Gələn kimi iki generalı çıxardı, iki generala görə özü getdi - Mehdiyevin vəzifə yolu

Gələn kimi iki generalı çıxardı, iki generala görə özü getdi - Mehdiyevin vəzifə yolu23 aprel 2018-ci ildə Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilən gömrük xidməti general-polkovniki Səfər Mehdiyev bu gün vəzifəsindən azad edildi.

Sonxeber.az Qaynarinfo-ya istinadən S.Mehdiyevin sədr təyin olunduğu gündən indiyənədək keçdiyi vəzifə yolunu təqdim edir.

S.Mehdiyev vəzifəyə gəldikdən 6 gün sonra Dövlət Gömrük Komitəsində iki generalı sərəncama göndərdi. Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduğu vəzifələrdən azad edilərək, sərəncama göndərildilər.

İki generalın vəzifədən uzaqlaşdırılmasına səbəb həmin il "dərman mafiyası" başlığı altında hüquq-mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat idi.

Daha sonra S.Mehdiyev rəhbəri olduğu qurumda bir sıra "islahatlar" aparmaqla kifayətlənməli oldu.

Yeri gəlmişkən S.Mehdiyev Gömrük Komitəsinin sədri vəzifəsinə gəldikdən bir neçə gün sonra jurnalistlər üçün təşkil olunmuş "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" seminarına qatıldı. Sözügedən tədbirdə təklif etdi ki, bir qrup jurnalist birləşərək sırf onlarıb dediyi vaxtlarda yox, özləri istədikləri anda gömrük idarəsi və dairələrinə səfər etsinlər: "İşləri izləyib, özləri qiymət versin. Hətta onlara qısa müddətlik "gömrükçü" adı verilə bilər".

S.Mehdiyev vəzifəsinin icrasına başladıqdan 10 ay sonra KİV-dən narazılıq etməyə başladı. Mətbuat xidməti vasitəsi ilə yaydığı məlumatda bildirdi ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində Səfər Mehdiyevin daxili bazarın qorunması istiqamətində gömrük orqanlarının həyata keçirdiyi tədbirlərlə bağlı fikirləri yanlış şərh olunur və komitənin fəaliyyəti şübhə altına alınır.

General vəzifəyə gəldikdən 5 ay sonra rəhbəri olduğu qurumun vəzifəli şəxslərinə xəyanət və rüşvətin bağışlanmayacağı ilə bağlı xəbərdarlıq etdi: "Kim korrupsiyaya cəhd edirsə və rüşvət alıb rüşvət verirsə, həmin şəxslər cəzalandırılacaq. Bu barədə onlara keçirdiyimiz müşavirələrdə də mütəmadi olaraq xəbərdarlıq edirik".

10 ay sonra isə yenidən xəbərdarlıq edərək bildirdi ki, tamahını idarə edə bilməyənlər aramızdan gedəcək.

Elə üzərindən bir neçə ay keçdikdən sonra S.Mehdiyev bir sıra vəzifəli şəxsləri rüşvətə görə vəzifəsindən də azad etdi.

General-polkovnik "Gömrükdə rüşvət olarsa, istefa verəcəm" fikrini də səsləndirdi.

O daha sonra KİV-ə açıqlamasında bu sözləri ilə də gündəm oldu: "Gömrük pambıq tarlası deyil. İşimizə qalanda biz tarladan pambıq toplamırıq".

Tarladan pambıq toplamırıq deyən S.Mehdiyevdən və onun rəhbərlik etdiyi qurumdan şikayətlər bitmədi ki, bitmədi. Ən çox şikayətçilər isə məhz sahibkarlar idi.

O sahibkarlar ki, Dövlət Gömrük Komitəsinin generalları qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq komitənin digər vəzifəli şəxsləri vasitəsilə "Azərterminalkompleks" Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında "Azerbaijan Legal Consulting İnternational Services" MMC, "Nanoc" MMC, "Veqa-Servis" MMC, "Meqan Group" MMC, "Omega Servis IKO" MMC, "Delta Servis İKO" MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi, general-mayor Məsum Rəsulovun müsadirəsi nəzərdə tutularaq "Azərterminalkompleks" Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını əsgərlərə vermək əvəzinə satdığı, "Azərterminalkompleks" Birliyinin direktoru vəzifəsində işləyən, general-mayor Ehtiram Xəlilovun isə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət alması müəyyən edildi. Hər iki yüksək rütbəli şəxs DTX tərəfindən saxlanılaraq həbs edildi.
S.Mehdiyev vəzifəyə gələndə "dərman mafiyası" başlığı altında həbs xəbəri yayılan iki generalı vəzifəsindən özü azad etdi. Əsgər siqaretini satan, sahibkarlardan rüşvət alan iki generlı isə DTX vəzifələrindən uzaqlaşdırdı. Özünü isə bu gün Prezident İlham Əliyev...

Yeri gəlmişkən 44 günlük Vətən müharibəsində qələbədən sonra Prezident İlham Əliyev digər bir sıra məmurlarla yanaşı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə də lüzumsuz təkliflərinə görə sərt xəbərdarlıq etmişdi. İlham Əliyevdən SİTAT:

"Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4158   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021