"Azəriqaz" İB-də əməkdaşlıq görüşü keçirildi - FOTOLAR
Bu gün "Azəriqaz" İstehsalat Birliyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşma İnstitutunun rəhbərliyi ilə Birlik rəhbərliyi arasında əməkdaşlıq görüşü keçirilib.
Sonxeber.az xəbər verir ki, "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev qonaqlara Birliyin fəaliyyəti haqqında qısa məlumat verib.
Müştəri məmnunluğunun hər zaman rəhbərlik etdiyi qurumun prioritet istiqamətlərindən biri olduğunu vurğulayan Ruslan Əliyev adı çəkilən institutla əməkdaşlığında bu sahəyə töhfə verəcəyinə ümid etdiyini bildirib. İnstitutun baş direktorunun birinci müavini, baş direktorun vəzifəsini müvvəqəti icra edən İlham Bayramov da öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açıb. O qeyd edib ki, istehlakçılar tərəfindən istifadə olunan qaz cihazları və avadanlıqlarının müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etməklə müştəri məmnunluğunun artırılmasına nail olunacaq. Sonda hər iki qurumun rəhbəri əməkdaşlığın genişləndirilməsi üçün çərçivə müqaviləsinin hazırlanması və imzalanması barədə razılığa gəliblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 953 Tarix: 19 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021