Bakıda öldürdükləri şəxsin meyitini İsmayıllıya aparıb yandırıblar - Təfərrüat
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış daha bir cinayətin açılması təmin edilib.
"Qafqazinfo"ya daxil olan birgə məlumatda bildirilib ki, 28 mart 2020-ci il tarixdə İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə İsmayıllı rayon prokurorluğunda istintaq aparılsa da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi mümkün olmayıb. Lakin sonradan cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Aparılmış istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən edilib.
Həmçinin, müəyyən edilib ki, 2020-ci ilin mart ayında Ümidvar İbişov və Elvin Əliyev şəxsi münasibətlər zəminində tanışları Rəşad Məmmədovu öldürmək barədə qabaqcadan razılığa gələrək sonuncunu narkotik asılılıqdan müalicə almaq üçün tibb müəssisəsinə yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan "Hyundai" markalı avtomobilə əyləşdirib Qaradağ rayonu ərazisindən Yasamal rayonu istiqamətində hərəkətdə olarkən kəmərlə boğaraq qəsdən öldürüblər. Sonra cinayətin izini gizlətmək məqsədilə meyiti İsmayıllı rayonunun Tubu kəndinə apararaq orada yandırıblar.
Ümidvar İbişov və Elvin Əliyevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2435 Tarix: 01 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ər və arvadı bıçaqlanıb. -a istinadən xəbər verir ki, Biləcəri qəsbəsində yerləşən mənzildə 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxsləri
2 aprelOğul anasını traktorla vuraraq öldürdü
Ucarda oğul anasını traktorla vuraraq öldürüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağı
19 mayBu hal cinayət hesab ediləcək
Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin
21 aprelAzərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU
Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayə
11 aprelŞəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı-Foto
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub. APA-ya istinadən xəbər verir ki, hadisə bu gün "Şuşa şəhərciyi"ndə qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb. Adıgözəl Məmmədov saxlanılıb
1 iyunSalyanda çətənə kolları yetişdirən keçmiş məhkum saxlanıldı
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvan
28 mayHəmin şagird həbs edildi
Bakıda sinif yoldaşına yanıq xəsarəti yetirməkdə ittiham olunan məktəbli cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, o bu gün məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 286 nömrəl
22 aprelƏhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ
"Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb". xəbər verir ki, bu barədə Baş Prokurorluq məluma
21 aprelMasazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib
Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində
11 aprel