Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: Önləyici kurs

Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: Önləyici kursAzərbaycan iqtisadiyyatı bu ilin birinci rübünü major notda başa vurub: ÜDM 6,8 % artıb, qeyri-neft sektorunda 10,3 %, qeyri-neft sənayesində isə 18,1 %-lik artım qeydə alınıb.

Mövzu ilə bağlı "Report"un analizini təqdim edirik:

Göründüyü kimi, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kurs öz bəhrəsini verməkdədir. Ölkədə yaradılan sənaye parkları, sahibkarlara verilən güzəştlər və subsidiyalar, investisiya təşviqi sənədləri və digər tədbirlər ölkədə biznesin inkişafına təkan verib.

Məsələn, ildən-ilə sənaye parklarının iqtisadiyyatdakı rolu artır. Sənaye parklarına investisiyalar artıq qeyri-neft sektoruna qoyulan investisiyaların 23,8 %-nə çatıb. Bütün dövr ərzində onların rezidentləri 6,3 milyard manatlıq məhsul istehsal edib, 2 milyard manatlıq ixracat həyata keçiriblər.

İstehsalın və ixracın artım templəri sürətlə yüksəlir. Ən parlaq nümunələrdən biri Sumqayıt Kimya Sənaye Parkıdır. Keçən il sənaye parkının rezidentləri 700 milyon ABŞ dollarından çox dəyərində məhsul ixrac ediblər - bu, onların son 10 ildəki ixrac göstəricisi ilə eynidir!

Ümumilikdə isə ötən il sənaye parklarından məhsul ixracı 138 %, istehsal isə 76 % artıb. Qeyd olunmalıdır ki, bu tendensiya təkcə sənaye parklarında yaşanmır, digər sənaye məhsullarının da ixracı artır.

2022-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 60 %-dən çox, ixrac isə iki dəfə artıb. Enerji qiymətlərinin bahalaşmasının da buna təsir etməsinə baxmayaraq, qeyri-neft ixracı da yüksək artım templərini göstərir - 45 %.

Önləyici tədbirlər

Ötən il Azərbaycanda ÜDM artımı 3,4 % səviyyəsində proqnozlaşdırılırdı və yekunda 5,6 % təşkil etdi. Bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılandan 6,3 % (418 milyon manat) çox olub və 7 milyard manatı ötüb. Dövlət Vergi Xidməti üzrə daxilolmalar proqnozlaşdırılandan 23,8 %, Dövlət Gömrük Komitəsi üzrə isə 23,7 % artıq olub.

Faktiki iqtisadi artım göstəriciləri proqnozları qabaqlayır və bu da bir çox amil ilə bağlıdır. Məsələn, iqtisadiyyatın "ağardılması", əlverişli biznes və investisiya mühiti. Bütün bunlar qeydiyyatdan keçmiş müəssisələrin, vergi və gömrük daxilolmalarının artmasına, investisiyaların cəlb edilməsinə şərait yaradır.

Dövlət büdcəsinin gəlirləri proqnozdan artıqdır? Deməli, yeni layihələrə, ehtiyatların artırılmasına yönəldilə bilən izafilik var. Dövlət Neft Fondundan vəsaitə tələbat getdikcə azalır ki, bu da maliyyə "təhlükəsizlik yastığının" artırılmasına imkan verir, indiki gərgin şəraitdə (dünyada istehsal və təchizat zəncirlərindəki qırılmalar, yüksək inflyasiya və s.) isə qənaət edilən hər manat çox önəmlidir.

İqtisadi artım templəri gözləntiləri üstələyir? Deməli, sahibkarlar özlərini rahat hiss edirlər, hazırlanmış strategiyalar, imzalanan fərman və sərəncamlar effektivdir, kağız üzərində qalmırlar, həyata keçirilirlər. Birinci rübün yekunlarına əsasən, büdcə vəsaitlərinin 99 f%-indən istifadə edilib ki, bu da daha bir yaxşı göstəricidir. Dövlət maşını işləyir, özü də səmərəli işləyir.

Bu ilin birinci rübünün yekunlarına görə, Azərbaycanda ÜDM-in nominal həcmi rekord (ilin ilk rübləri üçün) səviyyəyə - 30 milyard manata çatıb. Bu, həm də qeyri-neft ÜDM-i üzrə rekord hesab olunur - 15 milyard manat.

ÜDM-in yarıdan çoxu sənayenin payına düşür. Eyni zamanda, bu sahədə istehsalın və göstərilən xidmətlərin həcmi 20,6 milyard manat təşkil edib ki, bu da bir il əvvəlkindən 3,9 % çoxdur. Əsas artımı qeyri-neft sektoru təmin edib - il ərzində 18,1 %, neft sənayesi isə 1,1 % artıb. Sevindirici haldır ki, sənaye istehsalının və xidmətlərin böyük hissəsi (87,5 %) özəl sektorun payına düşür.

