Bahalı hədiyyələr, pis vərdişlər, məmurun bağ evində QƏTL: Qayınata kürəkənini niyə güllələyib?

Bahalı hədiyyələr, pis vərdişlər, məmurun bağ evində QƏTL: Qayınata kürəkənini niyə güllələyib?Bakının Xəzər rayonunda 1962-ci il təvəllüdlü Azər Cəfərov kürəkəni Rəşad Məmmədovu qətlə yetirib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə 2021-ci il dekabrın 12-də Xəzər rayonunda baş verib. Azər 1985-ci il təvəllüdlü kürəkəni Rəşadı güllələyərək öldürüb.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, qızı Nigarla Rəşad 12 il əvvəl nikaha girərək ailə qurublar:

"Toydan qısa müddət keçəndən sonra bildim ki, Rəşadın pis vərdişləri var: Narkotik vasitələr qəbul edir, spirtli içkilərin aludəçisidir, qızıma qarşı kobud davranır. Bu məsələ ilə bağlı Rəşada müalicə olunması üçün həm Rəşadın valideynləri, həm də mənim tərəfindən səylər göstərildi, pul verildi. Lakin nəticəsi olmadı".

Azərin sözlərinə görə, qızı Nigar Rəşadla evləndiyi vaxtdan onun pis vərdişlərinə görə əziyyət çəkib:

"Amma ailəsini qoruyub-saxlamaqdan ötrü Rəşadın neqativ hərəkətlərinə dözüb. Hətta təxminən 2010-cu ildə qızım boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Lakin ağsaqqalların tövsiyəsi və səyi nəticəsində qızım Rəşadla barışıb.

Onlar yenə birgə yaşayıblar. Həmin vaxt Rəşadın valideynləri yenə qərara gəldilər ki, Rəşadı müalicə etdirsinlər. Lakin Rəşad müalicəni yarımçıq qoydu, müalicədən yayındı".

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə 2020-ci ilin oktyabr-noyabr aylarında Rəşadın narkotik maddələrdən istifadə etməsi, spirtli içki aludəçisi olması və bütün bunların nəticəsində evdə dözülməz şərait yaratdığına görə Nigar boşanmaq üçün yenidən məhkəməyə müraciət edib:

"Həmin vaxtdan qızım Nigar övladları ilə birlikdə mənim şəhərdə olan mənzilimdə yaşayıblar. Nigar bizdə qaldığı vaxtlarda həftədə iki-üç dəfə Rəşadın uşaqlarını görməsi üçün həm Nigar tərəfindən, həm də mənim tərəfimdən şərait yaradılıb. Nə qızım, nə arvadım, nə də özüm heç vaxt Rəşadın övladlarını görməsinə problem yaratmamışıq".

Azər deyib ki, dekabrın 12-də səhər saatlarında Rəşad mobil nömrəsindən ona zəng edib və aqressiv şəkildə harada olmasını soruşub:

"Mən isə Rəşada Mərdəkanda bağ evimdə olduğumu dedim. Bir qədər sonra Rəşad bizə gəldi. Rəşad zəng edən vaxt mənimlə aqressiv danışdığından onu sakitləşdirmək məqsədilə, həmçinin Rəşadın həyətdə söyüş söyməsindən, səs-küy salmasından ehtiyat etdim. Onu evə dəvət etdim ki, söhbət edək. Rəşadla evə qalxaraq masa arxasında əyləşdik. Ona uşaqları ilə görüşmək üçün heç kəsin mane yaratmadığını başa salmağa çalışdım".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, söhbət zamanı Rəşada gələcəkdə arvadı ilə barışmasını izah edib:

"Ona bildirdim ki, vaxt keçər, yenə barışarlar, yenə ailələri bir-birinə qovuşar. Lakin Rəşad danışıqlarıma əhəmiyyət vermədi. Aqressiv formada məni alçaltmağa çalışdı. Mənə qarşı əxlaqsız sözlər, yaşına uyğun olmayan ifadələr işlətdi. Mən isə əsəbimi cilovlayaraq ona cavab vermədim.

Düşündüm ki, Rəşad sakitləşəcək və xoşluqla gedəcək. Əksinə, Rəşad daha da qızışaraq artıq məni, uşaqlarımı, ailəmi söydü. Məni və ailə üzvlərimi öldürməklə hədələdi. Evin içi olduğu üçün, həmin sözləri yalnız ikimizin eşitdiyini başa düşdüyüm üçün Rəşadın sözlərini sakit qəbul etdim. Söyüş və təhqirlərinə özümü daxilən boğaraq cavab vermədim. Allahdan səbir dilədim, lənət şeytana deyə-deyə toxtamağa, özümü ələ almağa çalışdım".

Azər deyib ki, bundan sonra Rəşad həyətə çıxıb:

"Mən də onun arxasınca çıxdım. Həyətdə Rəşad sakitləşmədi, ölümü-dirimi və nəhayət, atamın qəbrini söydü. Artıq buna dözmədim. Elə bil ki, havalanaraq evə girdim. Girişdə olan ov tüfəngini götürdüm və bayıra çıxdım. Bundan sonra nə baş verdiyini xatırlamıram.

O zaman ayıldım ki, bağban kürəyimdən tutaraq silkələyir. Bu zaman gördüm ki, yerə çökmüşəm. Rəşad isə məndən aralıda torpaqda uzanıb. Bağbana təcili tibbi yardıma zəng etməsini dedim. Özüm isə polisə zəng etdim".

Zərərçəkmiş Rəşadın hüquqi varisi qismində qardaşı dindirilib.

O bildirib ki, təxminən 2008-ci ildə qardaşı Rəşad Nigarla ailə həyatı qurub:

"Rəşadla Nigar mehriban olublar. Rəşad Nigarı, demək olar ki, dünyanın bir çox ölkələrinə gəzməyə aparıb. Birgə nikahdan olan iki qızını da Rəşad həddindən artıq çox istəyib. Onların ailələrində, ola bilsin ki, cüzi söz-söhbətlər ola bilərdi, lakin mərhum atam Rəşidin və təqsirləndirilən Azərin müdaxiləsi ilə yoluna qoyulurdu. Təqsirləndirilən şəxsi yaxşı bir insan kimi tanımışam. Azərin heç vaxt qardaşım Rəşadın ailə işlərinə qarışmadığını bilirdim.

Lakin hamı bilirdi ki, Azərin arvadı Rəşadgilin ailə işlərinə daim müdaxilə edib, Rəşaddan şəhərin mərkəzində ailəsi üçün yeni mənzil almasını tələb edir, tələbi yerinə yetirilmədikdə isə qızı Nigardan boşanmağı tələb edirdi. Hər dəfə Nigar anasının təhriki ilə evdən küsərək getdiyi vaxtdan sonra barışıq əldə edildikdə qardaşım Rəşad Nigara bahalı qızıl-zinət əşyaları verirdi".

Hüquqi varis qeyd edib ki, sonuncu dəfə Nigar onun qardaşından küsərək valideynlərinin evinə gedib:

"Bundan sonra Nigarın anası Şəhla Rəşadın uşaqları ilə görüşməsinə əngəl yaratdı və Rəşad bundan bərk əsəbiləşdi. Hadisə də buna görə baş verib. Rəşad, ola bilsin ki, əsəbi olduğundan Azərin ünvanına və onun atasının ünvanına söyüb. Azər də tüfəngdən atəş açaraq Rəşadı öldürüb. Məgər söyüşə görə adam öz nəvələrinin atasını öldürər?"

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq sənədlərinə görə, Azər həbs olunana kimi Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Xəzər Rayon Təhsil Şöbəsinin məsləhətçisi işləyib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib. O, təqsirləndirilən şəxsin cəzasının 14 ilə qədər artırılmasını istəyib.

Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan iclasda qərar elan olunub.

Qərara görə, şikayət təmin olunmayıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2518   Tarix: 25 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust
.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust
.

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs

3 sentyabr
.

Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye

25 avqust
.

Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl

22 avqust
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr