İŞ ADAMININ ÖLÜM İŞİNDƏ ŞOK! – Şantaj əməliyyatının iştirakçısı olan qadın ortaya çıxıb hər şeyi danışdı + VİDEO

İŞ ADAMININ ÖLÜM İŞİNDƏ ŞOK! – Şantaj əməliyyatının iştirakçısı olan qadın ortaya çıxıb hər şeyi danışdı + VİDEOBu il may ayının 7-də Şəmkir rayonunda baş vermiş müəmmalı ölüm hadisəsinin şokedici detalları açıqlanıb. İş adamı Arzu Cabbarovun yerli polisin vəzifəli əməkdaşlarının qurduqları şantaj əməliyyatının qurbanı olduğu haqda şübhələr, hadisənin yeganə şahidinin dilindən təsdiqini tapıb.

Xatırladaq ki, rayonun tanınan iş adamlarından olan Arzu Cabbarov damarları kəsilmiş vəziyyətdə xəstəxanaya gətirilib və az sonra burda dünyasını dəyişib. Onun ailə üzvləri bu hadisədə yerli polis şöbəsinin əməkdaşlarının əli olduğunu bildiriblər. Mərhum iş adamının yaxınları tərəfindən ictimailəşdirilən səsli mesaj da hadisənin qətl olmasına dair şübhələri artırmışdı. Həmin səs yazısında Arzu Cabbarov ölümündən az əvvəl öz yaxınına bildirirdi ki, onun damarlarını doğrayıblar, tez xəstəxanaya gəlsin.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda hadisənin intihar olduğu bildirilib.

Olayın iştirakçılarından biri olan Yeganə Yusifova isə bugünlərdə hadisənin intihar yox, qətl olduğunu açıqlayıb. O, "Meydan.TV"-yə müsahibəsində deyib ki, iş adamının ölümündə Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı olub.

Belə ki, o, polislərin təhriki ilə Arzu Cabbarova qarşı şantaj əməliyyatının iştiraçısı olub, bu əməliyyat isə iş adamının ölümü ilə nəticələnib: "Arzu Cabbarovun işində Bayram (Polis rəisinin müavini Bayram İsmayılov-red.) mənə dedi ki, bu işdən sənə 7 min manat pul ayıracağam. Bundan artıq nə istəyirsən? Dedim mən ailəmdən çəkinirəm, dedi, artıq məsləhət olunub, sənin üçün gecdir..."

Xanım bildirir ki, polisdə onun barəsində dələduzluqla bağlı şikayət olub. Ona bildiriblər ki, cinayət işi açılmaması üçün onların iş adamı ilə bağlı əməliyyatlarında iştirak etməlidir. Ona Arzu Cabbarovun və digər 3 nəfərin telefon nömrəsini veriblər. Plana əsasən, Yeganə Yusifova Arzu Cabbarovu görüşə çağırmalı, görüş zamanı video çəkilməli və bu çəkilişlərin yayımlanmaması üçün iş adamından külli miqdarda pul tələb edilməliymiş.

Y.Yusifova iddia edir ki, bu əməliyyatda iştirak etdiyinə görə polislər ona 7 min manat pul verəcəklərini, həmçinin dələduzuluq işini bağlayacaqlarını bildiriblər: "Biz yataq otağına keçib əlaqəyə başlayan zaman polis əməkdaşı Feyruz müəllim telefon əlində içəri girdi. Mərhum çarpayıdan durdu və polisin üzərinə hücum çəkərək bildiridi ki, mən artıq sizin şantajlardan yoruldum. İntihar etmək istəyirəm əlinizdən. Feyruz onu vurdu və Arzu yıxıldı, ayağa qalxanda alnından daha iki yumruq vurdu. Arzu hirslənib söyüş söydü, qapının şüşəsini qırdı, bu zaman Feyruzun da əli kəsildi. Feyruzun ona gücü çatmırdı, o yerdən sol əli ilə şüşə parçasını götürüb iki dəfə Arzunun qoluna çəkdi, daha sonra qoluna soxub möhkəm çəkdi. Bu zaman onu qan götürdü".

Qeyd edək ki, polis əməkdaşı Etibar Yaqubov təcili yardım maşını ilə Arzu Cabbarovu xəstəxanaya aparıb. Yolda o ailə üzvlərinə səsli mesaj göndərib: "Aqil, məni doğrayıblar, özünü xəstəxanaya çatdır, tez. Damarımı kəsiblər, özünü çatdır..." Arzu Cabbarov bundan az sonra xəstəxanada keçinib.

Y. Yusifova deyir ki, polis rəsinin müavini Bayram İsmayılov onu izahat yazmağa məcbur edib ki, mübahisə zamanı A.Cabbarov özünə xəsarət yetirib.

Qadın üzərində xəsarət izləri tapılsın deyə polis əməkdaşlarının onu döydüklərini deyir: "Ekspert gəlirdi, amma ortada nəticə yoxdu, məni döydülər ki, guya məni rəhmətlik döyüb..."

Yeganə Yusifovanın qalmaqallı açıqlamalarının davamı ilə videoda tanış olmaq olar: (Azpolitika)


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3870   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021