Avstraliya parlamentində ilk hicablı müsəlman qadın- Fatimə ilk çıxışında nələr dedi?..-VİDEO
Avstraliyanın federal parlamentində ilk hicablı müsəlman qadın olan Fatimə Peyman çərşənbə günü Senatdakı ilk çıxışında hicab taxan qızları "bunu qürurla etməyə" çağıraraq gənc nəslə ilham verib.
Moderator.az xəbər verir ki, bu haqda "SBS News" nəşri məlumat yayıb.
Senat qarşısında hicablı qiyafədə qürurla çıxış edən Peyman parlamentin Avstraliyanın "əsl müxtəlifliyini" əks etdirməyə başladığını söyləyib.
"Yüz il bundan əvvəl, qoy on il bundan əvvəl, bu parlament hicablı qadını seçkiyə qəbul edərdimi?" - deyə Fatimə Senatdakı çıxışında sual edib.
"Məni nə geyinməli olduğuma görə mühakimə etməyə və ya bacarıqlarımı xarici görünüşümə görə qiymətləndirməyə qərar verənlər, bilin ki, hicab mənim seçimimdir"- deyib müsəlman deputat.
Xatırladaq ki, bu ilin iyun ayında Avstraliya Seçim Komissiyası Qərbi Avstraliya üçün İşçi Partiyasından 27 yaşlı Fatimə Peymanın qalib gəldiyini təsdiq edib.
27 yaşında Peyman həm də Senat tarixində hazırda ən gənc və bu parlamentin tarixi boyu yaşına görə üçüncü gənc senatordur.
Mehrin Faruki Avstraliyanın ilk müsəlman qadın senatorudur, lakin hicab taxmır. Bu ilin əvvəlində Ənn Əli və Əd Husik Avstraliyanın ilk müsəlman nazirləri olmaqla tarix yazıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 912 Tarix: 28 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çin ordusu Tayvan rəhbərliyinin ələ keçirilməsi üzrə təlimlərə başlayıb
Çin ordusu Tayvan rəhbərliyinin ələ keçirilməsi üzrə təlim əməliyyatı keçirib. xəbər verir ki, bu barədə "Nikkei Asia" məlumat yayıb. Nəşrin məlumatına görə, təlimlərin ssenarisi əsasən ABŞ-nin Venesuelada keçirdiyi xüsusi əməliyyatı xatırladır və Pekinin Tayvanda oxşar hərəkətlər etmək imkanlarını
18 yanvarDelsi Rodriqes Venesuela hökumətində kadr dəyişiklikləri edib
Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqes ölkə hökumətində bir sıra kadr dəyişiklikləri həyata keçirib. "Report" xəbər verir ki, bu barədə D.Rodriqes "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. Onun qərarlarından biri Sənaye və Milli İstehsal, eləcə də Milli Ticarət nazirliklərin
18 yanvarSuriyada atəşkəs əldə olunub, hökumət neft yataqlarına nəzarət edəcək
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa YPG/SDQ terror təşkilatının yerləşdiyi bütün cəbhələrdə atəşkəsi nəzərdə tutan yeni razılaşmanı təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb. Yeni razılaşmalara uyğun olaraq, YPG/SDQ terro
18 yanvarABŞ Qrenlandiyaya görə Avropa ölkələrinə yeni tariflər tətbiq etdi
Vaşinqton administrasiyası Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Finlandiya və Niderlanda 10% tarif tətbiq edib və bu tariflər ABŞ tərəfindən Qrenlandiyanın alınması ilə bağlı razılıq əldə edilənə qədər qüvvədə qalacaq. xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məluma
18 yanvarAlimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz
Maqnit fırtınalarının sayının artması 2028-ci ilə qədər davam edə bilər. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat verib. "Bundan sonra bütün növ günəş aktivliyində sürətli azalma başlamalı və bu da 2029-2030-c
18 yanvarTramp Qrenlandiya ilə bağlı bir neçə Avropa ölkəsinə tarif tətbiq edib
ABŞ Qrenlandiya ilə bağlı fikir ayrılıqlarına görə bir sıra Avropa ölkələri üçün gömrük rüsumlarını artırır. "Report" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu "Truth Social"dakı hesabında yazıb. "Biz uzun illərdir Danimarka və Avropa İttifaqının bütün ölkələrinə subsidiy
18 yanvar