Həkimin evindən külli miqdarda pul oğurlandı - FOTO
Mərkəzi Klinik Gəncə Xəstəxanasının Reanimatoloq-Nefroloq, Reanimasiya, İntensiv Terapiya və Ekstrokorporal şöbəsinin müdiri, tanınmış həkim Səbinə Qasımovanın evindən oğurluq edən şəxslərə hökm oxunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, cinayət işinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, 2017-ci ildə Gəncəyə köçən və orada kirayə yaşayan Səbinə Qasımovanın evindən ümumi dəyəri 18 150 manat olan qızıl-zinət əşyası, o cümlədən qiymətli əşyalar oğurlanıb.
Təqsirləndirilən şəxs qismində hakim qarşısına əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini İsmayıl Bağırov və Bakı sakini Zaur Cəfərov çıxarılıb. Onlar keçmişdə məhkum yoldaşı olublar.
Fotoda İsmayıl Bağırov (solda) və Zaur Cəfərov (sağda)
2021-ci ilin mayında qeydə alınan oğurluq hadisəsinə gəlincə, Zaur Cəfərov İsmayılla telefon danışığı zamanı anasının xəstə olduğunu deyərək, təcili xeyli miqdarda pula ehtiyacı olduğunu bildirib. Bunun üçün o, imkanlı şəxsin evindən oğurluq etməyə ehtiyac yarandığını söyləyib. İsmayıl Bağırov isə Zaura "kömək əlini" uzadaraq imkanlı şəxsi - Səbinə Qasımovanı işarə verib.
Zaur isə öz növbəsində İsmayıla həkim barədə məlumatları, yəni, işə nə vaxt getdiyini, nə vaxt gəldiyini, kimlərlə birlikdə yaşadığını öyrənməsini bildirib, bundan sonra oğurluq planı üzrə hərəkət ediblər. Nəticədə evdən xeyli miqdarda müxtəlif qızıl-zinət əşyaları və bahalı qol saatları oğurlanıb.
Cinayət hadisəsinin üstü isə oğurluqdan 10-12 gün sonra açılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zaur Cəfərov 4 il, oğurluq zamanı binanın qarşısında gözləyən, ətrafa nəzarət edən İsmayıl Bağırov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Səbinə Qasımova ötən ilin yanvarında "Toyota RAV 4" markalı şəxsi avtomobili ilə Gəncə-Bakı istiqamətində hərəkət edərkən, Ələt karantin postunda DYP əməkdaşının qanuni tələbinə tabesizlik göstərməsi ilə gündəmə gəlmişdi.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1831 Tarix: 09 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrGəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrSalyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markal
18 oktyabrBiləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü
Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c
17 oktyabrÇörək bıçağına görə arvadını döydü, cinayət işi açıldı
Ağcabədidə kişi arvadını döyüb. xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb. Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstün
18 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabr