"Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır" - Deputat
"Son günlər Dövlət Gömrük Komitəsində aparılan yoxlamalar, bəzi yüksək rütbəli məmurların həbs olunması bir daha göstərdi ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır".
Bunu Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib.
O, qeyd edib ki, qanunları pozan, vəzifə səlahiyyətlərindən sui-istifadə edən hər bir məmur ifşa olunur və sərt şəkildə cəzalandırılır:
"Prezident İlham Əliyev dəfələrlə müxtəlif müşavirələrdə məmurların vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirmələrini tapşırıb və heç kəsin toxunulmazlıq statusuna, xüsusi imtiyazlara malik olmadığını vurğulayıb. Ortada siyasi iradə var. Əvvəllər də yüksək səviyyəli məmurların, hətta nazirlərin həbs olunmalarının, biabırçı şəkildə vəzifələrindən azad olunmalarının şahidi olmuşuq. Ancaq, təəssüflər olsun ki, bir çoxları bundan lazımi nəticə çıxarmır, cinayətkar fəaliyyətlərini davam etdirirlər. Düşünmürlər ki, hər şey dövlətin nəzarətindədir. Nəticə isə, bir qayda olaraq, acınacaqlı olur. İqtisadiyyata külli miqdarda ziyan dəyir, sahibkarlığın inkişafının qarşısı alınır, vətəndaşla dövlət arasında narazılıq yaranır".
Deputat vurğulayıb ki, hazırda həbslərin detalları ilə bağlı fikirlərin səsləndirilməsi doğru deyil:
"İstintaq gedir və hüquqi qiymət veriləcək. Ancaq hökumətin iqtisadi blokunda təmsil olunan və dövlət büdcəsinin gəlirlərinin formalaşmasında və daxili bazarın tənzimlənməsində əhəmiyyətli rola malik Dövlət Gömrük Komitəsinin əsas vəzifələrindən biri çoxminlli sahibkarlar ordusu, investorlarla münasibətlərin düzgün qurulmasıdır. Şəffaf şəkildə, qarşılıqlı əməkdaşlığın elə formaları seçilməlidir ki, həm sahibkarlıq inkişaf etsin, həm daxili bazar qorunsun, həm də dövlətin müəyyənləşdirdiyi rüsumlar tam şəkildə büdcəyə ödənilsin".
Nəsib Məhəməliyev söyləyib ki, harada yerləşməsindən asılı olmayaraq, gömrük postları ölkənin iqtisadi sərhədləri hesab olunur:
"Ölkəmizə gələn xarici sərmayədarlar, iş adamları, adi sərnişinlər belə, təbii olaraq, gömrük işçiləri ilə qarşılaşırlar. Onlara göstərilən münasibət ölkəmiz, xalqımız barədə rəy formalaşdırır, təəssürat yaradır. Bu baxımdan, hesab edirəm ki, belə bir əhəmiyyətli qurumda çalışan kadrların savadı, peşəkarlığı, mədəniyyəti, əxlaqı, vətənpərvərliyi yüksək səviyyədə olmalıdır. Sahibkarları, iş adamlarını incitməməli, əcnəbi vətəndaşları narazı salmamalıdırlar.
Hər bir azərbaycanlı ölkəsinin inkişafına öz töhfəsini əsirgəməməli, müsbət imicinin formalaşmasına çalışmalıdır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı