Mərkəzi Bank XƏBƏRDARLIQ ETDİ
Azərbaycan Mərkəzi Bankı rüblük hesabatları vaxtında verməyən sığorta agentlərinə xəbərdarlıq edib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.
Məlumatda qeyd olunur ki, sığorta bazarının infrastrukturunun, o cümlədən sığorta vasitəçiliyinin gücləndirilməsi Mərkəzi Bankın sığorta sektorunun inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir:
"Bu məqsədlə xarici təcrübəyə uyğun olaraq sığorta vasitəçiliyi ilə bağlı müasir tələblərin formalaşdırılması, öyrənmə və inkişaf imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılır.
2021-ci il 27 may tarixli "Sığorta fəaliyyəti haqqında" Qanununa edilmiş dəyişikliklərə əsasən, sığorta agentləri müvafiq lisenziya ilə sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olarkən eyni zamanda, sığortaçıda əmək fəaliyyəti ilə məşğul ola bilməzlər. Burada məqsəd sığorta vasitəçilərinin müstəqil bazar iştirakçısı kimi rolunun gücləndirilməsinə xidmət edir.
Son illərdə sığorta bazarında başlanmış yeni inkişaf trendləri sığorta vasitəçiləri arasında da rəqabəti gücləndirmiş, vasitəçilər qarşısında yeni inkişaf çağırışları yaradıb".
Bankdan bildirilib ki, "Sığorta fəaliyyəti haqqında" Qanuna əsasən sığorta agentləri rüblük hesabatları müvafiq rüb başa çatdıqdan 20 gün müddətində Mərkəzi Banka təqdim etməlidirlər: "Rüblük hesabatların təqdim edilməməsinə görə 2021 və 2022-ci illər ərzində 251-i fiziki və 2-si hüquqi şəxs olmaqla 253 lisenziya dayandırılmışdır. Dayandırılmış lisenziyalardan 92-si (91 fiziki şəxs agent) bərpa olunub".
Qeyd olunur ki, Mərkəzi Bank tərəfindən 160 sığorta agentinin lisenziyası ləğv olunmuşdur. Ləğv olunmuş lisenziyalardan 98-i könüllü müraciət əsasında, 62 agentin lisenziyası isə qanunvericiliyin tələblərinə riayət edilməməsi səbəbindən məcburi qaydada ləğv edilib.
Bununla yanaşı, 2021-2022-ci illər ərzində 24 agentə sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı yeni lisenziya verilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?
29 sentyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrAİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil
29 sentyabrAzərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrBrent markalı neftin qiyməti bir barel üçün 102,02 dollara düşdü
Neft bazarında əvvəlki gün qiymətlərin kəskin artmasından sonra cüzi bir eniş qeydə alınıb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,29 dollar (0,28 faiz) az, 102,02 dollar/barel təşkil edib. Cümə axşam
2 oktyabrMinimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd
30 sentyabr