"Bona Dea"da ağrıdan huşumu itirirdim, haradansa gülüş səsləri gəlirdi..."

"Bona Dea"da ağrıdan huşumu itirirdim, haradansa gülüş səsləri gəlirdi..."Yanvarın 14-də Bakıdakı "Liv Bona Dea" Hospitalda əməliyyat olunan "Əli və Nino" kitab evinin sahibi Nigar Köçərli xəstəxana ilə bağlı ciddi ittihamlar səsləndirib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən N.Köçərli xəstəxanada baxımsız vəziyyətdə qaldığını, tibbi personalın ona biganə yanaşdığını qeyd edib.

Həyat yoldaşı Şahbaz Xuduoğlu ilə xəstəxanaya getdiyini vurğulayan sahibkar xanım qeyd edib ki, əməliyyat onlara naməlum olan səbəbdən 6 saat uzanıb və ailə üzvlərinə bu barədə heç bir açıqlama verilməyib.

"Yanvarın 14-də, səhər saat 7-də "Liv Bona Dea" xəstəxanasına planlı açıq ginekoloji əməliyyat üçün gəldik. Ödənişdən sonra saat 7:30-da personalın tələbi ilə Şahbaz bəydən 1-ci mərtəbədəki liftin qarşısında ayrıldım və onu bir də yalnız saat 15:00-da yarımcan vəziyyətimdə gördüm.

Əməliyyatdan sonra ayılanda dəhşətli ağrı hiss etdim. Həyatımda keçirdiyim ilk əməliyyat deyildi. Üstəlik, yetkin bir insan kimi bilirəm ki, əməliyyatdan sonra ağrı olur, olmalıdır da. Amma bu ağrı o ağrı deyildi. "Çox pisəm, xahiş edirəm, əlavə anesteziya vurun" dedim. Əvvəl bir tibb bacısı sistem qoymaq üçün yaxınlaşdı. Əlindəki qabı yaramın üstünə atdı. Ağrıdan "axı siz nə edirsiniz?" deyə qışqırdım.

Sonra yenə yalvardım ki, "xahiş edirəm, əlavə anesteziya edin". Bir anlıq fikirləşdim ki, bəlkə, məni ciddi qəbul etmirlər. Dedim ki, "ağrı 10 ballıq şkalada 10-dur, artıq dözə bilmirəm". Ətrafımda insanlar olsa da, yalvarışlarıma heç bir reaksiya verilmirdi. "Mən iki dəfə qeysəriyyə əməliyyatı keçirmişəm, belə bir ağrı heç vaxt olmayıb, xahiş edirəm, mənə kömək edin" dedim.

Bu yalvarışlara baxmayaraq, heç kim mənə kömək etmədi. Ağrıdan huşumu itirib ayılanda yenə onlara yalvardım. Nəhayət, kimsə dedi ki, əlavə anesteziya üçün ödəniş tələb olunur. "Təbii ki, xahiş edirəm, edin" dedim. Sonra bir müddət yenə heç nə baş vermədi. Ayılıb görürdüm ki, ağrı daha da kəskinləşir, amma ətrafda heç kim yoxdur. Haradansa gülüş səsləri gəlirdi. Bir dəfə su xahiş etdim. Bilirəm ki, su olmaz, amma heç olmasa dodaqlarımı islada bilərdilər…", - N.Köçərli qeyd edib.

Şikayətçi əlavə edib ki, oyanandan sonra da xəstəxanada son dərəcə kobud rəftarla üzləşib: "Tibb qardaşı, tonometrin manjetini və digər prosedurları əsəbi edirdi. Amma mən artıq etiraz edəcək vəziyyətdə deyildim…

Nəhayət, məni palataya gətirdilər. Artıq saat 15:00 idi. Şahbaz bəyi gördüm. Bəlli oldu ki, o, bu müddət ərzində heç bir məlumat ala bilməyib. Onu 1-ci mərtəbədə "burada gözləyin" deyib saxlayıblar. Sonradan məlum oldu ki, xəstəxanada videogörüntülü gözləmə otağına, palataya və hətta tibb bacısının dediyinə görə, reanimasiya otağına da dəvət edə bilərdilər.

