Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı?

Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı?Ekspertlər deyirlər ki, rəqəmsal manatın ən böyük müsbət tərəfi pulun dövriyyəsinə nəzarət mexanizminin gücləndirilməsidir. Hara, nə qədər, kim tərəfindən ödənişlər olunur? Vergidən yayınmanın qarşısı alınır, kölgə iqtisadiyyatı aradan qaldırılır.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Milli valyutanın rəqəmsal formasının yaradılması təcrübəsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən xəbərlər alırıq. Çin, Türkiyə, Yaponiya və s. ölkələrin adı bu siyahıda var. Avropa Mərkəzi Bankının məlumatlarında bildirilir ki, yaxın 5 ildə Avropa öz rəqəmsal avrosunu yaratmaq niyyətindədir.

"Artıq rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Hökumətdə bu barədə danışıqlar gedir", - bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda deyib. Rəqəmsal manatın yaradılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) hələ aprel ayında məlumat vermişdi. Bildirilmişdi ki, rəqəmsal manat üçün infrastrukturun yaradılması istiqamətində işlərə başlanılıb.

"Kütləvi şəkildə icrası mümkün deyil"

İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, beynəlxalq səviyyədə tətbiq edilən rəqəmsal innovativ həllərlə paralel Azərbaycanda da bu istiqamətdə işlər görülməlidir: "İstənilən innovativ həllərin tətbiqi müsbət haldır. Bəzi ölkələrdə rəsmən kriptovalyutaların tətbiq edildiyi dövrdə yaşayırıq. Buna görə də, milli valyutanın rəqəmsal formasının dövriyyəyə buraxılması zərurətdir. Çünki bunun özünün müxtəlif faydaları var. Hazırda bunun kütləvi şəkildə həyata keçirilməsi, təbii olaraq mümkün deyil, amma tədricən başlanılmalıdır. İllər üzrə strategiya hazırlanmalı, zamanla birinin həcmini azaltmaq, digər tərəfin həcminin artırılması ilə proses icra olunmalıdır".

Maarifləndirmə, yenə də maarifləndirmə

E.Əmirov deyir ki, rəqəmsal manat dövriyyəyə buraxılarkən görülməli olan işlər var: "İnsanları psixoloji olaraq bu prosesə hazırlamaq, maarifləndirmə aparmaq lazımdır. Ölkəmizdə bank kartlarının sayı 10 milyonu keçib. O bank sahiblərinin əksəriyyəti marketlərin qarşısındakı bankomatdan pullarını çıxarırlar, sonra alış-veriş edib, ödənişləri nağd şəkildə həyata keçirirlər. Maaş, pensiya, digər ödənişlər köçən kimi kartdan çəkib evdə saxlayır. Ölkə əhalisinin böyük əksəriyyəti nağdsız ödənişlərə inanmır, bu və ya digər formada müəyyən etibarsızlıq nümayiş etdirirlər. Belə bir dönəmdə rəqəmsal manatın yaradılması müxtəlif prosedurları zəruri edir ki, onlardan birincisi maarifəndirmədir".

İqtisadiyyatın "ağardılması"nda rolu

E.Əmirov bildirdi ki, rəqəmsal valyutanın çox böyük faydaları olacaq: "Nağdsız ödənişlərin təşviq edilməsi və insanların bu sahədə fəaliyyətinin artırılması istiqamətində dövlət bir sıra layihələr həyata keçirir. "ƏDV gerial" layihəsi də bu prinsiplə həyata keçirilir. Nağdsız ödənişlər dövlətə nəzarət imkanı verir. Rəqəmsal valyutanın tətbiqinin iqtisadiyyatın "ağardılması"nda, kölgə iqtisadiyyatının həcminin azaldılmasında müstəsna əhəmiyyəti olacaq. Rəqəmsal manatın dövriyyəyə buraxılmasının ən böyük müsbət tərəfi pulların dövriyyəsinə nəzarət mexanizminin gücləndirilməsidir. Hara, nə qədər, kim tərəfindən nə cür ödənişlər olunur? Vergidən yayınmanın qarşısı alınır, kölgə iqtisadiyyatı aradan qaldırılır. Rəqəmsal manat pula daha yaxşı nəzarət etmək üçün dövlətə gözəl üstünlük verir".

"İdarə edən Mərkəzi Bank olmalıdır"

İqtisadçının sözlərinə görə, rəqəmsal manatın dövriyyəyə buraxılması Mərkəzi Bank tərəfindən həyata keçirilməlidir: "Çünki manatın dövriyyəyə buraxılması Mərkəzi Bank tərəfindən həyata keçirilibsə, rəqəmsal manat da eyni qurum tərəfindən icra edilməlidir. Pul kütləsinin idarə edilməsi, monetar siyasətin həyata keçirilməsi vahid mərkəzdən aparılmalıdır ki, prosesin sistemli şəkildə idarəsi, tənzimlənməsi, koordinasiyası daha rahat və fəsadsız ötüşsün".

