Burun əməliyyatı etdirən 50 yaşlı pasiyent dövlət xəstəxanasında ÖLDÜ – "Nakoz artıq verilib"
Xəbər verildiyi kimi Bakı şəhərində 50 yaşlı Əhməd Kazımov burun əməliyyatı zamanı dünyasını dəyişib. Onun özəl xəstəxanalardan birində əməliyyat olunması bildirilsə də, xəstəxananın adı açıqlanmamışdı. Qohumlarının iddiasına görə, Əhməd Kazımov həkim səhlənkarlığı nəticəsində vəfat edib.
Sonxeber.az xəbər verir ki, Bizim.Media ölüm hadisəsinin təfərrüatlarını araşdırıb. Məlum olub ki, Əhməd Kazımov iyunun 30-da M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyata götürülüb. Amma əməliyyat başlamamış xəstə dünyasını dəyişib.
Bu barədə saytımıza danışan Biləsuvar rayonunun Amankənd kənd sakini Şaiq Məmmədovun sözlərinə görə ölümə səbəb xəstəyə normadan artıq narkozun verilməsi olub:
"Səhhətində hər hansı problemi olmayıb. Qohumlarının iddiasına görə Əhməd Kazlmov əməliyyata götürüləndə narkozu çox verilib. Ekspertizanın cavabı hələki 10 gün sonra açıqlanacaq.
Hər halda ölümün konkret səbəbi də o zaman məlum olacaq. Bu yaxınlarda Əhməd öz övladını da həmin xəstəxanada burun əməliyyatına aparmışdı. Rahat və inandığı üçün özü də ora müraciət etdi", - deyə kənd sakini əlavə edib.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyi (TƏBİB) Əhməd Kazımovun ölüm səbəbi ilə bağlı rəsmi məlumat verməyib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1342 Tarix: 02 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məscidin tualetində 65 yaşlı kişinin meyiti tapıldı - VİDEO
İstanbulun Başakşehir rayonunda yerləşən bir məscidin tualetində yaşlı bir kişiyə aid cansız bədən aşkar edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə saat 16:30 radələrində İkitelli OSB məhəlləsində yerləşən Güngören Sənaye Saytı Məscidində baş verib. İlkin məlumata görə, məscidin tualetlərin
25 dekabrBakıda evdə YANĞIN
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hadis
24 dekabr15 ildə Azərbaycanda ana ölümü ilə bağlı STATİSTİKA
2010-cu illə müqayisədə 2024-cü ildə ölkə üzrə ana ölümü səviyyəsi 12.6 bənd artaraq hər 100 min diri doğulana görə 28.3 nəfərə yüksəlib. Göstərilən dövrdə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 26 nəfərdən 29 nəfərə çatıb. rəsmi statistikaya istinadən xəbər verir ki, 2010-cu illə müqayisəd
27 dekabrAylardır fasiləsiz öskürür, səbəbi tapılmır - VİDEO
Batman şəhər mərkəzində yaşayan Arı ailəsinin 13 yaşlı oğlu Məhəmməd Eyüp Arı artıq 51 gündür öskürəkdən əziyyət çəkir. türk mediasına istinadən xəbər verir ki, gecə-gündüz davam edən öskürək tutmaları azyaşlının həyatını demək olar ki, dözülməz hala gətirib. Məlumata görə ailə övladlarını dəfələrl
26 dekabrXƏBƏRDARLIQ! Bu tarixdən GÜCLÜ KÜLƏK ƏSƏCƏK
Dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar
27 dekabrƏrinin ölümünü sifariş verən qadına 18 il həbs cəzası verildi
Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidova və onunla birgə mühakimə edilənlərin iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror bəya
27 dekabrAzərbaycanda toy yasa döndü, İKİ BACI ÖLDÜ - YENİLƏNİB
Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub. -ın məlumatına görə, hadisə nəticəsində avtomobildə olan iki bacı dünyasını dəyişib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində 1993-cü il təvəllüdl
27 dekabr