Əhalinin gəlirlərinin (18,9 %) və istehlak tələbinin (4,4 %) artması fonunda ölkədə emal sənayesində məhsul istehsalı artır. Özü də Dövlət Statistika Komitəsinin məlumatına görə, içkilərin (spirtli içkilərin bəzi növləri), tekstil məmulatlarının, ayaqqabı və dəri məmulatlarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri sahələri istisna olmaqla, bütün sahələrdə artım qeydə alınıb.

Fəal gündəm: Qarabağa diqqət

İlin əvvəli ölkədə iqtisadi hadisələrlə zəngin olub. Əhəmiyyətli hadisələrdən İranla Zəngəzur dəhlizinə dair sazişi, "Masdar" və "ACWA Power" şirkətləri ilə günəş və külək elektrik stansiyalarının tikintisinə dair sazişi, Rusiya ilə müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməni və s. fərqləndirmək olar.

Bundan başqa, Prezident İlham Əliyev Ukrayna, Rusiya və Belçikaya səfərləri nəzərə almasaq, Gəncə, Ağdam, Tərtər və Ağcabədi rayonlarına səfər edib. Bölgələrə səfərlər zamanı onlarla obyekt açılıb. Bu baxımdan Qarabağın bərpası ilə bağlı işləri xüsusi qeyd etmək istərdim.

Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülüb. Füzuli Beynəlxalq Hava Limanı, mehmanxanalar, yaşayış binaları və inzibati binalar, yeni yollar, bərpa edilmiş mədəniyyət və memarlıq abidələri - görülən işlərin sürəti və keyfiyyəti bütün dünyanı heyrətə gətirib.

Qarabağın bərpası sürətlə gedir. Bu il üçün 2,2 milyard manat vəsait ayrılıb ki, onun da təqribən 16 %-i artıq istifadə olunub. Ötən il də bu məqsədlər üçün 2,2 milyard manat vəsait ayrılmışdı.

Ötən il Qarabağ iqtisadi rayonunda 146, bu il isə 32 müəssisə yaradılıb. Şərqi Zəngəzur iqtisadi rayonunda bu rəqəmlər müvafiq olaraq 44 və 7 təşkil edib. Aprelin 1-nə olan vəziyyətə görə, bu iqtisadi rayonlarda 5 704 müəssisə, 80 574 fərdi sahibkar fəaliyyət göstərir. Hazırda bu iki iqtisadi rayonun payına ölkədə qeydiyyatdan keçmiş bütün müəssisələrin təxminən 2-3 %-i (fərdi sahibkarlar baxımından isə 6 %-i) düşür. Elə də yüksək rəqəm deyil, amma yeni müəssisələrin açılmasının artım tempinin bəzi rayonların göstəricilərini üstələdiyini nəzərə alsaq, vəziyyətin tezliklə dəyişəcəyini ehtimal etmək olar.

Qarabağın inkişafında bərpa olunan enerji mənbələri sferası xüsusi yer tutur. Ölkədə alternativ enerji mənbələrinin potensialı 26 min MVt-dan artıqdır və bu həcmin 9 min MVt-dan çoxu Qarabağın payına düşür. Yəni ölkədə bərpa olunan enerji mənbələrinin potensialının üçdə birindən bir qədər çoxu işğaldan azad edilmiş ərazilərdə yerləşir.

Təsadüfi deyil ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına dair müşavirədə çıxışı zamanı bu sahəyə istər xarici, istərsə də yerli özəl kapitalın cəlb edilməsinin vacibliyini qeyd edib.

Bu gün mövcud qlobal problemlər fonunda Azərbaycan iqtisadiyyatı yüksək sabitlik və xarici dəyişikliklərə çevik uyğunlaşmaq qabiliyyəti nümayiş etdirir. Yüksək artım göstəriciləri və qabaqlayıcı templər buna bariz nümunədir.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1613   Tarix: 18 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

24 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb

Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai

29 sentyabr
.

Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA

Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi

23 sentyabr
.

Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək

"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml

26 sentyabr
.

Bakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn

28 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal materialları və süni intellekt (AI) sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib. "Report" İtaliyanın Müəssisələr və "Made in Italy" Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr italiyalı nazi

29 sentyabr
.

Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu

26 sentyabr
.

ADY: Astara Terminalında yük aşırılması 30 % artıb

Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur. Təkcə bu ilin avqust ayı üzrə müvafi

22 sentyabr