İqtisadçıdan BƏDBİN PROQNOZ: "Qara dənizin bloklanması Cənubi Amerika və Afrika ölkələri üçün ciddi təhlükədir"

İqtisadçıdan BƏDBİN PROQNOZ: "Qara dənizin bloklanması Cənubi Amerika və Afrika ölkələri üçün ciddi təhlükədir"Ötən gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbəri Aksim Ştayner Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukrayna ətrafındakı vəziyyətin yaratdığı artan inflyasiya və faiz dərəcələrinin 70 ölkədə defolta səbəb ola biləcəyini deyib.

Məsələ ilə bağlı Sonxeber.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov açıqlama verib.

O bildirib ki, Rusiyaya qarşı olan ölkələr siyahısında Qərb dövlətlərini, Aİ, Böyük Britaniya və ABŞ-ı nəzərdə tutmaq olar:

"Əslində, real vəziyyət onu deməyə əsas verir ki, faktiki olaraq, Rusiyaya qarşı defolt elan olunub. İqtisadi terminologiyaya görə, defolt hansısa bir dövlətin, yaxud da iqtisadi sistemin öz borclarını ödəyə bilmədiyi barədə rəsmi məlumat verməsinə deyilir. Rusiyanın yüz milyardlarla qızıl valyuta ehtiyatlarına həbsin qoyulması, vəsaitlərinin dondurulması və s. amillər onu göstərir ki, həmin Qərb ölkələri Rusiyaya qarşı əslində öz ödəmə qabiliyyətlərinin olmamasını bildirirlər. Sadə dil ilə desək, onlar Rusiyaya olan borclarını verməmək barədə qərar veriblər. Bu da o deməkdir ki, artıq həmin ölkələr Rusiyanın suveren qızıl valyuta ehtiyatlarına həbs qoyublar. Ona görə də, faktiki olaraq, defolt baş verib.

Bu, heç bir halda Rusiyanın defolt olması demək deyil. Çünki Rusiya Federasiyası açıq şəkildə öz rəsmilərinin dili ilə bildirir: "Bizim qanuni suveren qızıl valyuta ehtiyatlarımız var. Əgər siz onlardan istifadə etməyimizi qeyri-mümkün etmisinizsə, o zaman artıq biz sizə olan borclarımızı ödəyə bilməyəcəyik. Siz bizim vəsaiti dondurmusunuzsa, biz sizə borcunuzu necə ödəyə bilərik?!"

Amma buna baxmayaraq, Rusiya bu vaxta qədər öz öhdəliklərini ödəməkdədir. Nəticədə isə ABŞ artıq may ayının 25-dən Rusiya vəsaitinə bundan əvvəl qoyulmayan həbslə bağlı da məhdudiyyət tətbiq edib. Belə olan halda Rusiyanın reaksiyası, təbii ki, gözlənilən formada olub. Onlar ödənişləri rublla həyata keçirəcəklərini bildiriblər".

E. Məmmədov bir çox ekspertlərimizin məsələni qarışdırdıqlarını və bunu Rusiyanın süqutu kimi təqdim etməyə çalışdyıqlarını təəssüflə qeyd edib:

"Amma bu, qətiyyən belə deyil. Çünki son nəticədə, sözügedən Qərb ölkələrinin Rusiya ərazisindəki aktivlərinin həcmi həmin yüz milyardlardan da çoxdur. Mən hesab edirəm ki, bu, Rusiya iqtisadiyyatı üçün heç də fəlakət deyil. Sözsüz ki, Rusiyaya bunun mənfi təsirləri olacaq. Çünki texnoloji nöqteyi-nəzərdən son onilliklər ərzində geriləmə olub. Onu da deyim ki, Rusiyanın təbii ehtiyat resurslarından istifadədə xüsusilə Aİ-yə qoyulacaq məhdudiyyət Avropa iqdisadiyyatı üçün çox ciddi problemlərin olmasını qaçılmaz edir".

Eyni zamanda, dərin iqtisadi böhranla yanaşı, ərzaq böhranı da Cənubi Amerika və Afrika ölkələrində gözlənilir. Çünki ərzaq, eləcə də kənd təsərrüfatı bazarında Rusiyanın payı olduqca böyükdür. Rusiyanın ixracata məhdudiyyətlər qoyması, Qara dənizin bloklanması Ukraynanın ixracatına çox ciddi təsir göstərməkdədir. Bunlar istər Avropa, istərsə də Cənubi Amerika və Afrika ölkələri üçün olduqca ciddi problemlərin olmasını qaçılmaz edir".

Aysel SƏFƏRZADƏ


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2000   Tarix: 26 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb

Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl

22 sentyabr
.

Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını

1 oktyabr
.

Azərbaycanda dörd qanun ləğv ediləcək

Azərbaycanda dörd qanun ləğv ediləcək. -ın məlumatına əsasən, "Aqrar sahə haqqında" yeni qanun layihəsi qüvvəyə mindikdən sonra aşağıdakı qanunlar ləğv olunacaq:. - "Taxıl haqqında" Azərbaycan Respublikasının Qanunu;. - "Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu;

2 oktyabr
.

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 milyon 106 min ABŞ dolları dəyərində 540 min 918,5 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 76,3 milyon ABŞ dolları (13,6 , həcm baxımından isə 1 433 ton (0,

22 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Bakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn

28 sentyabr