Gübrə dörd dəfə BAHALAŞDI – "Payızda bizi çox ciddi məhsul qıtlığı gözləyir"
Azərbaycanda mineral gübrələr bahalaşıb.
Bu barədə Bizim.Media məlumat yayıb.
Bildirilib ki, ölkəmizdə fermerlərin mineral gübrələrə olan ehtiyacı əsasən idxal hesabına ödənilir. Sumqayıt Karbomid Zavodu ölkə üzrə azot gübrəsinə olan ehtiyacı xeyli miqdarda qarşılasa da, hələ ki tam ödəyə bilmir.
Son vaxtlar dünyada davam edən inflyasiya təbii ki, gübrə sənayesinə də təsirsiz ötüşməyib.
Ona görə də son bir neçə ayda mineral gübrələrin qiyməti xeyli dərəcədə bahalaşıb. Bu isə fermerləri çətin duruma salıb. Çünki, həm fermerlərin fərdi imkanları, həm də dövlətin ayırdığı subsidiya imkan vermir ki, fermerlər lazım olan qədər gübrə tədarük etsin.
Nəzərə alaq ki, ötən mövsüm kisəsi 20-30 manata təklif olunan gübrələr indi 80-100 manata satılır. Xırda fermerlərin də bu qiymətə gübrə almaq imkanından məhrumdur.
Təsadüfi deyil ki, hazırda əksər regionlarda fermerlər ciddi məhsul itkisi ilə qarşılaşıb. Məsələn, ötən il kiloqramı 40-50 qəpiyə təklif olunan soğan bu gün istehlakçıya 1.10-1.20 manata təklif olunur. Digər kənd təsərrüfatı məhsulları da həmçinin. Kənd təsərrüfatı əkinlərini aqrotexniki qayda da becərilməsində təbii ki, mineral gübrələr əvəzsiz rola malikdir. Gübrənin olmaması isə məhsul itkisi deməkdir.
Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Akif Nəzirli bildirib ki, bu gün ayrılan subsidiya fermerin mənfəət normasını təmin etmir:
"Çünki, subsidiya azdır, həm də verilən subsidiya əlçatan deyil. Bildiyimiz kimi, subsidiyanın 25 faizi fermerə nağd şəkildə, 75 faizi isə texniki yardım kimi verilir. Üstəlik, fermer kartındakı vəsaitdən istifadədə tam sərbəst deyil. O, ancaq Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlərdən nağdsız ödəniş edərək gübrə ala bilər.
Həmin şirkətlər də müxtəlif bəhanələrlə gübrələrin qiymətini durmadan artırır. Hələ onu demirik ki, bəzi şirkətlərin gətirdiyi gübrələrin keyfiyyəti çox aşağıdır. Keyfiyyətsiz gübrə də təbii ki, aparılan aqrotexniki tədbirlərin səmərəliliyini aşağı salır".
Tanınmış ekspert onu da əlavə etdi ki, təcili tədbirlər görülməlidir. Əks-təqdirdə yaxın aylarda məhsul qıtlığı və qiymət artımı qaçılmaz olacaq:
"İndiki halda hökumət ilk növbədə subsidiyaların həcmini artırmalıdır. İkincisi, subsidiyaların ünvanına çatması üçün zəruri tədbirlər görülməlidir. Yəni, bu sahədə şəffaflıq təmin olunmalıdır. Üçüncüsü, fermer aldığı subsidiyanı 100 faiz nağdlaşdırma hüququna sahib olmalıdır.
Bir sözlə, bürokratik əngəllər aradan qaldırılmalıdır. Çox təəssüf ki, bu gün bizdə "şah" satıcıdır. O, istədiyi məhsulu, istədiyi qiymətə satır. Alıcı da məcbur edilir ki, satıcının diqtəsinə boyun əysin. Bir sözlə, indiki vəziyyətdə operativ qərarlar qəbul edilməlidir.
Fermerə təcili kömək əli uzadılmalıdr. Əks təqdirdə payız aylarında bizi çox böyük bahaçılıq və qıtlıq gözləyəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək
"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml
26 sentyabrMal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl
25 sentyabrBakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn
28 sentyabrQızıl qiymətlərində son vəziyyət
Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl
2 oktyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 62 milyard 475,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 12,2 % çoxdur. Bankların aktivlərinin 30 milyard 841,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlə
25 sentyabrAzərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrMehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını
1 oktyabr