Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdi

Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdi2020-ci il sentyabrın 18-də Xaçmaz rayonu ərazisində Bəykəs Yunusov və həyat yoldaşı Sona Yunusovanın yaşadıqları evdə silahdan açılan atəşlə qətlə yetirilmələri ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Hadisə ilə əlaqədar polis və prokurorluq əməkdaşları ünvana gələrək, lazımi istintaq hərəkətlərini yerinə yetiriblər. Daha sonra isə 1974-cü il təvəllüdlü Rəhman Osmanov Xaçmaz rayon Polis Şöbəsinə gələrək qayınana və qayınatasını öldürdüyünü deyərək könüllü təslim olub.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdiLent.az həmin qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Rəhman Osmanov nikahdan kənar qeyri-rəsmi arvadı Könül Yunusovanın onu tərk edib, atasının evinə getməsi ilə əlaqədar qayınatası Bəykəs Yunusovu, qayınanası Sona Yunusovanı və qaynı Cavid Yunusovu günahkar bilib. Rəhman adları çəkilən qohumlarının onun ailədaxili işlərinə müdaxilə edərək, həyat yoldaşını ondan ayırıb öz evlərinə apardıqları üçün qisas niyyəti ilə onları öldürmək qərarına gəlib. Bu məqsədlə avqust ayında yaşadığı Seyidli kəndindəki fərdi evin həyətində, mərhum atasından qalmış 16 kalibrli ov tüfənginin lüləsini kustar üsulla kəsərək ilkin təyinatını dəyişdirib. Sentyabrın 18-i səhər saat 6 radələrində yüngül dərəcəli sərxoş halında qayınatasının Ləcət kəndində yaşadığı evə gedib. Əvvəlcə odlu silahdan yaxın məsafədən qayınatasına, ardınca da qayınanasına atəş açıb. Bununla da hər ikisini xüsusi amansızlıqla öldürüb. Daha sonra vahid niyyətini başa çatdırmaq məqsədilə, yaxınlıqda yaşayan qaynı Cavid Yunusovun evinə yollanıb. Evin giriş qapısı bağlı olduğundan, fiziki güc tətbiq edərək qapını zorla açmağa çalışıb. Amma qapını aça bilmədiyindən, tüfəng kəsiyindən pəncərəni nişan alaraq 2 dəfə atəş açıb. Qırmalar Cavid Yunusova dəymədiyindən, Rəhman Osmanov onu öldürə bilməyib.

Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdiİş üzrə dindirilmiş Rəhman Osmanov bildirib ki, 1999-cu ildən qeyri-rəsmi Ləcət kənd sakini Könül Yunusova ilə yaşayıb. Onların qızları hazırda ərdədir və qonşu kənddə yaşayır:

"2020-ci il avqustun 23-də evdə olmadığım vaxt qayınanam Sona Yunusova və böyük qaynım evimə gəlib, məndən xəbərsiz arvadımı evlərinə aparıblar. Bununla əlaqədar Cavidə zəng etsəm də, o, zəngimə cavab vermədi. Bir neçə gün Könülün evə qayıtmasını gözləsəm də, o, geri qayıtmadı. Buna görə bu məsələyə bir dəfəlik son qoymağı qərarlaşdırdım. Əsas günahkarlar qayınatam, qayınanam və qaynım idi. Onlar daim mənim ailədaxili işlərimə müdaxilə edərək, ailəmi dağıtmağa çalışırdılar. Tüfəngin lüləlisini kəsməkdə məqsədim onu çantada rahat daşımaq idi. Sentyabrın 18-i gecə saat 3 radələrində içkili vəziyyətdə silahı və 8 ədəd patronu qara rəngli idman çantasına qoyub, qayınatamın yaşadığı evə yollandım. Evin qarşısında tüfəngi və patronları çantamın içərisindən çıxardım. Bir neçə saat həyətdəki talvarın altında oturub onların yuxudan oyanmasını gözlədim. Saat 6-da 2-ci mərtəbəyə qalxıb kiçik qaynım Firuzun yatdığı otağa keçdim. Firuzu yuxudan oyadıb bacısının harada olduğunu soruşanda o, bacısının evdə olmadığını dedi. Firuzdan siqaret götürüb yenidən həyətə düşdüm. 1-ci mərtəbədə qayınana və qayınatamın otağına daxil olub. Könülün harada olduğunu soruşdum. Onlar Könülün başqa yerdə olduğunu söylədikdə, hər ikisinə iradımı bildirdim. Əvvəlcə qayınatamın, sonra da qayınanamın sinəsinə yaxın məsafədən atəşlər açdım. Səsi eşidən arvadım otağa girdi və yerə yıxılmış ata-anasını gördü. Qaynım Firuz Könülə dedi ki, dərhal buradan qaçsın. Evdən çıxıb arvadımın arxasınca getdim. Təxminən 60 metr aralıda yerləşən böyük qaynım Cavidin yaşadığı evin yanına çatdım. Könül qaçaraq evə daxil oldu və qapını arxadan kilidlədi. Güclə qapının tutacağını özümə tərəf dartsam da, qapını aça bilmədim. Silahdan evin pəncərəsinə 2 dəfə atəş açdım. Həmin vaxt evdə Cavid, arvadı, uşaqları və Könül var idi.

Bundan sonra, hadisə yerindən uzaqlaşıb Ləcət kəndindəki dəmiryol stansiyasına getdim. Orada qarşıma çıxan polis əməkdaşlarına törətdiyim hadisə haqda danışdım. Silahla qalan patronları onlara təhvil verdim. Bir azdan digər əməkdaşlar gəlib məni polis şöbəsinə apardılar".

Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdiZərərçəkmiş şəxsin hüquqi varisi Firuz Yunusov ifadəsində göstərib ki, qətlə yetirilmiş şəxslər onun valideynləri olub:

"Yeznəm Rəhman Osmanov son illər mütəmadi spirtli içki qəbul etdiyi üçün arvadı Könüllə aralarında münaqişələri yaranırdı. Bu səbəbdən bacım bir neçə dəfə küsərək ata evinə gəlmişdi. Lakin ailə üzvləri onları barışdırırdılar. Rəhman üzrxahlıq edib Könülü evinə aparırdı. 2020-ci ilin avqust ayında bacım anama zəng edərək Rəhmanın onu incitdiyini və vəziyyətinin artıq dözülməz olduğunu dedi. Onu evimizə gətirməyi xahiş etdi. Anam bu barədə qardaşım Cavidə xəbər verəndən sonra, Seyidli kəndinə gedib Könülü öz istəyi ilə ata evinə gətirdilər. Könül 2-ci mərtəbədəki otaqda qalırdı. Sentyabrın 18-i səhər saat 6 radələrində yatdığım yerdə yeznəm otağa daxil olub məni yuxudan oyatdı. Könülün Rəhmanı görmək istəmədiyini bildiyim üçün ona yalandan bacımın evdə olmadığını dedim. Rəhman məndən siqaret alıb çölə çıxdı. Çox keçmədən həyətdən səs-küy səsləri eşidib 1-ci mərtəbəyə düşdü. Osmanovun tüfəngdən atəş açıb ata-anamı vurduğunu gördüm. Şoka düşüb nə edəcəyimi bilmədim. Yaxınlaşıb tüfəngi əlindən almaq istəyəndə Rəhman yaxınlaşmamağımı, əks halda məni də vuracağını dedi. İçəri girən bacım valideynlərini qan içində görüb, qorxaraq qardaşım Cavidin evinə qaçdı. Rəhman qardaşımın evinə atəş açdı. O, gedəndən sonra qapını döyüb Cavidə çölə çağırdım. Cavidlə birlikdə ata evimizə qayıtdıq. Qardaşım Daxili İşlər Nazirliyinin "102" xidmətinə və təcili tibbi yardıma zəng edərək məlumat verdi. Yoxlayanda artıq anamın nəbzi yox idi. Lakin atam hələ yaşayırdı. Təcili Tibbi yardım briqadası atamı xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilmədilər. Həmin gün valideynlərimi kənd qəbiristanlığında dəfn etdik".

Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdiŞahid Könül Yunusova ifadəsində göstərib ki, yoldaşı Rəhmanın ona qarşı etdikləri haqsızlıqlar və zülmlərə tab gətirə bilməyib, bir dəfəlik ayrılmaq qərarına gəlib:

"Telefonla anama zəng edərək həyatımdan bezdiyimi, belə gedişlə özümə qəsd edəcəyimi söylədim. Anamdan gəlib məni ata evinə aparmalarını xahiş etdim. Onlar gələnə kimi öz əşyalarımı hazırladım. Həmin vaxtı ərim evdə yox idi. Sentyabrın 18-də səhər Rəhman ata evimə gələrək, valideynlərimi qətlə yetirdi. Yəqin ki, qardaşım Cavidin evinə çatıb gizlənməsəydim yoldaşım məni də öldürəcəkdi. Çünki otağın döşəməsində uzanan ata-anamı görəndə, Rəhman mənə baxaraq, növbəti patronları tüfəngə yerləşdirməyə başlamışdı".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Osmanov 20 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2927   Tarix: 04 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəzada ölən şəxsin yaxınları axtarılır - Əlində "Süleyman" yazılmış döymə var

Fevralın 11-i saat 22:30 radələrində Bakı-Quba istiqamətində yerləşən ödənişli avtomobil yolunun 56-cı kilometrliyində, Xızı rayonunun Yaşma kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, naməlum sürücü idarə etdiyi naməlum markalı avtomobillə Quba istiqamətind

11 mart
.

Yanğın təhlükəsi olan mağaza bağlandı - Video

Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında fəaliyyət göstərən topdansatış mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, mağazada aşağıdak

30 aprel
.

Qaçırdığı qızı zorla videoya çəkdi - Dostları ilə birgə tutuldu

Ağdaşda qısqanclıq zəminində ayrıldığı qızı qaçıran oğlan və ona kömək edən qardaşlar uzunmüddətli həbsə göndərilib. "Qafqazinfo"nun məlumatına görə, cinayət hadisəsi ilə bağlı 28 yaşlı Seyran, dostları olan iki qardaş - Elvin və Səxavət (bütün ad-soyadlar şərtidir) birgə mühakimə edilib. Hadisəni

10 mart
.

Sevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR

Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf təqsirləndiriləni

10 aprel
.

Həmin 15 yaşlı məktəbli saxlanıldı

Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl

21 aprel
.

Dəhşətli cinayət: Ana torpağa basdırılmış, oğlu güllələnmiş halda tapıldı

Hatayın İskenderun rayonunda baş verən dəhşətli hadisə nəticəsində ana və oğlu ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, sözügedən ərazidə heyvan otaran çoban torpaq üzərində meyit aşkar edərək vəziyyət barədə jandarmaya məlumat verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar tərəfində

16 aprel
.

Ağcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib

Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl

27 aprel
.

Daha bir tiktoker həbs edildi

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, növbəti tədbirlərlə "TikTok" sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismə

12 mart
.

Bu hal cinayət hesab ediləcək

Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin

21 aprel