FHN: "Şabranda yanğınla bağlı elektrik enerjisi ilə təchizatda problem olmayıb" - YENİLƏNİB

FHN: "Şabranda yanğınla bağlı elektrik enerjisi ilə təchizatda problem olmayıb" - YENİLƏNİBFövqəladə Hallar Nazirliyi (FHN) Şabranda əkin sahəsində baş verən yanğınla bağlı məlumata yaıb.

FHN-dən verilən məlumata görə, bu gün nazirliyin "112" qaynar telefon xəttinə Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb edilib.

Havanın isti və küləkli olması səbəbindən yanğın qısa müddətdə genişlənərək yaxınlıqdakı meşəlik əraziyə keçib. Bununla belə, yanğınsöndürmə qüvvələrinin effektiv tətbiqi sayəsində hazırda yanğını bir neçə istiqamətdə nəzarətə götürmək mümkün olub ki, bununla da ərazidə yerləşən ictimai iaşə obyektləri və yaxınlıqdakı kənd üçün yaranmış təhlükə aradan qaldırılıb. Həmçinin, ətraf kəndlərin elektrik enerjisi ilə təchizatında hər hansı problem olmayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları iştirak edir

***

Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Qeyd edək ki, Şabran rayonunun Ağalıq kəndində baş verən yanğın nəticəsində ətrafda yerləşən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

20:34

Şabran rayonunun Ağalıq kəndində baş verən yanğın nəticəsində ətrafda yerləşən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

"Report"un Şimal bürosu xəbər verir ki, kənd sakinləri yanğının ilkin olaraq ərazidən keçən yüksək gərginlikli elektrik xəttində baş verdiyini bildirib.

Qısa qapanma nəticəsində biçilən əkin sahəsi alışıb və güclü külək nəticəsində yanğının miqyası genişlənib.

Alovun qarşısını almaq getdikcə çətinləşir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissələrinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

20:03

Şabranda baş verən güclü yanğın nəticəsində magistral yol bağlanıb, bölgədəki bir sıra ictimai-iaşə obyektləri yanıb.

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Ağalıq kəndində baş verən yanğının miqyası getdikcə genişlənir.

Belə ki, avtomobillərin hərəkəti üçün ciddi təhlükə yarandığından Gəndob-Xaçmaz-Yalama avtomobil yolu bağlanıb. Həmçinin ətrafda yerləşən bir sıra ictimai iaşə obyektləri yanıb.

Meşə massivindən ətrafa yayılan yanğın yaxınlıqda olan kənd üçün təhlükə yaratmaqda davam edir.

18:55

Şabran rayonunda meşə massivi yanır.

"Report" xəbər verir ki, hadisə rayonun Ağalıq kəndində baş verib.

Beləki, kənd sakinləri biçilmiş taxıl sahələrinə od vurublar. Daha sonra yanğınin miqyası genişlənərək ətraf ərazilərdə yayılıb.

Meşə massivinə düşən yanğın yaxınlığda olan kənd üçün bir sıra təhlükə yaratmaqdadı.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin və ətraf rayonların avtomobili və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1600   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021