Digər bankların rolu nə olacaq?

Digər bankların rolunun necə olacağına gəlincə, E.Əmirov bunları söylədi: "Nağdsız ödənişləri formalaşdırmaqdan ötrü müxtəlif istiqamətlərdə tədbirlər görülür. Bu proseslərdə də ölkədə fəaliyyət göstərən banklar bu və ya digər formada iştirak edirlər. Digər bankların prosesə birbaşa müdaxiləsi və iştirakı mümkündür, amma bu məsələni mütləq şəkildə Mərkəzi Bank əlində saxlamalıdır ki, hər iki qəbildən olan valyutanı idarə edə bilsin. Bankların rolunun necə olacağına gəlincə, bu rol birbaşa Mərkəzi Bank, yaxud hökumət tərəfindən hansısa banka hər hansı rolların, öhdəliklərin, iştirakçılığın verilməsindən asılı olaraq formalaşa bilər".

İtkilərlə üzləşməmək üçün...

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, hökumət uzunmüddətli dövrdə rəqəmsallaşmanı iqtisadi hədəf olaraq qarşıya qoyubsa, elektron manatın yaradılması ortamüddətli dövrün əsas məsələlərindən biri kimi qarşıya qoyula bilər: "Çünki dünya bu istiqamətdə gedir. Yəqin ki, 2035-2040-cı illərdə tədavüldə kifayət qədər rəqəmsal valyutalar olacaq. Azərbaycan bu prosesdən geri qalmaqla müəyyən itkilərlə üzləşə bilər. Ona görə, Azərbaycan da bu prosesin iştirakçısı olmalı, rəqəmsal manat yaradılmalıdır. İndiki halda rəqəmsal valyuta yaradılması ilə bağlı dünyada geniş təcrübələr yoxdur. Müəyyən araşdırmalar, təhlillər aparılır. Azərbaycanda da dünya təcrübəsi - yaradılan mexanizmlər, qanunvericilik çərçivəsi, nəzarət imkanları, təhlükəsizlik tədbirləri və s. dərindən təhlil olunmalıdır. Ona uyğun olaraq da digər istiqamətlərdə mövqe ortaya qoyulmalıdır".

"Bu, bir çağırışdır"

R.Həsənov bildirdi ki, bu, eyni zamanda cəmiyyətin rəqəmsal bacarıqlarından asılı olaraq effekt verən mexanizmdir: "İndiki halda bunun üçün kifayət qədər əlverişli mühit var" desək, doğru olmaz. Çünki cəmiyyət Azərbaycanda kifayət qədər rəqəmsal bacarıqlara yiyələnməyib. 10 milyondan artıq kart var. Onun ən yaxşı halda 1-1,5 milyonu nağdsız əməliyyatlardan istifadə edir. 90 faizi kartdakı pulu nağdlaşdırıb istifadə edir. Ancaq bu o demək deyil ki, Azərbaycan bu prosesə başlamamalıdır. Bu, bir çağırışdır, bu çağırışa indiki halda adekvat mövqe ortaya qoyulmazsa, uzunmüddətli dövrdə prosesdən geridə qala bilərik".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2550   Tarix: 17 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrin sığortalanmasına dair məlumat bazasının yaradılması istiqamətində işlərə başlanılıb". xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AII

25 iyun
.

Azərbaycanda əhalinin gəlirləri nə qədər artıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 milyard 699.8 milyon manata çatıb. xəbər bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumatda qeyd olunub ki, əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artıb

10 iyun
.

Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb

Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd çox, ötən ilin mayın 1-nə nisbətən 1,

30 may
.

Qramı 290 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR

Qızıl bazarında son dövrlər nəzərəçarpacaq durğunluq yaranıb. Dünya bazarlarında qiymətli metalın bahalaşması yerli bazarda da özünü göstərir. Bu isə həm alıcı fəallığının azalmasına, həm də satışların əvvəlki dövrlərlə müqayisədə zəifləməsinə səbəb olub. -in məlumatına görə, qızıl mağazalarının sahiblər

3 iyun
.

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərind

11 iyul
.

ABŞ-ın yeni tarif siyasəti: Azərbaycan üçün fürsət, yoxsa risk? - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə ABŞ administrasiyasının tətbiq etdiyi yeni tariflər qlobal ticarətdə yenidən gərginliyi artırıb. Vaşinqtonun bir sıra ölkələrdən idxal olunan məhsullara 10-12,5 faiz həcmində yeni rüsumlar tətbiq etməsi beynəlxalq təchizat zəncirlərinə, istehsal xərclərinə və dünya bazarlarında qiymətlər

6 avqust
.

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 25,2 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu il iyunun 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

27 iyun
.

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans

3 iyul
.

Sahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız

Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini

4 avqust