Azərbaycanda duru yağların qiyməti bahalaşır: Qıtlıq gözlənilirmi? - ARAŞDIRMA

Azərbaycanda duru yağların qiyməti bahalaşır: Qıtlıq gözlənilirmi? - ARAŞDIRMARusiya-Ukrayna münaqişəsi nəticəsində dünyada ərzaq zəncirində bəzi məhsullar kəskin bahalaşıb, həmin məhsullardan biri, ərzaq səbətində mühüm yer tutan günəbaxan (bitki) yağıdır. Azərbaycanda bitki yağının qiyməti ötən illə müqayisədə iki dəfəyə yaxın bahalaşıb. Bitki yağının istehsalında günəbaxan toxumu əsaslı rol oynayır.

Sonxeber.az xəbər verir ki, "Report" ölkədə günəbaxan toxumunda istehsal və idxal vəziyyətini araşdırıb.

Dünyada günəbaxan toxumu istehsalında vəziyyət necədir?

2021-2022-ci kənd təsərrüfatı ilində dünyada əsas günəbaxan toxumu üzrə istehsal edən ölkələr aşağıdakılardır:
- Ukrayna bu dövr ərzində 17,5 milyon ton günəbaxan toxumu istehsal edib;

- Rusiya 15,5 milyon ton günəbaxan toxumu istehsalı ilə ikinci yerdə qərarlaşıb;

- Avropa İttifaqına üzv olan ölkələr 10,4 milyon ton günəbaxan toxumu istehsalı ediblər;

- Argentina 3,4 milyon ton günəbaxan toxumu istehsal edib;

- Türkiyədə istehsalın həcmi 1,75 milyon ton olub.

Ukraynadan günəbaxan toxumu idxalı dayandırılıb

2021-ci ildə Azərbaycana 7,4 milyon ABŞ dolları dəyərində 6,3 min ton günəbaxan toxumu idxal olunub. Bu, dəyər ifadəsində 2020-ci illə müqayisədə 12,9%, həcm ifadəsində isə 35,7% azdır.

Azərbaycan günəbaxan toxumunu əsasən Çindən (2 milyon 983 min ABŞ dolları dəyərində 1 min 085 ton), Türkiyədən (1 milyon 928 min ABŞ dolları dəyərində 1 min 020 ton), Rusiyadan (1 milyon 785 min ABŞ dolları dəyərində 2 min 17 ton), Ukraynadan (538 min ABŞ dolları dəyərində 638 ton) idxal edib.

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 1 milyon 910 min ABŞ dolları dəyərində 1 min 114,94 ton günəbaxan toxumu idxal edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2,8 dəfə, dəyər olaraq isə 45,9% azdır. Bu il dünya bazarlarında bir ton günəbaxan toxumu 171 ABŞ dollarına, 2021-ci ilin analoji dövründə isə 92 ABŞ dollarına satılıb. Beləliklə, son bir ildə dünyada günəbaxan toxumu 85% bahalaşıb.

Bu il Azərbaycan günəbaxan toxumunu əsasən Çindən (1 milyon 149 min ABŞ dolları dəyərində 631 ton), Türkiyədən (659 min ABŞ dolları dəyərində 376 ton), Ukraynadan (56,1 min ABŞ dolları dəyərində 66 ton) idxal edib. Bu ilin mart-aprel aylarında Azərbaycan Ukraynadan günəbaxan toxumu idxal etməyib.

2021-ci ildə ölkədə 11 min 095,1 hektar ərazidə günəbaxan əkilib. Bir hektar üçün lazım olan toxum 25 kiloqramdır. 2021-ci ildə Azərbaycanda 25,8 min ton günəbaxan istehsal edilib. Bu isə 2020-ci illə müqayisədə 4,2% çoxdur. 2021-ci ildə ölkədə 52 min 372,6 ton duru yağ istehsal edilib. Bu isə 2020-ci illə müqayisədə 1,7% azdır.

2022-ci ilin yanvar-may ayları üzrə dən üçün günəbaxanın əkin sahəsi 11,45 min hektar olub ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% çoxdur.

Günəbaxan istehsalını artırmağın yolları

Naxçıvan MR-in sabiq kənd təsərrüfatı naziri Rəcəb Orucov hesab edir ki, Azərbaycan günəbaxan yağının istehsalı üçün tələb olunan toxumdan xaricdən müəyyən qədər asılıdır:

"Günəbaxan bitkisi iki istiqamət üçün əkilir. Əkilən günəbaxan toxumu ya bitki yağının istehsalında, ya da çərəzlik üçün istifadə edilir. Ümumiyyətlə, bitki yağının istehsalı üçün toxum ölkəyə idxal edilir. Toxumlar Türkiyə, Rusiya, Ukrayna və Şərqi Avropa ölkələrindən gətirilir".

Onun sözlərinə görə, ölkədə Gəncəbasar bölgəsində, Oğuzda, Goranboyda, Cəbrayılda günəbaxan əkilir:

"Geniş ərazilərdə yağlı günəbaxan əkinlərinin səviyyəsi aşağıdır. Qeyd edilən ərazilərdə əkilən günəbaxan həmçinin heyvandarlıq təsərrüfatlarında istifadə edilir. Ümumiyyətlə, günəbaxan respublikanın əkin dövriyyəsinə daxil edilməli olan bitkidir".

Ekspert ölkədə əkilən günəbaxanın həcmini Ukrayna ilə müqayisə edib:

"Ukraynada suvarma əkinçiliyi üstünlük təşkil etmir və il ərzində yağıntıların miqdarı çox olduğuna görə, həmçinin qaratorpaq zonaları geniş olduğuna görə məhsuldarlıq boldur. Ən əsas məqam isə - günəbaxan Ukraynada geniş ərazilərdə əkilib. Bu kimi amillər isə bitki yağının istehsalında maya dəyərinin Azərbaycanla müqayisədə daha ucuz olmasına səbəb olur, Azərbaycanda isə günəbaxan üzrə torpaq əkini stukturu kiçik ərazilər təşkil edir".

R.Orucov günəbaxan istehsalında vacib amillər barədə danışarkən bildirib ki:

"Başqa bitkilərdə olduğu kimi, günəbaxanda da məhsuldarlığa təsir edən faktorlardan biri də torpaqda kökün dərinliyi içində bitkilərin faydalana biləcəyi nəmliyin olub-olmamasıdır. Günəbaxan bitkisinin kök quruluşu quraqlığa dözümlü bir bitki kimi qəbul edilsə də, yazlıq bir bitki olması və bu mövsümdə lazımi qədər suvarılması məhsuldarlığa müsbət təsir göstərir.

Orta hesabla illik yağıntı 500 mm və daha çox olan yerlərdə suvarmaya ehtiyac olmadan günəbaxan bitkisinin əkilib-becərilməsi mümkündür. Bitkinin yetişmə dövründə torpaqda lazımi miqdarda suya ehtiyacı olur. Yağışlarla torpağa düşən su yetərincə olduğu dövrdə suvarmaya ehtiyac yoxdur. Günəbaxan becərilən bölgələrdə yetişmə dövründə fermerlərin suvarma imkanları yaxşı olduqda, həm hektardan aldıqları məhsulun miqdarı, həm də tumlardakı yağ miqdarı əhəmiyyətli dərəcədə artımlı olur.

Aparılan bəzi araşdırmalar sonunda quraqlıq şəraitində orta hesabla 1 500-1 600 kq/ha məhsul alınarkən, günəbaxan tarlası lazımi qədər suvarıldıqda 2 750-3 000 kq/ha və dörd dəfə suvarıldıqda 3 500-4 000 kq/ha məhsul alına biləcəyi təyin olunub. Yəni günəbəxan bitkisi respublikanın təbii iqlim şəraitinə tam uyğun bitkidir. Torpağı çox yormur, qida maddələrinə tələbkar deyil, vegetasiya müddətində suya tələbatı əkin bitkilərindən aşağı olduğuna görə respublikada əkin üçün yararlı bitkidir".

R.Orucov deyib ki, günəbaxan çarpaz tozlanan bitkidir:

"Günəbaxan əkinləri olan ərazilərdə hər hektara 1,5-2 arı ailəsi yerləşdirilməlidir. Çünki tozlanma getməsə, günəbaxandan bol məhsul almaq qeyri-mümkündür. Bu məsələlər bizim regionlarda olan əkinçilərin diqqət mərkəzində saxlanılmalıdır. Çünki Mərkəzi Aran bölgələrində suvarılan zonalarda texniki bitkilər daha çox əkildiyinə görə arıçılıq istiqamətli təsərrüfatlar azdır. Arı ailələrinin yerləşdirilməsi həm arıçılığa, həm də günəbaxan bitkisinin inkişafına fayda verəcək".

Günəbaxan yağının idxalı azalıb, qarğıdalı yağının tədarükü isə artıb

Azərbaycan buğda kimi, günəbaxan yağı üzrə də xaricdən asılıdır. 2021-ci ildə ölkəyə 73 milyon 609 min ABŞ dolları dəyərində 54 min 333 ton günəbaxan yağı idxal edilib. Azərbaycan günəbaxan yağını əsasən Rusiyadan, Türkiyədən və Ukraynadan tədarük edib.

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 24,975 milyon ABŞ dolları dəyərində 16 min 662 ton günəbaxan yağı alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,5%, kəmiyyət olaraq – 33,3% azdır.

2021-ci ildə Azərbaycan 35 milyon 828 min ABŞ dolları dəyərində 20 min 527 ton qarğıdalı yağı idxal edib. Bu məhsulu Azərbaycan əsasən Argentinadan, Braziliyadan və Rusiyadan alıb.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 11,136 milyon ABŞ dolları dəyərində 6 min 898 ton qarğıdalı yağı alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 34% və 31,5% artıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 12 ölkədən qarğıdalı yağı alıb, lakin idxalın 60%-ə yaxını Argentinanın payına düşüb.

Bu Latın Amerika ölkəsi dünyanın aparıcı günəbaxan yağı istehsalçılarından biridir. Bu ölkə ilə logistika kanallarının mövcud olması Argentina günəbaxan yağından pay almaq imkanlarımızı xeyli artırır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1968   Tarix: 18 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA

Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?

29 sentyabr
.

Neftin qiyməti 125 dolları keçdi: Daha da bahalaşa bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Neftin qiymətinin 125 dollar ətrafında olması enerji bazarında qiymətlərin bundan sonra hansı istiqamətdə dəyişəcəyi ilə bağlı sualları artırır. Qlobal bazarda tələb, təklif, geosiyasi gərginlik və hasilatla bağlı qərarlar neftin qiymətinə təsir edən əsas amillər sırasında yer alır. Bəs neftin qiymət

2 oktyabr
.

İqtisadçı ekspert vəfat etdi

İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını

29 sentyabr
.

Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA

Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil

29 sentyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102,02 dollara düşdü

Neft bazarında əvvəlki gün qiymətlərin kəskin artmasından sonra cüzi bir eniş qeydə alınıb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,29 dollar (0,28 faiz) az, 102,02 dollar/barel təşkil edib. Cümə axşam

2 oktyabr
.

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)

Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd

30 sentyabr
.

Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA

Son məlumatlara görə, Azərbaycanda bankların kreditlər üzrə faiz gəlirləri 2026-cı ilin yanvar-avqust aylarında 2 milyard 982,6 milyon manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artıb. Eyni zamanda, sentyabrın 1-nə bankların kredit portfeli 32,8 milyard manatı ötüb. Maraqlıdı

30 sentyabr
.

Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı

2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd

30 sentyabr