Qəzaya düşən avtobusda yaralananların sayı artıb, ikisinin vəziyyəti ağırdır - VİDEO

Qəzaya düşən avtobusda yaralananların sayı artıb, ikisinin vəziyyəti ağırdır - VİDEOBakı-Şamaxı yolunda paytaxtın 279 saylı tam orta məktəbin müəllim və şagird heyətinin düşdüyü qəza nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.

Sonxeber.az xəbər verir ki, bunu "Qafqazinfo"nun sorğusuna cavab olaraq, TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova deyib.

Onun sözlərinə görə, 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.

2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu qoyulub.

01:53

Bakıdan Qəbələyə istirahət məqsədi ilə gedən Bakının 279 saylı tam orta məktəbinin müəllim və şagirdlərini daşıyan avtobusda yaralananların sayı artıb.

Hadisə nəticəsində xəstəxanaya aparılan 10 yaralıdan ikisinin vəziyyəti ağırdır.

Onlar 2007-ci il təvəllüdlü Aleksandra Yexemenko Sergeyevna və 2010-cu il təvəllüdlü Qasımov Elnur Elçin oğludur.

Yaralılar Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

01:43

Qəbələdən Bakıya turistləri aparan avtobusun Şamaxıda qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi "Mercedes" markalı avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Hadisə nəticəsində Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli, Əmircan qəsəbəsi sakinləri 1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı, 2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı, 2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı, 1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı, 1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı, 1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı, 2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı, 2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.

Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edən avtobusda olan 55 sərnişinin əksəriyyəti orta məktəblərin müəllim və şagirdləri, onların valideynləri olub.

01:28

"Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib".

Bunu açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov "Facebook" hesabında yazıb.

O bildirib ki, ilkin məlumata görə, ağır xəsarət alanların olmadığı bildirilir.

"Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir. Məktəb rəhbərliyinin verdiyi məlumatda əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub." - B. Məmmədov əlavə edib.

23:45

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.az Ölkə.Az-a istinadla xəbər verir ki, qəzaya düşən avtobusun Bakının Günəşli massivində yerləşən 279 nömrəli məktəbin müəllim və şagird heyəti olduğu bildirilir.

Qəza nəticəsində həyatını itirən şəxsin olduğu söylənilir.

Onlar Şamaxıda istirahət edib Bakıya qayıdırmışlar.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3875   Tarix: 13 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021