DİN-dən ƏMƏLİYYAT: 80 nəfər həbs olundu

DİN-dən ƏMƏLİYYAT: 80 nəfər həbs olunduSuraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 95 nəfər saxlanılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 80-i barəsində məhkəmə tərəfindən həbs, 15-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 21 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılardan 11-i birbaşa olaraq Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin satışına nəzarət edən şəxslər olublar.
Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Yeni Günəşli qəsəbələrində yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından, kitabxanalarda silsilə oğurluqlar edən, habelə binalarda liftlərin əyləc dolaqlarını qarət edən 9 cinayətkar qrupun 14 nəfərdən ibarət üzvü saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 36 ev və obyektdən pul, qızıl-zinət, məişət və digər əşyalar oğurladıqları müəyyən edilib.
Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3098   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr
.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

20 min manata yaxın aliment borcu olan ata həbs edildi

Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. -a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib

18 oktyabr
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

4 oktyabr
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

11 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr