"Telegram"da Rusiyanın xeyrinə dezinformasiyalar baş alıb gedir

"Telegram"da Rusiyanın xeyrinə dezinformasiyalar baş alıb gedir"Telegram" kanalında Rusiya hakimiyyətinin xeyrinə dezinformasiyalar baş alıb gedir. Bunu Polşada fəaliyyət göstərən, dezinformasiyaları ifşa etməklə məşğul olan "Disinfo Digest" layihəsi açıqlayıb.

Sonxeber.az novator.az-a istinadən xəbər verir ki, Polşanın ingilisdilli "Poland Post English" onlayn nəşrində "Disinfo Digest" layihəsinin son hesabatının icmalı təqdim edilib.
Bildirilir ki, "Disinfo Digest" rus, polyak, ingilis dillərindəki "Telegram" kanallarının monitorinqi zamanı dezinformasiyaların arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığı qənaətinə gəlib.

Dezinformasiya olduğu təsdiqlənən materiallarda Kremlin xeyrinə, ABŞ-ın və onun müttəfiqlərinin ziyanına təbliğat aparıldığı vurğulanır.

Təbliğatçılar bir qayda olaraq jurnalist, şərhçi, yaxud analitik layihələrin iştirakçısı cildinə girirlər.

Misal kimi "Telegram"da fəaliyyət göstərən "Rıbar" və "İntel Slava Z" kanalları göstərilir. Bu kanallar Rusiyanın fevral ayında Ukraynada başlatdığı müharibənin ilk günündən guya Ukrayna şəhərlərinin ard-arda təslim olduğu, ukraynalı hərbçilərin ruslara könüllü əsir düşdüyü barədə yalan informasiyalar yayır.

Lakin bu iş bir qədər qeyri-peşəkar formada aparılır. Belə ki, polyak dilində olan mətnlərdə çoxlu qrammatik, orfoqrafik səhvlərə yol verilir.

"Disinfo Digest"in qənaətinə görə, polyakdilli kanalları ya ruslar (xüsusi xidmət orqanlarının əməkdaşları, jurnalistlər, hökumətyönlü bloqçular), ya da bilərəkdən və ya bilməyərəkdən Moskvanın təbliğat maşınına xidmət edən, milliyyətcə rus olmayan rusiyapərəst fəallar idarə edir.

Qeyd olunur ki, bəzi polyakdilli kanallar özünü ciddi xəbər portalı kimi göstərməyə və ən geniş təbəqələri əhatə etməyə çalışır.

Bu sırada özünü müstəqil siyasi jurnal kimi təqdim edən "Dziennik Polityczny" adlı kanal xüsusi yer tutur.

Bu kanalı eyni adlı jurnalın redaksiyası açıb. "Dziennik Polityczny" jurnalının ayrıca saytı da var. Həmin sayta gündəlik 80-100 min arası giriş olur. Jurnal "Telegram" kanalını 2021-ci ilin avqustunda yaradıb və bir il ərzində 10 mindən çox abunəçi toplayıb.

"Telegram"dakı "Dziennik Polityczny" kanalını populyarlaşdırmaq cəhdlərinin bir hissəsi də Rusiya və Belarusdan gəlir. Eyni zamanda Polşa ictimaiyyətinin bir qismi internet məkanında, o cümlədən sosial şəbəkələrdə bu kanalın materiallarını yayır.

"Disinfo Digest" layihəsinin ekspertləri "Dziennik Polityczny" kanalında Rusiyanın xeyrinə dezinformasiyaların bilərəkdən yayıldığına şübhə etmirlər. Onlar eyni adlı jurnalın illər boyu Polşaya qarşı dezinformasiya əməliyyatı apardığını xatırladırlar və "Telegram"da kanalın da əməliyyat dairəsini genişləndirmək məqsədilə açıldığını vurğulayırlar.

Ekspertlərin qənaətinə görə, "Dziennik Polityczny" kanalı Polşa cəmiyyətində qorxu, çaşqınlıq yaratmağa, ukraynalı qaçqınlara qarşı ikrah hissi oyatmağa, Ukraynada dövlət institutlarının dağıldığı, orada qanunsuzluğun hökm sürdüyü, habelə Avropa ölkələrinin əslində Ukraynaya dəstək vermədiyi təəssüratı formalaşdırmağa çalışır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1171   Tarix: 20 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı

16 sentyabr 2021
.

18 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO

"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti

15 sentyabr 2021
.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı

İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş

16 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021
.

Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ

Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin

16 sentyabr 2021
.

Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO

Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini

17 sentyabr 2021
.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021