Belə getsə, sərt karantin labüd olacaq - Deputat

Belə getsə, sərt karantin labüd olacaq - DeputatSon günlər Azərbaycanda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Mütəxəssislər yaxın günlərdə yoluxma sayının daha da artacağını istisna etmirlər. Rəsmi qurumlar əhalini yenidən peyvənd olunmağa çağırır. Hətta karantin qaydalarının yenidən sərtləşdirilmə ehtimalı səslənir. Virusa yoluxanların sayı kəskin şəkildə artarsa, yenidən qapanmalara gediləcəyi bildirilir.

Sonxeber.az xəbər verir ki, məsələyə münasibət bildirən millət vəkili Məlahət İbrahimqızı "bakupost"a açıqlamasında deyib ki, son günlər ölkədə yoluxma halları xeyli artıb:

"Bir ay əvvəl yoluxma sayında kəskin azalma müşahidə olunurdu. Hətta gündəlik yoluxma sayı 6-8 civarında idi. Ölüm halları da yox idi. İndi isə yoluxma 300 civarındadır, ölüm halları da var. Buna görə də, Səhiyyə Nazirliyi və TƏBİB virusa yoluxma tempinin belə artması halında tədbir görüləcəyini açıqlayıb. İndidən hansı karantin qaydalarının tətbiq ediləcəyini demək çətindir. Ancaq artım sürətlə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi labüd olacaq. Düşünürəm ki, ayın sonuna kimi vəziyyət dəyərləndiriləcək və buna uyğun müvafiq qərarlar qəbul olunacaq".

M.İbrahimqızının dediyinə görə, yay fəsli olduğu üçün​ insanlar çimərliklərə, istirahət mərkəzlərinə gedir. Belə yerlərdə isə tünlük olduğu üçün yoluxma artır:

"Mən ölkədə sərt karantin rejiminin olacağını gözləmirəm.​ Ola bilər ki, müəyyən qaydalar tətbiq edilsin. Ancaq fikrimcə, sərt karantin rejimi olmayacaq. Vətəndaşların çox hissəsi peyvənd olunub, eyni zamanda yoluxmalar nəticəsində kütləvi immunitet də yaranıb. Koronavirus da artıq zəifləyib, ölüm halları da çox azdır. Düşünmürəm ki, koronavirusla bağlı əvvəlki kimi təşviş olsun, yaxud sərt karantin qaydaları tətbiq edilsin. Ancaq bununla belə vətəndaşlar arxayınlaşmamalı, gigiyena qaydalarına riayət etməli, özlərini qorumalıdırlar. İnsanlar qaydalara riayət etsə,​ yoluxma halları artmaz və qapanmalara da gedilməz".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2548   Tarix: 26 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021