Televizor qarşısında yatmağın TƏHLÜKƏLƏRİ
"Televizor qabağında yatmaq piylənmə, diabet və ürək-damar xəstəliklərinə səbəb ola bilər".
Lent.az xəbər verir ki, bunu Synergy Universitetinin tibb fakültəsinin yuxu həkimi və eksperti Daria Lebedeva bildirib.
Onun sözlərinə görə, işıq yanılı otaqda və ya televizor açıq vəziyyətdə yatmaq bioloji saatı poza bilər. Bu da yuxudan oyanmaqda müəyyən çətinliklər yaradır.
Həkim belə yuxuya getməyin qidalanma prosesinə də mənfi təsir göstərdiyini deyib:
"Bu zaman insanda olan aclıq hormonun sayı artır və bədən daha çox qida tələb edir. Nəticədə piylənmə, ürək-damar xəstəlikləri riski artır".
Somnoloq qeyd edib ki, yuxu rejimi nə qədər yaxşı olsa, gün ərzində insan özünü bir o qədər yaxşı hiss edir.
"Həyatımızın təxminən üçdə birini yatırıq və bunun sayəsində bədənimizin enerji ehtiyatını bərpa edirik. Yuxu zamanı müxtəlif toksinlər təmizlənir, antikorlar istehsal olunur. Normal yuxu rejimi olmadıqda insanda melatonin(yuxu hormonu), somatotropin (böyümə hormonu) və leptin kimi vacib hormonların ifrazı pozulur",- o bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1255 Tarix: 19 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərlənib - Fotolar
Aprelin 24-ü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, həmin tarixdə qurumun "1003 - Çağrı Mərkəzi"nə zəhərlənmə ilə bağl
5 mayHacı Vəliyevə hökm oxundu
Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Qeyd edək ki, Hacı Vəliyev "Gənc Qazilər Birliyi"
6 mayOnlayn satış platformaları fiziki mağazaları üstələyir? - AÇIQLAMA
Son illərdə geyim pərakəndə satış sektorunda ciddi dəyişikliklər müşahidə olunur. Bir çox fiziki geyim mağazası fəaliyyətini dayandırır, eyni zamanda onlayn satış platformalarının sürətlə böyüməsi bu sahədə rəqabəti daha da kəskinləşdirir. Bu proses həm istehlakçı davranışlarının dəyişməsi, həm də bizne
6 mayUşaq bağçasında BİABIRÇILIQ - Elə qışqırdı ki...
Gəncə şəhərində fəaliyyət göstərən "Kuki Kids" uşaq bağçasından biabırçı görüntülər yayılıb. Bu barədə oxuculardan biri -in "qaynar xətti"nə şikayətlə müraciət edib. Bildirilib ki, bağçanın sosial şəbəkə hesablarında uşaqların psixoloji şiddətə məruz qaldığı görüntü paylaşılıb. Videod
5 may