Normalda 1-2 saatlıq əməliyyatın 6 saat uzanmasının səbəbi barədə nə əməliyyat zamanı, nə də əməliyyatdan sonra yoldaşıma heç kim məlumat verməyib. Əvəzində o, qapı-qapı, mərtəbə-mərtəbə qaçaraq elementar bir məlumat almağa çalışıb. Sonradan məlum oldu ki, yer olmadığı üçün (halbuki əməliyyatım planlı idi) məni ginekoloji yox, kardioloji şöbədə əməliyyat ediblər".

N.Köçərli qeyd edib ki, şikayətçi olduqlarını biləndən sonra xəstəxananın bir neçə nümayəndəsi onlara yaxınlaşıb və kameraları yoxlayacaqlarını, tibb personalı ilə bağlı araşdırma aparılacağını bildirib: "Bir daha onu görmədik. "Liv Bona Dea"da 3 gün qaldım, dəfələrlə "kamera araşdırması nə oldu?" deyə soruşdum. Heç nə. Sadəcə bizi qoyun yerinə qoydular.

Yanvarın 16-də xəstəxanadan çıxdım. Qapıdan çıxanda yoldaşım boynumdan sallanan şlanqı gördü. Məlum oldu ki, bu, epidural anesteziyadan sonra qalan və həmin gün çıxarılmalı olan şlanq və yara bandlarıdır. Təsəvvür edin ki, 3 gün ərzində heç kim buna baxmayıb və maraqlanmayıb. 1 saatdan sonra çıxardılar.

Xəstəxanadan evə qayıdandan sonra tanış tibb bacısını evə çağırdım. Məlum oldu ki, belimdə olan yara bandları hələ də qalır. Üstəlik, indi belimdə dərinin bişməcəsindən daha ağır bir əziyyət çəkirəm…"

"Bona Dea"da ağrıdan huşumu itirirdim, haradansa gülüş səsləri gəlirdi..."Sadalanan ittihamlara aydınlıq gətirilməsi üçün xəstəxanaya sorğu ünvanladıq.

Xəstəxanadan bildirildi ki, məsələ ilk gündən diqqətlə araşdırılmağa başlanılıb: "Qeyd olunan məsələ ilə bağlı xəstə yaxınları ilə hospitalımızın baş həkimi şəxsən əlaqə saxlayıb, baş vermiş hallar ətraflı şəkildə müzakirə edilib. Xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun olaraq nəzarətə götürülüb və ilkin mərhələdə müvafiq ağrıkəsici dərmanlar və anestezioloji preparatlar tətbiq edilib. Anesteziya təsiri altında olan xəstəmizin fiziki müayinə və ağrı kontrolu sonrası əsas müalicə həkimi ilə müzakirə edilərək klinik vəziyyətinə uyğun şəkildə epidural kateter tətbiq olunub.

Tədbiq olunmuş tibbi müdaxilələr və əməliyyatın uğurla tamamlanması ilə bağlı müalicə həkimi xəstəmizin həyat yoldaşına da məlumat verib. Xəstə anatomiyası və icra olunan əməliyyatın növü ağrı kontrolu prosesinin müddətinə təsir edir. Bu xəstəmizdə də ümumi əməliyyatxanadan yatış otağına göndərilməsi prosesi gözləniləndən daha çox zaman alıb. Xəstə əməliyyatdan çıxdığı gün Anesteziologiya şöbəsinin rəhbəri tərəfindən yatış otağında müayinə olunub və ağrısının azladığı təsbit edilib. Anestezioloqun ikinci gündəki müayinəsində xəstənin komfortu üçün epidural kateterin xəstəmizin çıxış edəcəyi ana qədər saxlanılması qərarı alınıb.

Eyni zamanda xəstəmiz yatış otağında olarkən də məmnuniyyət şöbəmiz və baş tibb bacısı tərəfindən ziyarət edilib, şikayətləri dinlənilib və araşdırmalara başlanılıb. Xəstəmiz xəstəxanadan sağalaraq evə çıxış etdikdən sonra araşdırmalarımızın nəticəsi baş həkimimiz tərəfindən həyat yoldaşına telefon zəngi vasitəsi ilə də bildirilib.

Aidiyyəti şikayətlər və sosial media paylaşımları bizim üçün nə qədər üzücü olsa da, xəstəmizin sağalaraq evinə yola salınması bizim ən böyük xoşbəxtliyimizdir. Yuxarıda qeyd olunanlar xaricində imicimizə zərər vurmağa yönəlmiş qeyri-etik yanaşmaların heç birini qəbul etməməklə bərabər iddiaların tərəfimizə hüquq müstəvisində rəsmi şəkildə yönləndiriləcəyi halda müvafiq orqanlara tibbi qeydləri və bütün xəstələrimizin məhrəmiyyətini qoruyan kamera qeydlərimizi də paylaşmağa hazırıq", - məlumatda qeyd olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1805   Tarix: 19 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. Ölkə.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novru

16 fevral
.

Bakı Apellyasiya Məhkəməsi-nin qərarı mübahisə doğurdu: "Çıxarışlı mənzil məhkəmə qətnaməsi ilə əlindən alınıb" - ŞİKAYƏT

Azərbaycanda mülkiyyət hüququnun toxunulmazlığı ilə bağlı növbəti qalmaqallı məhkəmə işi ictimai müzakirəyə səbəb olub. -a müraciət edən vətəndaşın şikayətinə görə, dövlət qeydiyyatından keçmiş və çıxarışla təsdiqlənmiş mənzil Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli qətnaməsi il

16 fevral
.

Türk brendlərinin mövqeyi sarsılır: Azərbaycan bazarında yeni oyunçular

Son illərdə Azərbaycan geyim bazarında aparıcı mövqeyə malik olan Türkiyə məhsulları həm qiymət, həm də çeşid baxımından əsas seçimlərdən biri hesab edilirdi. Lakin 2026-cı ilin əvvəlindən etibarən bu istiqamətdə müşahidə olunan dəyişikliklər diqqət çəkir. Rəsmi məlumatlara görə, yanvar ayında Azərbayca

15 fevral
.

AZAL Qazaxıstanın daha bir şəhərinə uçuşlara başlayır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayından etibarən Qazaxıstanın Şımkent şəhərinə uçuşlara başlayacaq. xəbər verir ki, yeni istiqamət üzrə biletlər artıq satışdadır. İlk reys iyunun 16-sı baş tutacaq. Aviaşirkətin uçuş cədvəlinə uyğun olaraq Bakı-Şımkent-Bakı reysləri:. - 16-27 iyunda həftəd

16 fevral
.

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

"Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm". xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib. "Bu bizim işgüzar dairələr üçün əlavə fürsətdir ki, Azərbaycana səfər etsinlər", - Aleksandar Vuçiç vurğulayıb

15 fevral
.

Prezident İlham Əliyev Belqradda ümummilli lider Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib

Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadə

15 fevral
.

İlham Əliyev: "Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır"

"Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı bildirib ki, elektri

15 fevral
.

Kərkicahan sakini: "Ermənilər bizə heç vaxt "azərbaycanlı" demədilər" - VİDEO

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Xankəndinin Kərkicahan qəsəbəsinə səfər edilib. Veriliş çərçivəsində Kərkicahan sakini xatirələrini bölüşüb. O, uşaqlıq illərindən yadigar qalan və sonrakı dövrlərdə yaşadığı təcrübələrini belə qeyd edib:. "Mən uşaq idim, beş-alt

15 fevral
.

Prezident İlham Əliyev Azərbaycan-Serbiya dostluğunu təqdir etdi - VİDEO

"Hesab edirəm ki, mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək". xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə iki ölkə arasında mətbuata bəyanatlarla çıxışında deyib. "Biz yaxın gələcəkd

15 fevral