DTX və Ədliyyə Nazirliyindən birgə ƏMƏLİYYAT: Həbs olunanlar var

DTX və Ədliyyə Nazirliyindən birgə ƏMƏLİYYAT: Həbs olunanlar varÖlkəmizdə cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən yeni təhlükəli növü olan, kompüter sistemlərinə qanunsuz müdaxilə hallarını özündə ehtiva edən kibercinayətkarlığa qarşı qəti mübarizə tədbirləri görülür və cəzanın labüdlüyü prinsipi təmin edilir.

Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.

Məhkumların cəza çəkdikləri dövrdə həqiqi islah olunmaları, törətdikləri əməllərdən səmimi peşmanlıq hissi keçirmələri, zərərçəkmiş şəxslə barışığa nail olunması və dəymiş ziyanın aradan qaldırılması həmin şəxslərin daha yüngül rejimli müəssisəyə keçirilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində əsas yaradan hallardandır. Lakin bununla belə hüquq mühafizə və məhkəmə orqanları tərəfindən tətbiq olunan bu humanist yanaşmadan sui-istifadə edilərək zərərçəkmiş şəxslərin adından saxta barışıq ərizələrinin tərtib olunması, cəzanın yüngülləşdirilməsi məqsədilə qeyri-qanuni hazırlanmış sənədlərin təqdim edilməsi halları müşahidə olunmaqdadır.

Belə ki, ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Elgün Hüseynovun cəzasının yüngülləşdirilməsi məqsədilə təqdim olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin barışıq ərizəsi şübhə doğurduğundan Ədliyyə Nazirliyi tərəfindən araşdırılaraq belə bir razılığın əldə olunmadığı, müvafiq sənədin kompüter proqramı vasitəsilə saxta yolla hazırlandığı müəyyən edilib. Həmin əməldə kibercinayətin əlamətləri olduğundan materiallar aidiyyəti üzrə araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim olunub.

Faktla bağlı başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov azadlıqda olarkən cinayət əlaqəsinə girərək müxtəlif məhkumların sifarişi ilə bir sıra işlər üzrə zərərçəkmiş tərəflərin adından ziyanın ödənildiyi və barışığın olduğu barədə guya notariat qaydasında təsdiq olunmuş, üzərində QR kod yerləşdirilmiş saxta ərizələr hazırlamaqla bu sənədləri internetdə müvafiq rəsmi saytın interfeysinə bənzər, həqiqi olmayan səhifə yaradaraq orada yerləşdirilməsini təmin edib və bununla da həmin ərizələr məhkəmə prosesləri zamanı rəsmi saytda yerləşdirilib və həqiqiliyi QR kodla təsdiq edilən sənədlər adı altında təqdim olunub.

Eyni zamanda müəyyənləşdirilib ki, həmin cinayətkar qrup eyni üsullarla bir sıra digər məhkumların vaxtından əvvəl cəzadan azad olunması məqsədilə guya zərərçəkən tərəflə barışıq əldə olunduğu, ziyanın ödənildiyini göstərən saxta sənədləri kompüter texnologiyalarından istifadə etməklə hazırlanıb və məhkəmə prosesləri zamanı istinad edilməsi üçün aidiyyəti üzrə təqdim edərək cinayət əməllərinə yol verib.

Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma), 273-2-ci (kompüter məlumatlarını saxtalaşdırma) və 294.3-cü (sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, yaratdıqları müvafiq elektron səhifənin fəaliyyəti isə dayandırılıb.

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyi tərəfindən saxta sənədlərdən istifadə etmiş şəxslərin tam dairəsinin müəyyən olunması və digər əlaqəli xüsusatlar üzrə araşdırmalar davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3049   Tarix: 20 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus

22 sentyabr
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla

31 avqust