"YAŞAT" fondu xərclənən məbləği açıqladı
"Bu günə qədər "YAŞAT" fondunun bütün valyutalarda olan hesablarına 73 milyon 781 min 435.79 manat daxil olub. Bu məbləğin 61 milyon 114 min 757 manat 86 qəpiyi artıq xərclənib. Hazırda Fondun balansında 12 milyon 666 min 677.93 qəpik vəsait qalıb".
Sonxeber.az xəbər verir ki, bu sözləri YAŞAT fondunun rəhbəri Qarabağ qazisi Elvin Hüseynov bu gün keçirilən mətbuat konfransında deyib.
"Müharibə əlili və şəhid ailəsi üzvünün illik dərman limiti 1000 manat, onkoloji və hepatit xəstəlikləri üçün 5000 manat müəyyən olunub . Çünki onların dərmanları daha bahadır.
Ötən il İsraildən gələn hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis ağır göz problemləri olan 148 nəfəri müayinə edib. Müayinəyə əsasən 30 nəfər əməliyyat edilib, nəticədə 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib.
Bundan başqa, ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün "YAŞAT" Fondu xaricdən sifariş etdiyi 38 999.00 manat məbləğində "RGO" ortopedik cihazlarını ölkəyə gətirib. Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub. Gün ərzində 35-40 nəfər yaralının müalicə edilməsi üçün 47 200 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb.
Həmçinin yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə 1 000 AZN məbləğində maddi yardım edilib və həmin körpələrin hər birinin anasının bank hesabına 5000 AZN köçürülüb. Vəsait uşaq yetkinlik yaşına çatana qədər artan faizlə saxlanıla bilər".
Şəbnəm Lətifi

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?
29 sentyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrAİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil
29 sentyabrAzərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrBrent markalı neftin qiyməti bir barel üçün 102,02 dollara düşdü
Neft bazarında əvvəlki gün qiymətlərin kəskin artmasından sonra cüzi bir eniş qeydə alınıb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,29 dollar (0,28 faiz) az, 102,02 dollar/barel təşkil edib. Cümə axşam
2 oktyabrMinimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd
30 sentyabr