"Zəngilanın Ağalı kəndinə vətəndaşlarımızın köçürülməsi 4 mərhələdən ibarətdir" - Deputat
İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib.
Bununla bağlı Sobxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bu gün 30 il doğma yurd-yuvalarına həsrət qalan soydaşlarımız öz vətənlərinə geri qayıdırlar:
"Azərbaycanda ilk dəfə "ağıllı kənd" konsepsiyası həyata keçirilib. Müasir standartlara cavab verən evlərdə vətəndaşlarımızın rahat yaşaması üçün hər bir şərait yaradılıb. Bilirsiniz, "Ağıllı kənd" konsepsiyasına uyğun qurulan Ağalı kəndinə vətəndaşlarımızın köçürülməsi 4 mərhələdən ibarətdir. Ümumilikdə Ağalı kəndində 41 ailənin, yəni təxminən 200 nəfərin hər cür şəraitlə təmin olunacağı gözlənilir. Ən önəmlisi isə odur ki, burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək".
Deputat vurğulayıb ki, bu gün doğma yurdlarına köçürülən soydaşlarımızın fotolarına baxanda onların necə sevincli və xoşbəxt olduqları görülür:
"30 illik həsrət Ali Baş Komandan və Azərbaycanın Müzəffər Ordusu sayəsində sona çatıb. 90-cı illərin əvvəllərində ayaqyalın və göz yaşları içində Vətənini tərk edən vətəndaşlarımız bu gün böyük sevinc hissi ilə öz evlərinə geri qayıdırlar. Bu qürurverici sevinc hissini bizə yaşadan cənab Prezidentə, ərazi bütövlüyümüz uğrunda canlarından və sağlamlıqlarından keçməyə hazır olan Azərbaycanın mərd oğullarına, qazilərimizə təşəkkür edir, şəhidlərimizin ruhları önündə baş əyirəm.
Artıq illərin həsrəti sona yetir. Arzu edirəm ki, 30 il ərzində vətən həsrəti çəkən bu insanların evindən daim gülüş, toy-bayram səsləri eşidilsin".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2250 Tarix: 19 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021