Yaşlı kişinin gənc arvadından dəhşətli əməl: "Qonşuyla sanitar qovşaqda..." - Bakıda şok

Yaşlı kişinin gənc arvadından dəhşətli əməl: "Qonşuyla sanitar qovşaqda..." - Bakıda şokBakıda 1957-ci il təvəllüdlü Nəsimi şəxsi münasibətlər zəminində arvadı Zəminəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Sonxeber.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə 25 oktyabr 2021-ci ildə baş verib.

Nəsimi həmin gün saat 15 radələrində rəsmi nikahda olduğu arvadı Zəminə ilə birgə yaşadıqları evdə növbəti dəfə mübahisə edib.

Mübahisə zamanı Nəsimi Zəminəyə ailəyə qayğı göstərməməsi, eləcə də guya başqa kişi ilə ona xəyanət etməsinə dair iradlarını bildirib. O, Zəmininənin bu iradlara kobud cavab verməsindən əsəbləşib, onu öldürmək qərarına gəlib. Mənzilin eyvanındakı saxlanc yerində olan çəkici götürüb və yataq otağında olan Zəminəyə yaxınlaşaraq baş nahiyəsinə qəfildən bir neçə dəfə ardıcıl zərbələr vurub.

Otaqdan çıxmağa çalışan Zəminənin müqavimətini qırmaq üçün onun baş nahiyəsinə həmin çəkicin dəmir hissəsi ilə zərbələr vurmaqda davam edib.

Zəminə onu itələyərək yaşadığı mənzildən çıxıb və yataqxananın dəhlizi ilə qaçıb. Nəsimi arxasınca qaçaraq dəhzildə ona daha bir zərbə vurub. Qonşuların müqaviməti, həmçinin Zəminəyə vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatı xilas olub.

İstintaq orqanı tərəfindən Nəsiminin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Arvadım məni günahkar sayırdı"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsimi elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, 1983-cü ildə Nigarla ailə həyatı qurub və həmin nikahdan iki övladı olub: "2009-cu ildə Nigarla boşandım və o, 2021-ci ildə COVİD-19 virusuna yoluxaraq öldü. Nigarla birgə nikahdan olan oğlum Əli 2005-ci ildə avtoqəza nəticəsində ölüb, qızım Səmayə isə ailə həyatı qurub. Nigarla boşanmağıma səbəb əsasən Rusiya Federasiyasında yaşamağım və oğlum Əlinin avtoqəza nəticəsində öldükdən sonra evdə yaranmış narazılıq olub.

Nigar ailəmin üstündə olmamağımı bəhanə gətirərək oğlum Əlinin ölümündə psixoloji olaraq məni günahkar sayırdı. Boşandıqdan sonra qızım Səmayə ilə əlaqə saxlasam da, gediş-gəlişlərimiz olmayıb".

"Uşağı xəstəxanadan məndən xəbərsiz çaxardı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2010-cu ildə Zəngilan rayonundan olan həmyerlisi Zəminə adlı qadınla ailə qurub: "Birgə nikahdan 2011-ci ildə qızım Səidə anadan oldu. Zəminə ilə nikahda olduğum müddətdə tikintilərdə fəhləlik etməklə ailəmi saxlamışam. Aramızda ilkin narazılıq övladımız Səidə doğulandan sonra başladı.

Narazılığa səbəb yeni doğulmuş övladımı məndən xəbərsiz xəstəxanadan baldızım Sevincin çıxararaq evinə aparması oldu. Zəminə həmin ərəfədə mənə zəng edərək Səidənin vəziyyətinin ağır olduğunu dedi, təcili məni Sevincin evinə çağırdı.

Körpəni Sevincin evindən Yasamal rayonu ərazisində yerləşən Pediatriya İnstitutuna apardım. Bağırsaqlarında olan tutulmalarla bağlı onu reanimasiya şöbəsinə yerləşdirdim. Səidə bir müddət stasionar xəstəxanada qaldı və müalicə olundu.

Səidəni evə gətirəndən sonra Zəminə ilə aramızda ona qızıl-zinət əşyalarının alınmaması ilə bağlı mübahisələrimiz oldu. Zəminəyə əsəbləşərək bir ata kimi uşağımı xəstəxanadan çıxarma sevincini yaşaya bilmədiyimi, ata kimi övladımı özüm çıxarmaq istəyimi bildirdim".

"Özüm-özümə qulluq etdim"

Nəsimi qeyd edib ki, Zəminə ilə münasibətlərinin pozulmasına səbəb eyni zamanda onda onkoloji xəstəliyin aşkarlanması və keçirdiyi əməliyyatla bağlı olub:

"Həmin xəstəlik məndə 2015-ci ilin oktyabrında tapıldı. Şüa terapiyası qəbul etdim və 2016-cı ilin aprelində əməliyyat olundum. 2017-ci ildə prostat vəzidən də əməliyyat olundum. 2016-cı ilin dekabrınadək Zəminə mənə qayğı göstərdi. 2017-ci ilin əvvəlindən isə artıq mənə heç bir diqqət yetirmədi. Həyat yoldaşı kimi davranmadı. Mənə evdə yemək verilmədi, paltarlarım yuyulmadı, özüm-özümə qulluq etdim".

"Hərəkətləri məni bezdirdi"

Nəsimi qeyd edib ki, Zəminə özü 2016-cı ildən bir şirkətə işə qəbul olub və orada xadimə kimi işləyib: "Xəstə olmağımdan istifadə edərək artıq məni saymadı. Qızım orta məktəbin şagirdi idi. Amma son iki ildə pandemiya ilə əlaqədar məktəbə getmirdi.

Daha sonra məktəblər açıldı. Zəminə Səidəni məktəbə aparıb-gətirdi. Hər gün səhər saatlarında işə gedib, günorta fasilədən sonra evə gəlirdi. Bəzi vaxtlar evə gəlmir, ya da mənə demədən istədiyi vaxt evə gedib-gəlirdi. Artıq Zəminənin hərəkətləri məni bezdirmişdi".
Ətraflı

"Şübhələrim məni narahat etdi"

Təqsirləndirilən şəxs deyib ki, 2016-cı ildən sonra Zəminənin qohumları belə onlara ayaq basmayıb: "Yalnız Zəminə özü qohumlarının evinə gedib-gəlirdi.

Hadisədən bir ay əvvəl Zəminənin yataqxanada yaşayan, boşanmış Valeh adlı şəxslə əlaqəsinin olmasından şübhələndim. Həmin ərəfədə Zəminə qızım Səidə ilə bacısının evinə getmək adı ilə evdən çıxaraq getmişdi. Təxminən 20 dəqiqə sonra dəhlizdə səs eşitdim. Çıxarkən dəhlizdə alaqaranlıqda uşaq gözümə dəydi, yaxınlaşdıqda qızım Səidənin olduğunu gördüm.

Səidəyə yaxın gələndə o, "ana, ana" deyərək səslədi, Zəminə ilə Valeh isə dəhlizin baş hissəsində yerləşən sanitar qovşağı tərəfindən birgə çıxdılar. Yaxınlaşarkən əlimlə onun saçından tutdum, divara söykədim. Başını divara vurmaq istədim. Səidənin Zəminənin ayağına sarılıb, "ana" deyib qışqırması məni dayandırdı.

Zəminə qorxusundan səsini çıxarmadı. Bu vaxt Valeh də kənardan "ay qonşu, mənəm" dedi. Valehin sözlərinə məhəl qoymadım. Zəminə isə mənə bu barədə artıq bir söz demədən birlikdə evə keçdik.

Hadisə gününədək evdə vəziyyət bir qədər də kəskinləşdi. Zəminənin hərəkətini qəbul edə bilmədim. Valehlə əlaqəsinin olub-olmamasını bilməsəm də, şübhələrim məni narahat etdi. Özümün aldadıldığımı hiss etdim.

Yataqxananın dəhlizi qaranlıq olduğundan mənzilin giriş qapısı tərəfdən lampa asdım. Lakin Zəminə dəhlizin qaranlıq qalması üçün həmin lampanı vuraraq sındırdı. Hətta dəhlizdə olan yardımçı otağın qapısını düzəltdirərək qıfıl vurdurdum. Zəminə həmin otaqda olan lampanı da sındırdı. O, paltarları yuyub, həmin yardımçı otaqda qurudurdu. Zəminəyə yaşadığımız mənzilin eyvanı olduğunu və paltarları eyvanda qurutmasını dedim. Həyat yoldaşımın bu hərəkətləri beynimi qarışdırdı. Özümü ələ ala bilməyərək nə edəcəyimi bilmədim".

"Çəkiclə zərbələr vurdum"

Nəsimi qeyd edib ki, 25 oktyabr 2021-ci ildə məktəb pandemiya ilə əlaqədar bağlandığından Zəminə Səidəni onlayn dərs keçməsindən ötrü bacısı Vəfanın yaşadığı evə aparıb:

"Zəminə günortadan sonra evə gələndə son bir ayda evdə olan hadisələrin, eləcə də evə gecələr gəlməsi və ya heç gəlməməsinin uşağın tərbiyəsinə pis təsir etdiyini, gələcəkdə övladımın ailəsində problem yaranmasına səbəb olacağını dedim. Zəminəyə iradımı bildirdim və onun düzəlməsini tələb etdim. Amma Zəminə yaxşı etdiyini, mənim ona artıq lazım olmadığını dedi, yataq otağına keçdi.

Həmin vaxt əsəblərimi cilvolaya bilmədim. Qonaq otağında olan eyvana çıxaraq çəkici götürdm və Zəminənin olduğu yataq otağına keçdim. Sağ əlimdə olan çəkiclə Zəminəyə yaxınlaşdım, ondan bu hərəkətlərinə son qoyub-qoymayacağını soruşdum. Əsəbi cavab qaytardığı üçün çəkiclə ona ilk zərbəni endirdim. Zəminə həmin vaxt ayaq üstə idi. Söhbət apara bilməyim üçün əlimdəki çəkiclə əvvəl onu yavaş vurdum. Zərbədən sonra sifətimə əl atarkən əlimdəki çəkiclə ikinci zərbəni vurdum.

Zəminə məni əli ilə itələdi. Özünü qorumağa çalışsa da, ardıcıl şəkildə zərbələr vurmaqda davam etdim. Evin qapısından məhəlləyə düşməməsi və qonşuların bilməməsi üçün onu əlimlə saxlamağa cəhd etdim. Lakin məni itələdi, əlimdən çıxaraq dəhlizə çıxdı. Biz beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşadığımıza görə, Zəminənin arxası ilə yataqxananın dəhlizinə çıxdım. Onu dəhlizdə vurmadım. Pilləkənin başında çataraq iki dəfə də orada çəkiclə vurdum.

Zəminənin arxası ilə 3-cü mərtəbədən 2-ci mərtəbəyə düşən pilləkənin yarısınadək qaçdım. Onun "bacımgilə çatdırın" sözlərini deyərək qışqırdığını, ətrafda yaşayan və səsə çıxan qonşuların ona köməklik etdiklərini gördüm".

Nəsimi bildirib ki, bundan sonra otağa qayıdaraq çəkici qonaq otağının pəncərəsinə qoyub və üzünə su vuraraq ayılmağa çalışıb: "Həmin gün gecə saatlarınadək parkda gəzdim. Daha sonra Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə getdim, cinayəti könüllü etiraf etdim. Hərəkətlərimdən çox peşmanam".

"Evə baxmadı, övladını unutdu"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zəminənin sözlərinə görə, Nəsimi ilə münasibətlərinin pozulmasının əsas səbəbi onda bədxassəli onkoloji xəstəliyin aşkarlanması və həmin xəstəlikdən keçirdiyi əməliyyatları olub: "Xəstəlik Nəsimidə 2015-ci ilin oktyabrında tapıldı. Həmin vaxtdan şüa terapiyası qəbul etdi. 2016-2017-ci illərdə cərrahi əməliyyatlar keçirdi.

Xəstəlikdən sonra demək olar ki, evə baxmadı, bizimlə ümumiyyətlə maraqlanmadı, işi ancaq səhər parka gedib, gecə saatlarında evə qayıtmaq oldu. Evə ərzaq almadı, ümumiyyətlə övladını sanki unutdu. Ona görə qızımı özüm böyüdüb, boya-başa çatdırmaq üçün artıq 2016-cı ildə işləmək qərarına gəldim".

"Bağışlamıram"

Nəsiminin onu öldürməyə cəhd etməsindən danışan zərərçəkmiş deyib ki, Valehlə xəyanət etməsi barədə iddialar yalandır: "Valeh əvvəllər bizimlə qonşuluqda yaşasa da, təxminən 2-3 il olar oradan köçüb. Bildiyimə görə, Valeh indi Füzulidə yaşayır. Qardaşı Rasim bizimlə eyni mərtəbədə ayrı mənzildə yaşayıb.

Valeh 2021-ci ildə dəqiq xatırlamadığım vaxtda evinin açarını müştəri olan zaman göstərilməsi üçün bizə vermişdi. Bir dəfə mənə zəng edərək evə baxmağa müştərinin gəldiyini, amma bizi tapmadığını dedi. Mən də Valehə işdə olduğumu, Nəsiminin isə səhərlər parka getdiyini bildirdim.

Bu səbəbdən Valehin sözü ilə evə nəzarət olunması üçün mənzilin açarını bacımla qonşuluqda yaşayan gəlinləri Fəridəyə verdim. Mənim Valehlə bir dəfə bu məsələ ilə bağlı telefon danışığım olub. Başqa heç bir əlaqələrimiz, qadın-kişi münasibətlərimiz olmayıb.

Nəsiminin əxlaqım barədə dediklərini qəbul etmirəm. Bu söz-söhbətlərin hamsı uydurmadır. Heç bir halda mənə qarşı etdiyim belə qəddar hərəkətə görə bağışlamıram. Ona görə də onun ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyirəm".
Nəsimi 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1997   Tarix: 15 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Odun sobasını yandırmağa çalışan yeniyetmə canından oldu

Muğlanın Seydikemer rayonunda kömür sobasının alovlanması nəticəsində ağır xəsarət alan 11 yaşlı Ceylin Öztürk xəstəxanada vəfat edib. türk mediasına istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Seydikemerin Yayla Ceylan məhəlləsində baş verib. Məlumata görə, evdə kömür sobasını alışdırmağa çalışa

9 fevral
.

İsmayıllıda maşın 36 yaşlı piyadanı vurdu

İsmayıllıda avtomobil piyadanı vurub. -ın məlumatına görə, hadisə rayonun Xanagah kəndi ərazisində qeydə alınıb. Belə ki, fevralın 7-də saat 2 radələrində Zaur Bilalov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 36 yaşlı Cavad Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdə

7 fevral
.

Həmin şagirdin sinif yoldaşı: "Dünən liseydə dedi ki…"

Hazırda "İdrak" liseyinin darvazaları bağlıdır, kənar şəxslər içəri buraxmırlar. "Yeni Sabah"ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qapı polis nəzarəti ilə açılır və liseyin həyətinə yalnız valideynlər və şagirdləri götürməyə gələn yaxınları buraxılır. Şagirdlər evə göndərilir

8 fevral
.

Helikopter qəzaya uğradı - Ölənlər var - VİDEO

Liviyanın cənub-şərqindəki Kufra şəhərində helikopter qəzası baş verib. xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub. Kufra meri Məhəmməd Əbdürrəhim Bumeriz helikopter qəzasında həyatını itirənlər üçün başsağlığı mesajı paylaşıb. Qəzanın baş vermə səbəbi açıqlanmayıb. [youtube]. [/youtube]

10 fevral
.

Şagird nə üçün müəllimini güllələdi? -Hadisə ilə bağlı ŞOK DETALLAR

Bakıda yerləşən İdrak liseyinin riyaziyyat müəllimi Şəhla Kamilovaya silahlı hücum edən şagird hadisədən bir müddət əvvəl sosial şəbəkələrdə şiddət və silahla bağlı məzmunlar paylaşan onlayn oyun və qruplarda fəal olub. Bu barədə -a etibarlı mənbə məlumat verib. Belə ki, bundan əvvəl məktəb administrasiyas

7 fevral
.

Sahildə gəzərəkən meyit gördü, ilk iş telefona sarıldı - VİDEO

Muğlanın Dalaman rayonunda sahildə kişi meyiti tapılıb. türk mediasına istinadən xəbər verir ki, Dalgakıran adlanan ərazidə sahil boyunca gəzən bir şəxs qum üzərində hərəkətsiz uzanmış birini görərək vəziyyəti dərhal 112 təcili yardım xidmətinə bildirib. Hadisə yerinə polis və tibb briqadaları cəlb olunub

9 fevral
.

Göyçayda qohumları ilə dalaşan kişi infarktdan öldü

Göyçayda qohumları ilə dalaşan kişi ölüb. -a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 78 yaşlı Səyyar Orucəli oğlu İsmayılov yaşadığı evdə qaynı 60 yaşlı Əziz Namiq oğlu Qurbanov və 57 yaşlı Vahid Ərəstun oğlu Kərimov ilə münaqişə edib. O, bundan sonra infarkt keçirərə

7 fevral
.

Həvəskar balıqçıların tilovuna balaca köpəkbalığı düşdü - VİDEO

Türkiyənin Çanaqqala vilayətinin Ayvacıq rayonunda maraqlı hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, həvəskar balıqçılıqla məşğul olan Ozan Ölmez və Aykut Bayramın tilovuna balaca köpəkbalığı düşüb. Dənizə atdığı tilovda hərəkət hiss edən Aykut Bayram balığı çəkərkən böyük təəccüb yaşayıb

9 fevral
.

Yolda qarşısını kəsdiklərinə görə 2 nəfəri öldürdü: "Qürur duyuram" - VİDEO

Türkiyənin Niğde vilayətində yol-nəqliyyat hadisəsi səbəbindən iki tərəf arasında yaranan mübahisə qanlı insidentlə nəticələnib. Hadisə zamanı Hamza C. silahla atəş açaraq iki nəfərin ölümünə, bir nəfərin isə ağır yaralanmasına səbəb olub. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, tərəflə

9 fevral