Azərbaycanda ana övladına ağır cəza istədi: "Tez çıxsa..."

Azərbaycanda ana övladına ağır cəza istədi: "Tez çıxsa..."Gəncə şəhərində 1975-ci il təvəllüdlü Məhərrəm 1935-ci il təvəllüdlü anası Gülənbərə xəsarət yetirib.

Sonxeber.az Teleqraf.com-a istinadən bildirir ki, istintaq orqanı tərəfindən Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərərvurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zaur Hünbətovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm özünü Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi üzrə yox, Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.

Məhərrəm qeyd edib ki, anası Gülənbər və qardaşı Zakirlə birlikdə yaşayıb: "Son zamanlar anam və qardaşım yaşadığımız evdən mənə düşən mülkiyyət payından onların xeyrinə imtina etməyimi tələb ediblər. Mən də onlarla razılaşmırdım. Bu səbəbdən bir neçə dəfə mübahisələrimiz oldu. Onlarla münasibətim baş tutmadığı üçün evin ikinci mərtəbəsində tək yaşamışam. Anam və qardaşım isə evin birinci mərtəbəsində yaşayıblar".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü spirtli içki qəbul edib və yaşadığı evə olub:

"Həmin vaxt anam Gülənbər qardaşımı bir neçə dəfə çağırdı. Qardaşım cavab vermədiyi üçün əsəbləşib birinci mərtəbəyə düşdüm, qardaşıma irad bildirdim. Bunun üstündə aramızda mübahisə oldu, dava elədik. Qardaşım yerdən daş götürərək evin həyətində başıma vurdu, alın nahiyəmdən xəsarət aldım. Zakirin məni döymək isitədiyini gördüm. Onun üzərinə getdim, yumuruqla vurmaq istədim. Anam bizi aralamaq istəyəndə yumruğum onun üz nahiyəsindən dəydi. Yaşlı qadın olduğu üçün o, özünü saxlaya bilmədi və pilləkəndən yerə yıxıldı".

Məhərrəm deyib ki, bundan sonra qardaşı Zakir evdən gedib: "Mən yerə yıxılmış yaşlı anamı qucağıma götürdüm və evdə çarpayısına uzatdım. Özüm isə sərxoş vəziyyətdə olduğum və özümü yaxşı hiss etmədiyim üçün otağıma getdim, yatdım.

Bir saat sonra qardaşım Zakir məndən şikayət etdiyi üçün polis əməkdaşları gəldi, məni polis idarəsinə dəvət etdilər. Onlarla Nizami rayon Polis İdarəsinə getdim".

Məhərrəm ifadəsinin sonunda məhkəmədən himayəsində azyaşlı iki əkiz və iki yetkinlik yaşına çatmayan uşaqları olmasını nəzərə alınmasını istəyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Gülənbərin ifadəsinə görə, oğlanları ilə yaşayır: "Kiçik oğlum Məhərrəm son zamanlar tez-tez içki içir, evdə mənimlə mübahisə yaradırdı. Ona görə də digər oğlum Zakirlə birlikdə evin birinci mərtəbəsində, Məhərrəm isə tək 2-ci mərtəbədə yaşayıb.

Hadisə günü saat 15 radələrində Məhərrəm evin ikinci mərtəbəsində içki içdi. Mən isə evin birinci mərtəbəsində yatdım. Həmin vaxt böyük oğlum Zakir isə evdə deyildi. Məhərrəm sərxoş vəziyyətdə evin birinci mərtəbəsinə gələrək mənimlə mübahisə etməyə başladı. Ona içki içməyi irad tutdum. Məhərrəm daha da əsəbləşərək üzərimə gəldi, sinəmin üstünə çıxaraq sifətimə və bədənimin müxtəlif nahiyələrinə dayanmadan yumruqla vuraraq məni döydü".

Zərərçəkmiş şəxs qeyd edib ki, bundan sonra oğlu Zakir yaşadığı evə gəlib: "Üzümdə və bədənimin müxtəlif nahiyələrindəki xəsarətləri gördü. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng mərkəzinə və Nizami rayon Polis İdarəsinə bu barədə məlumat verdi. Polis İdarəsində araşdırma aparıldı, oğlum Məhərrəm barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi Nizami rayon məhkəməsinə göndərildi.

Nizami rayon məhkəməsinin hökmü ilə Məhərrəm Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. Hökmdən narazı qaldığım üçün Gəncə Apellyasiya Məhkəməsinə vəsatət verdiM. Məhərrəmə daha ciddi cəza verilməsini xahiş etdim. Çünki Məhərrəm azadlığa çıxdıqdan sonra yenə də məni döyüb, xəsarət yetirəcəyindən qorxdum".

Gülənbər bildirib ki, Məhərrəm 2019-cu ildə onu döyüb və xəsarət yetirməsi ilə əlaqədar məhkəmədə işlərinə baxılarkən onu bağışlayıb: "Buna baxmayaraq o, əməllərindən əl çəkmədi. Məhərrəmin hərəkətlərindən artıq bezmişəm. Ona ən ağır cəza verilməsini istəyirəm".

Məhərrəm 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3749   Tarix: 29 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr
.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

11 oktyabr
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr
.

Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video

Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar

8 oktyabr
.

Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - FOTO

Xırdalanda 20 yaşlı gənc binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. "Trend"ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Belə ki, Cavid Yusifov beşinci mərtəbədən yıxılaraq həyatını itirib. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır

17 oktyabr
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

11 oktyabr
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

11 oktyabr
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr