Hamilə arvadını bıçaqladı: "Öldürməyən kişi deyil" - Dəhşətli cinayətin TƏFƏRRÜATLARI

Hamilə arvadını bıçaqladı: "Öldürməyən kişi deyil" - Dəhşətli cinayətin TƏFƏRRÜATLARIBakıda Pərvin Ağayevin 23 həftəlik hamilə arvadını hansı səbəbdən bıçaqlaması ictimaiyyətə qaranlıq qalıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İstintaqla müəyyən edilib ki, hadisə ötən il aprelində Bakının Nizami rayonu, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.

Pərvin Ağayev ilə arvadı Şəbnəm İsmayılova arasında dava düşüb.

Dava zamanı Şəbnəm İsmayılova boğaz və döş qəfəsi nahiyələrindən 3 bıçaq xəsarətləri alıb.

Qadın xəstəxanaya yerləşdirilib və onun hamilə olduğu məlum olub. Hüquq-mühafizə orqanları tərəfindən Pərvin Ağayev tutulub.

Məhkəmədə danışan Pərvin Ağayev deyib ki, Şəbnəmlə təxminən 2019-cu ildə təsadüf nəticəsində tanış olub:

"Sonradan aramızda isti münasibət yarandı. 2021-ci ilin aprel ayının 29-dan oktyabr ayının 18-dək qeyri-rəsmi olaraq birlikdə yaşamışıq. Həmin dövrdə şəxsiyyət vəsiqəmi itirdiyimdən Şəbnəmlə rəsmi nikaha daxil ola bilməmişdim. Amma sənədlərimi qaydasına qoydum və oktyabr ayında rəsmi nikaha düşdük. Münasibətlərimiz qaydasında olub. Mən avtoyuma məntəqəsində işləyirdim, Şəbnəm isə çalışmırdı. Birtəhər dolanırdıq".

Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, bir dəfə evdə olarkən özünə məxsus mobil telefonda "Domino" oyunu oynayarkən tanımadığı qızla oyunda mesajlaşıb:

"Şəbnəm həmin mesajları gördü. Bundan sonra aramızda mübahisələr yarandı. Məni evdən qovdu, dedi birdə üzümü görmək istəmir. Bu sözlərin qarşılığında Şəbnəmdən mənə bir həftə vaxt verməyini, ondan sonra evdən çıxıb gedəcəyimi və ayrılacağımı bildirdim. Bu söhbətlərdən sonra aramız konkret dəymişdi. Həmin vaxt Şəbnəmin anası bizə baş çəkməyə gəldi. O, bizə 80 manat pul verdi ki, qarşıdan yeni il gəlir evə yolka alaq. Sabahı gün qayınanam Şəbnəmlə birlikdə özü bazara gedib yolka aldılar. Lakin Şəbnəm telefonundan zəng edərək "nə üçün mənimlə birlikdə mağazaya gedib yolka seçimində mənə köməklik göstərmədin, pozğun qadınlara vaxt ayıra bilirsən, lakin mənə vaxt ayırmırsan, kişi ol, ə" sözlərini dedi. Dalınca qışqıra-qışqıra nalayiq ifadələr işlətdi. Mən də ona cavabımda söyüşlər söydüm və axşam evə gələndə danışacağıq dedim. Həmin gün, yəni 2021-ci il dekabrın 10-da axşam saat 22 radələrində dostum Orxanla birlikdə evə getdim. Orxanla evə getməkdə məqsədim istilik sisteminin suyunda 1 gün əvvəl yaranmış nasazlıq idi. Həm Orxan istilik sisteminə baxacaqdı, həm biz evdə su olmuş xalçanı avtoyuma məntəqəsinə aparacaqdıq. İşimizi bitirib, xalçanı da götürüb getdik. Sonra avtoyuma məntəqəsinin yaxınlığında oturub çay içməyə başladıq. Həmin vaxt Şəbnəm yenə mənə təhqiredici mesajlar yazmağa başladı. Dalınca mən zəng elədim, telefonda mübahisəmiz yarandı. Şəbnəmə boşanmaq istəyirsə, mən də bu fikri dəstəkləyəcəyimi dedim".

Pərvin Ağayev deyib ki, həmin gün evə gedəndə qaynanası da onlarda olub:

"Şəbnəmin anası Nazilə məni mənzilin digər otağına çəkərək barışmağımı xahiş etdi. Ailəmizin dağılmasını istəmədiyini, mənim getməyimə razı olmadığını dedi. Həmin vaxt Şəbnəm mənzilin qonaq otağından mənə qarşı nalayiq ifadələr işlədirdi və boşanmaq istədiyini bildirirdi. Mən hər dəfə Şəbnəmə söyüş söyməməsini deyirdim. Həmin vaxt əşyalarımı yığıb evdən getmək niyyətində olduğumu bildirdim. Buna baxmayaraq, Şəbnəm mənə söyüş söyməkdə davam etdi. Şəbnəmin sözlərindən əsəbiləşib qonaq otağına keçərək onun yaxasından tutub sakitləşməsini və söyüş söyməməsini tələb etdim. Əks təqdirdə öldürəcəyimi bildirdim. Şəbnəm isə mənə "öldürməyən kişi deyil" deyəndə, otaqda stolun üzərində olan mətbəx bıçağını götürdüm. Şəbnəmə təkrarən əgər səsini kəsməsə, söyüş söyməyə davam etsə, bıçaqla vuracağımla bağlı xəbərdarlıq elədim. Şəbnəm yenə də "vurmayan kişi deyil" deyəndə bıçaqla onun boyun nahiyəsindən vurdum. Bu vaxt Şəbnəm qaçmaq istədi, əl-qol atmağa başladı. Əlimdən qaçmaq istəyəndə saçından tutub, dala çəkərək bir bıçaq zərbəsi də vurdum. Bu zaman Şəbnəm qapıdan çıxıb qonşunun qapısını döydü. Qonşudan iki nəfər oğlan çıxaraq, Şəbnəmi əlimdən aldı, bıçağı da götürdülər. Qonşular Şəbnəmi üzbəüz qonşunun evinə saldı. Mən isə binanın həyətinə düşüb siqaret çəkməyə başladım. Həmin vaxt yaxın ünvanda yaşayan bacanağım Şəhriyar da ora gəldi və mənə Şəbnəmin qanının dayanmadığını bildirdi. Mən evə qayıdanda polis tərəfindən saxlanıldım".

Təqsirləndirilən şəxs qeyd edib ki, onun Şəbnəmi öldürmək niyyəti olmayıb:

"Hadisə zamanı Şəbnəmi otaqda stolun üzərində olan böyük bıçaqla yox, kiçik bıçaqla vurmuşam. Onun hadisə zamanı mənə qarşı işlətdiyi nalayiq ifadələrin təsirindən əsəbiləşmişəm. Bu səbəbdən belə bir hal baş verib. Hadisənin belə bir vəziyyətə çatmasına səbəb Şəbnəmin mənə, valideynlərimə, ailə üzvlərimə söyməsi olub. Bir anlıq özünü idarə edə bilməmişəm. Hamilə olduğundan xəbərdar idim. Törətdiyim əmələ görə peşmanam".

Məhkəmədə zərərçəkən şəxs qismində dindirilən Şəbnəm İsmayılova ifadə verib. O, sonda bildirib ki, hadisədən sonra onların uşaqları dünyaya gəlib:

"Pərvini uşağımın atası kimi bağışlamışam, onunla barışmışam. Bu səbəbdən şikayətimdən imtina edirəm. Xahiş edirəm ki, bunu nəzərə alın".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Ağayev 11 il 3 ay azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3583   Tarix: 06 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust