Ölmüş körpənin doğum evindən qaçırılması cəhdinin anbaan görüntüləri – YENİLƏNİB + VİDEO

Ölmüş körpənin doğum evindən qaçırılması cəhdinin anbaan görüntüləri – YENİLƏNİB + VİDEO26 günlük uşağı ailənin razılığı olmadan xəstəxanadan çıxarıb qaçırılma anının görüntüləri yayılıb.

Bizim.Media-nın yayımladığı videoda "Niva" markalı maşında ikisi tibb işçisi olmaqla 3 nəfərin ölmüş körpənin meyitini xəstəxanadan çıxarmaq istəməsi görünür.

Bu zaman körpənin yaxınları ölmüş uşağın meyitinin onlardan icazəsiz xəstəxanadan çıxarılmasının qarşısını alıblar.

Həm sürücü, həm də tibb işçiləri hərəkətlərinə aydınlıq gətirə bilməyiblər.

Sözügedən görüntüləri təqdim edirik:

19:12

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (6 saylı Doğum Evi) ölmüş körpənin doğum evindən qaçırılması ilə bağlı iddialara aydınlıq gətirib.

Doğum evindən APA-ya verilən açıqlamaya görə, Əkbərova Züleyxa Tahir qızı 30.06.2022-ci ildə 39-40 həftəlik hamiləliklə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna daxil olub:

"Doğuş zamanı ağır asfiksiya, yenidoğulmuşun qıcolması, tənəffüs çatmazlığı qeydə alınıb. Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilmiş və süni tənəffüs aparatına qoşulub.

Vəziyyətin ağırlığı ağır asfiksiya nəticəsində yaranan ürək və MSS tərəfindən olan pozulma ilə əlaqədar olub. Doğulduqdan neonatal koma vəziyyətində olub".

Doğum evindən o da bildirilib ki, 26 gün şöbədə kliniki, laborator, funksional müayinələrdən keçirilən körpə kardioloq, nevroloq, oftalmoloq, neyrocərrah tərəfindən konsultasiya olunub. Poliorqan çatışmazlığı nəticəsində tələf olub:

"Ölüm diaqnozu ağır asfiksiya, neonatal koma, III dərəcəli mədəcik daxili qansızma, qıcolması, ketalohematoma olub. Meyit təşrihə verilib. Patomorfologiya müayinəsi nəticəsində ölüm səbəbi dəqiq bəlli olacaq".

O da qeyd olunub ki, mütəmadi olaraq həkim tərəfindən uşağın ailə üzvlərinə vəziyyəti ilə bağlı məlumat verilib, hətta davamlı şəkildə ailə üzvlərinin körpə ilə görüşü təşkil olunub:

"Müəssisəmizdə bununla bağlı video sübutlar da mövcuddur".

17:40
26 günlük uşağı ailənin razılığı olmadan xəstəxanadan çıxarıb qaçırmaqda ittiham olunan pediatr Nigar Şahbazova açıqlama verib.

O, Bizim.Media-ya açıqlamasında ittihamlarla razılaşmadığını qeyd edib:

"O uşaq bizim aparatlarımızın və həkimlərimizin sayəsində 26 gün yaşadı. Başqa xəstəxanada bu uşaq heç 1 saat da yaşamazdı. Əgər körpə və ya başqa bir şəxs dünyasını dəyişirsə, ata-ananın, qohumların razılığı olursa, o uşaq heç yerə getmir. Onlar ərizə yazır, təhlildən imtina edir və aparır. Amma bu ailə təhlilə razılığını bildirdi. Uşağın anası, atası və nənəsi yanımda idilər. Dedim "uşaq ölüb, ekspertizaya razılıq verirsinizmi?" Nənə "bəli" dedi. Ərizə yazmaq isə lazım deyildi. Xəstəxanada kimsə ölürsə, o mütləq yarılmalıdır. Mən uşağı ekspertizaya aparırdım, başqa hara gedə bilərdim ki?"

Nigar Şahbazovanın sözlərinə görə, uşağın doğulandan öz nəfəsi olmayıb:

"Körpə doğulandan sonra qışqırığı olmalıdır. Hava ilə ağciyər dolur və onun nəticəsində uşaq nəfəs almağa başlayır. Bu uşağın nə qışqırığı, nə səsi, nə də öz nəfəsi və tənəffüsü olub. Biz də məcbur olduq, ilk saatdan körpəni süni nəfəs aparatına qoşduq. Yalnız ürəyinin hesabına o, 26 gün yaşaya bilib. Dəfələrlə qan vurmuşuq. Amma beyin tərəfdən olan pozulmalar bərpa olunmadı. İlk gündən olan qan sızma sahələri artdı, mədəcikdə daxili qansızma oldu və sonra da beyin əriməsi getdi.

Baxmayaraq ki, çəkisi yaxşı idi, amma bu vəziyyətdən çıxa bilmədi. İnsan dayanacaqda dayanır, heç bilmir hansı avtobus gəlib-gedəcək. Doğuş da elə bir şeydir. Bu uşaq vaxtında doğulan uşaq idi, ölməməliydi. Amma doğuşda nə fəsad olub, ondan əvvəl hansı problemlər olub, bilmirəm. Bəlkə ana evdə yıxılıb, sonra doğuşa gəlib. Bax onu da deyə bilmirik. Düzdür, doğuş çətin və həddindən artıq uzun keçib. Orada nə baş verib, heç nə deyə bilmərəm. Çünki doğuşda olmamışam".

12:30
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib.

Ailənin iddiasına görə, ginekoloq Nailə Şahbazovanın səhlənkarlığı səbəbindən körpə başından zədə və ağır travmalar alıb.

Nə ananın, nə də körpənin səhhətində hər hansı narahatlıq olub. Bu azmış kimi 26 gün komadan ayılmayan körpənin vəziyyəti il bağlı ailə məlumatlandırılmayıb.

Bizim.Media mövzunu araşdırıb.

Belə ki, məsələ ictimailəşəndən bir neçə saat sonra ailəyə körpənin öldüyü barədə məlumat verilib.

Ailə məlumatı alan kimi xəstəxanaya gedib və gördükləri mənzərədən şok keçiriblər.

Belə ki, körpənin nəşini "Viva" markalı avtomobilə qoyularaq xəstəxanadan çıxarmağa cəhd ediblər. Avtomobilin içərisində isə sürücü ilə bərabər sözügedən xəstəxananın həkimi, pediatr və 26 gündür körpənin müalicəsində yaxından iştirak edən Nigar Şahbazova olublar.

Bu iddia ilə körpənin xalası Aynurə Əsədbəyli çıxış edib.

Onun sözlərinə görə, ailəsinə heç bir məlumat verilmədən körpə təcili surətdə xəstəxanadan çıxarılaraq müəmmalı şəkildə harasa aparılırmış:

"Uşağın ölümünü xəbər verən kimi özümüzü xəstəxanaya çatdırdıq. Bizə gözləməyimizi dedilər. Bir qədər keçmişdi, gördük ki, uşağı xəstəxananın arxasından çıxarıb maşına tərəf aparırlar. Həkim Nigar xanım qucağında bükülmüş uşaqla avtomobilə oturdu. Yaxınlaşıb uşağı istədik, bizə vermirdilər. Anam bunu görüb özünü maşının qabağına atdı. O anda körpənin atası da gəldi və çətinliklə də olsa uşağı həkimin əlindən aldıq. Nigar xanım sürücü ilə tez qaçıb xəstəxanaya daxil oldular. Arxalarınca düşsək də, onları tapa bilmədik. Uşağı hara qaçırdıqları hələ də anlaşılan deyil. Sanki gözümüzün qarşısında film çəkilirdi. Ekspertizaya aparılırdısa, niyə uşaq təcili tibbi yardım maşınında deyildi və bizim razılığımız olmadan aparılırdı? Nə oyun çevirirlər, başa düşmürük".

Aynurə Əsədbəyli qeyd edib ki, həmin vaxt Yasamal Rayon Prokurorluğuna hadisə barədə müraciət edilib. Qurumdan isə məlumatlı olduqları bildirilib:

"Uşağı ekspertizaya apardıq. Həkimlərdən birinin ilkin rəyinə görə körpə həddindən artıq şişib və bədəni qaralıb. Dediklərinə görə uşaq əslində 2-3 gün əvvəl ölüb. Görək ekspertizanın konkret rəyi nə ilə nəticələnəcək. Biz isə bu özbaşınalığa göz yummayacağıq. Günahkarların cəzalanması üçün nə lazımdırsa, edəcəyik", - deyə şikayətçi əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6195   Tarix: 27 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021