Azərbaycanda müəmmalı olay: Xəstəxanalıq olanların sayı 200-ü ötdü - YENİLƏNİB
Şəkinin Yeni Çələbixan qəsəbəsində son iki gün ərzində 200-dən yuxarı sakin həkimə müraciət edib.
Bu barədə APA-nın şimal-qərb bürosuna Şəkinin Yeni Çələbixan qəsəbəsi həkimi Xatirə Əhmədova məlumat verib.
Həkimin sözlərinə görə, ötən gündən başlayaraq bu saata qədər qəsəbənin 200-dən yuxarı sakini qusma, mədə sancıları və ishal əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına və Yeni Çələbixan qəsəbəsində fəaliyyət göstərən Laçın Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki tibb məntəqəsinə müraciət ediblər.
"Müraciət edənlərin çox hissəsi uşaqlar və yeniyetmələrdi. Onların arasında ağırlaşma halları yoxdur. Müraciət edənlərə lazımi yardım göstərildikdən sonra evə buraxılıblar", - o deyib.
13:13
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 58-dən çox vətəndaşın sudan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, qəsəbə sakinləri Şəki şəhər abonentləri ilə eyni mənbədən su alırlar:
"Artıq qurumun baş texnoloqu məlumatlandırılıb. Bizim regional laboratoriya əməkdaşları tərəfindən sudan nümunə götürülüb, məsələ araşdırılacaq".
10:28
Daxili İşlər Nazirliyi Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 58-dən çox vətəndaşın xəstəxanaya müraciət etməsinə açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, sudan müvafiq nümunələr götürülüb və ekspertiza təyin edilib:
"Hazırda faktla bağlı araşdırma aparılır".
10:02
Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 50-dən çox vətəndaş xəstəxanaya müraciət edib.
Oxu.Az-ın məlumatına görə, 58 nəfər qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxana gətirilib. Onlara köməklik göstərilib və evə buraxılıblar.
Vətəndaşların içməli sudan zəhərləndiyi ehtimal edilir.
Qeyd edək ki, müraciət edənlərdən 40 nəfəri yetkinlik yaşına çatmayanlardır.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı