Qiymət bahalaşması və benzinə məhdudiyyətlərlə bağlı iddialara SOCAR-dan CAVAB
Son vaxtlar ölkədə "Aİ-95 PREMİUM" markalı avtomobil benzininin satışında məhdudiyyətlərin olması və yaxın zamanlarda qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır.
Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar doğru deyil:
"Heç bir məhdudiyyətdən, bahalaşmadan söhbət belə gedə bilməz. Çox güman ki, məhdudiyyət hər hansı yanacaqdoldurma məntəqəsində yaranmış texniki problemlə bağlı olub".
Məlumatda o da qeyd edilib ki, ölkəmizdə fəaliyyət göstərən bütün "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində, eyni zamanda Siyəzəndə fəaliyyət göstərən hər iki YDM-də Aİ-92 və digər yanacaq növlərinin satışı ilə bağlı heç bir çətinlik yoxdur. Hazırda qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir.
Qeyd edək ki, neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində "SOCAR PETROLEUM" QSC-yə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir. Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün "SOCAR PETROLEUM" QSC-yə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər.
Xatırladaq ki, "Aİ-95 PREMİUM" və "Aİ-98 SUPER" markalı yanacaq növləri ölkədə istehsal olunmur. Hazırda SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda ancaq "Aİ-92" markalı benzin istehsal olunur, yuxarıda isə qeyd olunan benzin markaları ölkəyə idxal olunur.
"Aİ-92" markalı benzinin qiyməti Tarif (qiymət) şurası tərəfindən tənzimlənir. Digər benzin markalarının qiymətləri isə onların alış bazarındakı qiymətlərdən asılıdır.
"Aİ-95 PREMİUM" və "Aİ-98 SUPER" markalı yanacaq növlərinə olan qiymətlər axırıncı dəfə ötən ilin sentyabrın 15-də artıma doğru dəyişib. Hazırda "Aİ-98" 1,9 manata, "Aİ-95" isə 1,6 manata satılır. Bundan öncə "Aİ-95 PREMİUM"un 1 litrinin qiyməti 1,45 manat, "Aİ-98 SUPER" markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əmək pensiyalarında və bu müavinətlərdə ARTIM OLACAQ - Deputat AÇIQLADI
Azərbaycanda kommunal xidmətlərin qiymətləri yenidən BAHALAŞA BİLƏR?
Bakıda məşhur ticarət mərkəzində FACİƏ
18 yaşında universitet professoru oldu - 306 illik rekord
Arayik və digərləri ilə bağlı YEKUN QƏRAR VERİLDİ
Kartdan-karta köçürmələrə bu səbəbdən limit tətbiq olunub - AÇIQLAMA
Uşaqpulu yenidən bərpa OLUNUR? - Deputatdan AÇIQLAMA
Səyyad Əlizadənin oğlu: "Kaş bu günlərimdə yanımda olardın, ata..."
"Sabah" ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
David Seliverstova Çingiz Qənizadəyə CAVAB: "Hüquqi müzakirələr qanun üzərində qurulmalıdır"
Suyun altında sirli ildırımlar çaxır: Alimlər səbəbini tapa bilmir
Həqiqət gec-tez öz yerini tapacaq - Tanınmış cərrah
Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq
Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO
Çin universitetləri tələbələrin yeni ünvanına çevrilir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA