili tələbatı ödəmək üçün İrandan, Pakistandan kartof almalı oluruq. Yəni görünən odur ki, əkilən məhsul daxili tələbatı tam ödəmir və məhsulun qiyməti artmağa başlayır. Dəfələrlə qeyd etmişik ki, məhsulun qıt olmamağı üçün soyuducu anbarların sayını artırmaq lazımdır. Amma ölkəmizdə anbarlar az olduğundan ora qoyulan məhsullar da bazara çıxarıldıqda qiymətə təsir etmir. Yəni anbarların az olması qiymətin yüksək olmasına gətirib çıxarır. Digər amil isə anbarlarda texniki dəstək qiymətinin də yüksək olmasıdır. Azərbaycan kənd təsərrüfatı dərmanlarını da xaricdən alır və bu da qiymət artımına təsir edən amillərdəndir".

Satış və alış necə tənzimlənməlidir?

Ekspertin sözlərinə görə, əvvəllər Azərbaycana kartof, əsasən, Belarusdan, Rusiyadan, Ukraynadan gəlirdi, amma indi Pakistandan, İrandan gəlir: "Yəni hazırda Ukrayna kartofunu Pakistan əvəz edir. Düzdür, məsafə baxımdan ora uzaqdır, amma itirilmiş bir bazarı digəri ilə əvəz etməyə məcburuq. Bu da qiymət artımına təsir edir. Ümumiyyətlə, Rusiya ilə Ukrayna arasındakı savaş onu göstərir ki, kiçik ölkələr belə mövcud vəziyyətə hazır olmalıdır və bir mərkəzdən alğı-satqı etməməlidir. Misal üçün, biz taxılın və unun 40 faizini Rusiyadan alırıq. Sabah Rusiya desə ki, taxıl və un satmıram, o zaman avtomatik olaraq taxıl məhsulları bahalaşacaq. Bunu nəzərə alaraq idxal və ixrac dünya bazarındakı ölkələr üzrə tənzimlənməlidir".

R.Qarayev soğanın bahalaşmasına da aydınlıq gətirərək deyib ki, bu, kənd təsərrüfatında düzgün proqnozlaşmanın olmamasından irəli gəlir: "Sahibkarın xarici bazara çıxışının məhdudlaşması, soğan saxlamaq şəraitinin məhdud olması səbəblərindən kəndli soğanı az əkir. Hesab edirəm ki, buna baxmayaraq, may ayında soğanın qiyməti aşağı düşəcək. Yəni bu sahədə qiymətlərin qalxması müvəqqəti xarakter daşıyır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1846   Tarix: 17 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

24 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb

Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai

29 sentyabr
.

Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA

Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi

23 sentyabr
.

Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək

"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml

26 sentyabr
.

Bakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn

28 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal materialları və süni intellekt (AI) sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib. "Report" İtaliyanın Müəssisələr və "Made in Italy" Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr italiyalı nazi

29 sentyabr
.

Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu

26 sentyabr
.

ADY: Astara Terminalında yük aşırılması 30 % artıb

Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur. Təkcə bu ilin avqust ayı üzrə müvafi

22 sentyabr