Özünü övladları ilə binadan atan qadınla bağlı YENİ FAKTLAR: Qayınanasını təbrik etməyibmiş - YENİLƏNİB+VİDEO
Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadının intiharı ilə bağlı yeni faktlar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, iki övladı ilə intihara cəhd edən Abbasova Aytən qayınanasının ad gününü təbrik etmədiyi üçün aralarında münaqişə yaranıb. Hadisə bundan sonra baş verib.
Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Suslan Abbasov bu gün Moskvadan Bakıya qayıdır.
TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər:
"Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. Digər azyaşlı tibb müəssisəsinə aparılan zaman yolda dünyasını dəyişib".
09:16
Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadınla bağlı bəzi detallar məlum olub.
Belə ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib.
Məlum olub ki, qadın intihara cəhddən əvvəl qayınanası ilə mübahisə edibmiş.
Özünü evin eyvanından atan 1997-ci il Aytən Abbasova Marif qızı və 4 yaşlı Sofiya Abbasova xəstəxanaya yerləşdiriliblər.
Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova dünyasını dəyişib.
İntiharın dəqiq səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.
Qeyd olunub ki, qadının əri Rusiyada yaşayır.
Daha ətraflı Baku TV-nin süjetində:
01:21
Bakıda qadın iki uşağı ilə birlikdə intihar edib.
"Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal Yaşayış Kompleksində baş verib.
Belə ki, ana iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atıb. Ana, eləcə övladlarından biri sağ qalsa da, digər uşaq hadisə yerində keçinib.
Hadisə yerinə iki təcili yardım briqadası çağırılıb.
İntiharın dəqiq səbəbi bilimir.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı