Azərbaycan məhsulları BAHA satılır: "Biz təkcə Rusiya bazarını tanıyırıq, vəssalam"

Azərbaycan məhsulları BAHA satılır: "Biz təkcə Rusiya bazarını tanıyırıq, vəssalam""Biz başqa bazarlara çıxışa nail olsaq, kənd təsərrüfatı istehsalçısı ümumiyyətlə Rusiya bazarına maraq göstərməz. Çünki başqa ölkələrdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının qiyməti həddindən artıq bahadır. Lakin biz təkcə Rusiya bazarını tanıyırıq, vəssalam! Bu da sovet dövründən qalan ənənədir".

Sonxeber.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Kəndlinin, fermerin məhsul yetişdirməsi ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynayır. İstehsal olunan məhsullar daxili tələbatı tam təmin edirsə, yerdə qalanın ixrac edilməsi hər bir ölkənin siyasi-iqtisadi prioritetləri sırasındadır. Bu gün Azərbaycanda da bu istiqamətdə işlər həyata keçirilir, mütəmadi proqramlar reallaşdırılır. Həmçinin kəndlini, fermeri stimullaşdırmaq üçün subsidiyalar, kreditlər verilir. Lakin əkin sahələrindən, bağlardan toplanan meyvə-tərəvəzin ixracı məsələsində müəyyən problemlər hələ də qalmaqdadır.

Amma problemlərə baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracı artır. Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda bildirilir ki, yanvar-aprel aylarında meyvə-tərəvəz ixracında artım qeydə alınıb. Hesabata görə, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 162 602,25 min ABŞ dolları dəyərində 127 722,92 ton meyvə-tərəvəz ixrac edib. Bu da o deməkdir ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyərində 23,6%, həcmində isə 6,4% artım olub. Xatırladaq ki, ixrac olunan meyvə-tərəvəz məhsulları, əsasən, tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub. Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracında daha böyük potensialın olduğunu əksər ekspertlər vurğulayırlar. Bəs görəsən, ixracı daha da artırmaq üçün hansı addımlar atılmalıdır? Fermerləri stimullaşdırmaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirdi ki, bilavasitə tədarükçülərin özlərinə ölkədənkənar bazarlara çıxış üçün müvafiq imkanların yaradılması təşkil olunmalıdır: "Yəni bir var, bu və ya digər işbazların məhsulu dəyər-dəyməzinə alıb ölkədən kənara çıxarıb satmağı, bir də var ki, həmin məhsulu istehsal edən istehsalçının özünün bazara çıxışının təmin edilməsi. Şərt deyil ki, kəndli becərdiyi məhsulu hansısa bazarda satsın, sadəcə olaraq, istədiyi qiymətə sata bilsin və onu reallaşdırmaq imkanı əldə etsin. Birinci şərt budur. Yəni kənd təsərrüfatı istehsalçıları üçün bazarlara çıxış əlçatan olmalıdır. Bir sözlə, onlara bazarlara çıxaraq öz məhsullarını istədikləri qiymətə reallaşdırmaq imkanı yaradılmalıdır".

Ekspert qeyd edib ki, meyvə-tərəvəz ixracından söhbət gedəndə ancaq Rusiya bazarı nəzərdə tutulur: "Bu vəziyyəti nə vaxtsa aradan qaldırmalıyıq. Əlbəttə, başa düşürəm və hamıya aydındır ki, Rusiya böyük bazardır. Bizim kənd təsərrüfatı məhsullarını bu bazara çıxarmaq digər bazarlara çıxarmaqdan daha asandır, əlverişlidir. Amma Azərbaycanın elə növ kənd təsərrüfatı məhsulları var ki, onu Rusiya bazarında satdığımızdan dəfələrlə artıq qiymətə sata bilərik. Hansı ki, bu, kənd təsərrüfatı istehsalçıları üçün çox böyük bir stimul yarada bilər. Amma biz bu bazarlara çıxırıqmı? Yox! Nəyə görə çıxa bilmirik? Ona görə ki, bu sahədə, yəni daşımalarda, həmin bazarlara əlçatanlıq baxımından müvafiq şərait yoxdur. Kəndli pomidorunu, xiyarını, kartofunu və sair məhsulunu Türkiyə, Yaxın Şərq, Avropa bazarında sata bilmir. Yəni Rusiya bazarına alternativ bazarlara çıxa bilmir. Təkrar edirəm, biz başqa bazarlara çıxışa nail olsaq, həmin kənd təsərrüfatı istehsalçısı, ümumiyyətlə Rusiya bazarına maraq göstərməz. Çünki başqa ölkələrdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının qiyməti həddindən artıq bahadır. Lakin biz təkcə Rusiya bazarını tanıyırıq, vəssalam! Bu da sovet dövründən qalan ənənədir. Azərbaycan artıq 30 ildən çoxdur müstəqildir, amma yenə də aqrar məhsulların satış məkanı dedikdə, qeyri-ixtiyarı olaraq, elə Rusiya bazarını nəzərdə tuturuq".

P.Heydərov qeyd etdi ki, indi Rusiya bazarı sanksiyalarla üz-üzədir: "Bu, hamıya məlumdur. Yəni Rusiyada qiymətlər aşağı düşüb, bazar əvvəlki kimi cəlbedici deyil, əhalidə pul yoxdur. Hələ bilinmir ki, bundan sonra nə olacaq. Yanvar-aprel aylarında meyvə-tərəvəzin ixracında artım olması çox yaxşıdır. Amma təhlükə də var. Ola bilsin ki, Rusiya və Ukraynadakı vəziyyətlə əlaqədar olaraq gələcəkdə kənd təsərrüfatı məhsullarının ixracı artmaq əvəzinə, azalsın. Bu baxımdan hesab edirəm ki, istehsalçının öz məhsulunu bilavasitə özünün bazara çıxarmasına nail olmaq, bazara çıxışın əlçatanlığını təmin etmək və Rusiya bazarına alternativ bazarlar tapmaq lazımdır. Qalan məsələlər, deyək ki, istehsalçını stimullaşdırmaq, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan kiçik və orta sahibkarlara dövlət tərəfindən müvafiq dəstəyin verilməsi kimi məsələlər sonrakı işlərdir. Əsas odur ki, istehsalçıya öz məhsulunu maya dəyərindən yuxarı qiymətə satmaq imkanı verilsin".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1337   Tarix: 04 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ruslan Quliyev dəfn olundu

Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar

9 iyun
.

Qeyri-neft sektorunda vergi gəlirləri artır - Bunun arxasında hansı amillər dayanır? - İQTİSADÇIDAN AÇIQLAMA

Son aylarda Azərbaycanda qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmalarında artım qeydə alınıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə, 2026-cı ilin ilk altı ayında qeyri-neft-qaz sektorundan büdcəyə 7 milyard 67,4 milyon manat vergi daxil olub

7 avqust
.

Azərbaycan nar ixracından 4 milyon dollara yaxın gəlir əldə edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 99 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 , dəyər baxımından isə 299 min dolla

4 iyul
.

Sahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız

Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini

4 avqust
.

Qızılın qiyməti 4150 dolları keçdi

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində artım qeydə alınıb. Qaynarinfo birja məlumatlarına istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,5% artaraq 4150,5 ABŞ dollarına yüksəlib. Qiymətli metallar bazarında gümüş də bahalaşıb

27 iyul
.

Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 33,1 milyard manat olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin yanvar-may aylarına nisbətən rea

20 iyun
.

Qlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətində eniş qeydə alınıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızıl isə 54,26 dollar və ya 1,29% ucuzlaşaraq 4 155,71 dollar olub

20 iyun
.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb

Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur. Kredit qoyuluşunu

30 may
.

ABŞ-ın yeni tarif siyasəti: Azərbaycan üçün fürsət, yoxsa risk? - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə ABŞ administrasiyasının tətbiq etdiyi yeni tariflər qlobal ticarətdə yenidən gərginliyi artırıb. Vaşinqtonun bir sıra ölkələrdən idxal olunan məhsullara 10-12,5 faiz həcmində yeni rüsumlar tətbiq etməsi beynəlxalq təchizat zəncirlərinə, istehsal xərclərinə və dünya bazarlarında qiymətlər

6 avqust