Ötən il ögey anasını təpiklə öldürən TUTULDU
Prokurorluq orqanları tərəfindən əvvəlki illərdən bağlı qalmış daha bir ağır cinayətin üstü açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Sonxeber.az-a verilən xəbərə görə, ötən il mayın 9-da Cəlilabad rayonu, Zərbiəlli kənd sakini 1954-cü il təvəllüdlü Gülgəz Əsədovanın qeyri-aşkar şəraitdə xəsarət alması və aldığı xəsarətlər nəticəsində mayın 27-də ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Cinayət işi yenidən öyrənildikdən sonra bu il aprelin 6-da dayandırılmış icraat təzələnməklə istintaq davam etdirilib.
İstintaqla zərərçəkmişin ögey oğlu 1967-ci il təvəllüdlü Sabir Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birgə yaşadıqları evdə təpiklə Gülgəz Əsədovanın sol ayaq nahiyəsinə xəsarətlər yetirməsi, sonuncunun yetirilən xəsarətlər nəticəsində yaranan ağciyər arteriyasının tromboemboliyası səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış mötəbər sübutlar əsasında iyulun 16-da Sabir Əsədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2048 Tarix: 20 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tut ağacından yıxılıb öldü
Gəncə sakini ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb
13 iyunƏməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR
Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi ilə bağlı yekun qərar elan edilib. -ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsind
13 aprelƏli Kərimlinin HƏBS MÜDDƏTİ uzadıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq vəsatəti təmin edib. Qərar
10 iyunArmatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı
Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər - T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Araşdırmalarla məlum olub ki, onla
11 mayFidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi
Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb. "Qafqazinfo"y
16 aprelMehriban Abasquliyeva məhkəmə zalında həbs olundu
Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətə azadlıqdan məhrum edilib. "Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı
4 iyunSaleh Səmədov 200 min manat mənimsəyibmiş
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib. İttihamda yazılıb ki, Saleh Səmədov cinayət baş verən dövrd
20 mayAnasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI
67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib
12 mayŞəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı-Foto
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub. APA-ya istinadən xəbər verir ki, hadisə bu gün "Şuşa şəhərciyi"ndə qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb. Adıgözəl Məmmədov saxlanılıb
1 iyun