Tanınmış jurnalistin evi yandı - FOTO
Tanınmış jurnalist Azər Həsrətin Xaçmazın Dədəli kəndində yerləşən evi yanıb.
Sonxeber.az yenisabah.az-a istinadən xəbər verir ki, bu haqda jurnalist özü məlumat verib.
O bildirib ki, evin birinci mərtəbəsi tamamilə yanıb:
"İllərdir Dədəlidə işıq qeyri-sabit verilir. Onun üzündən evlərdə müxtəlif cihazlar sıradan çıxır. Dünən də işıqla oynayıblar. Yanıb-sönmələr çox olub. Gərginlik sabit olmayıb. Bunun nəticəsində bizim evdə soyuducu alışıb. Mən çatanda ev artıq yanırdı. Qonşular sağ olsun. Köməkləşib söndürdük və yanğınsöndürən gələndə alovu lokallaşdırmışdıq artıq. Onlar əlavə tədbirlər gördülər, yanğın tam söndürüldü. Evin 1-ci mərtəbəsi təmiz zay olub. Mebellər yanıb. Divarlar, tavan dağım-dağımdır. Yanmayan yerlər də qapqara his içindədir. 2-ci mərtəbəni də hiss basıb, amma zərər dəymiş sayılmaz".





Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1713 Tarix: 09 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bulvarda oğurluq edən şəxslər saxlanıldılar
Səbail rayonunda oğurluq hadisələri qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, vətəndaşlardan birinin Dənizkənarı Milli Park ərazisindəki oturacağın üzərinə qoyduğu çantasından 190 manat pul, bank kartları və şəxsi sənədləri, digərinin isə ödəmə terminalınd
13 dekabrYeni il bayramında qar yağacaq? - AÇIQLAMA
Yeni ilə sayılı günlər qalmışkən, paytaxt sakinlərini ən çox maraqlandıran suallardan biri Bakıya qarın yağıb-yağmayacağıdır. Xüsusilə 2015-2016-cı illərin məşhur qarlı günlərini xatırlayanlar bu dəfə də eyni ab-havanın olacağına ümid edirlər. Bəs qarşıdan gələn bayram günlərində ölkə ərazisində hav
14 dekabrGöygöldə avtomobil aşıb: Ölən var
Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan KIA markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedovu vurub
14 dekabrUcarda canavarlar kəndə hücum ediblər
Ucarda vəhşi heyvanlar kəndə hücum ediblər. APA-ya istinadla xəbər verir ki, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib. Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar altı baş qoyunu parçalayıblar. Ev sahibinin dediyinə görə, ona təxminən 2 500 mana
12 dekabrKişi həyat yoldaşını və bacanağını öldürüb, hadisə yerindən qaçdı
Adıyamanda dəhşətli qətl hadisəsi baş verib. türk mediasına istinadən xəbər verir ki, Besni rayonunun Aşağısarhan məhəlləsində A.S. adlı şəxs naməlum səbəbdən həyat yoldaşı, 4 uşağının anası Selvi S.-ni və bacanağı Muharrem Arslanı silahla vuraraq qətlə yetirib. Hadisədən sonra A.S. dərhal ərazidən qaçara
12 dekabrSirr dolu ölüm: Üç nəfər mindikləri maşından iki nəfər çıxdılar
Türkiyənin Manisa vilayətinin Kırkağaç rayonunda dostları ilə birlikdə spirtli içki qəbul etdikdən sonra avtomobildə yatan 30 yaşlı şəxs ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, Kırkağaçda fermerliklə məşğul olan Cengiz Akman dünən dostları Şabettin A. və Tufan G. ilə Şair Eşref məhəlləsindək
15 dekabr