Məktəbliləri pis vərdişə dadandıran şəxs: "Qurandakı "şəfalı bitki" elə narkotikdir" - FOTO

Məktəbliləri pis vərdişə dadandıran şəxs: "Qurandakı "şəfalı bitki" elə narkotikdir" - FOTOBakı Ağır Cinayətlər Məhkəməsində bağ evinin həyətində narkotik bitkiləri əkib-becərən şəxsə hökm oxunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1972-ci il təvəllüdlü Nizami Ağayev Fatmayıdakı bağ sahəsində xüsusi üsullarla çətənə kolları becərdiyi üçün Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən N.Ağayev bildirib ki, o, narkotik bitkiləri elmi araşdırmalar məqsədilə əkib:

"Özümü elan edilmiş ittiham üzrə təqsirli bilmirəm, lakin ittiham aktında yazılanların hamısı düzdür. Belə ki, narkotik vasitəni elmi fəaliyyətlə məşğul olmaq üçün əkmişəm. Narkotik vasitənin tibdə bir çox xəstəliklərin müalicəsində faydası misilsizdir. Buna misal olaraq şəkərli diabet, vərəm, xərçəng, dərialtı ləkələr kimi bir sıra xəstəlikləri göstərmək olar. Bundan əlavə, narkotik vasitə kulinariya sahəsində də geniş istifadə edilsə, insan orqanizmi üçün daha faydalı olar. Eləcə də müqəddəs kitab Qurani-Kərimdə "şəfa otu" deyərkən məhz narkotik vasitə nəzərdə tutulur. Bu barədə çoxsaylı kitablarım çap olunub, eyni zamanda, onlar müxtəlif dillərə tərcümə edilib. Mənim gördüyüm işlər barədə hakimiyyət nümayəndələri xəbərdardırlar. Belə ki, onlar öz nümayəndələrini yanıma göndəriblər və aramızda danışıqlar gedib və onlar bu görüşlərin nəticəsi olaraq mənim düz danışdığımı bildiriblər. Uzun illər tədqiqat aparmış bir şəxs kimi onu deyə bilərəm ki, narkotik vasitənin toxumundan tutmuş, göyərib boy atmasına qədər insan fəlsəfəsinə bənzəyir".

Araşdırmalar zamanı məlum olub ki, Nizami Ağayev 2015-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib. O, həbsxanada olarkən həyat yoldaşına Fatmayıdakı bağ evini tərk etməsini və azadlığa çıxandan sonra orada tək yaşayacağını deyib.

Məhkəmədə şahid qismində çıxış edən N.Ağayevin həyat yoldaşı onun əkdiyi narkotik bitkilərin məktəbli uşaqlar arasında yayıldığını bildirib:

"Hazırda restoranda xadimə işləyirəm. Nizamini 2010-cu ildən tanıyıram və 2013-cü ildə onunla rəsmi nikaha daxil olmuşam. Evləndikdən sonra Binəqədi rayonu Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evində yaşadıq. 2015-ci ildə Nizami həbs olundu. Biz uşaqlarla həmin bağ evində yaşayırdıq. Nizami cəzaçəkmə müəssisəsindən azad olunmamışdan əvvəl telefonla xəbər göndərdi ki, uşaqları da götürüb bağ evini boşaldım, çıxandan sonra özü orada tək qalacaq. 2020-ci il fevralında evi boşaldıb, uşaqları da götürüb bir müddət kirayədə, daha sonra isə anamgildə qalmağa başladım.
Məktəbliləri pis vərdişə dadandıran şəxs: "Qurandakı "şəfalı bitki" elə narkotikdir" - FOTOFotoda: Nizami Ağayev

Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərarı ilə onunla rəsmi şəkildə boşandım, Nizamiyə aliment də kəsildi. 2020-ci ilin mart ayında Nizami azadlığa çıxandan sonra Fatmayıdakı bağ evində tək qalmağa başladı. 22 sentyabr 2021-ci il tarixdə uşağı məktəbə apardıqda həmin ərazidə yaşayan valideynlər və ətrafda qalanlar mənə yaxınlaşaraq bildirdilər ki, Nizami "nəşəxorluq" edir, ağzında nəşə küçədə gəzir, bunu da uşaqlar görürlər. Daha sonra direktor müavini Aygün xanım məktəbli uşaqların Nizaminin həyətində əkdiyi narkotik otlardan gətirib çəkdiklərini bildirdi. Bundan sonra qızımla birgə bağ evinə getdim. Nizaminin saçı-saqqalı çox uzanmışdı. Daha sonra bağ tərəfə gedəndə orada uzun, yaşıl bitkilər gördüm. Hansı ki onları əvvəllər görməmişdim. Nizami həmin bitkilərə damcı halında su verirdi, qulluğunda dururdu. Nizamidən həmin bitkilərin nə olmasını soruşduqda: "Sənlik deyil, özüm üçün əkmişəm, heç kimə demə, özüm bilərəm, görürsən, özünü görməzliyə vur", - dedi. Həmin bitkilərin şəklini telefonla çəkib internetdə onlar haqqında maraqlandıqda narkotik tərkibli bitki olduqlarını öyrəndim.

Daha sonra növbəti dəfə Nizaminin yaşadığı evə gələndə onu yenə də pis vəziyyətdə gördüm. Buna görə də Daxili İşlər Nazirliyinin "102" xidmətinə və təcili tibbi yardıma zəng etdim. Ümumiyyətlə, Nizami dəfələrlə mənə zəng edib evə çağıraraq özünü doğramaqla hədələyib. Eyni zamanda, azyaşlı qızıma da zəng edib hədə-qorxu gələrək öldürməklə, yandırmaqla hədələyib".

Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2022-ci il tarixli hökmü ilə Nizami Ağayevə beş il müddətinə həbs cəzası verilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi qeyd edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2667   Tarix: 10 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust