Səmada "həbs" - O kosmonavtı heç kim Yerə qaytarmaq istəmədi
Sergey Krikalev dünyanın ən qəribə tale yaşamış kosmonavtıdır. Bütün kosmonavtların Yerə dönüşü gül-çiçəklə qarşılansa da onu səmadan yerə endirmək istəməyiblər. Hə, bu zarafat deyil.
O, kosmosda unudulmuş, kosmosda yaşamaq üzrə dünya rekordu vurmağa məcbur qalmış sonuncu SSRİ vətəndaşı idi. Sovet İttifaqının süquta uğradığı dövrdə Sergey Yer ətrafında fırlanan "Mir" stansiyasında idi.
19 may 1991-ci ildə Krikalev bütün uçuş tapşırıqlarını uğurla yerinə yetirmiş, evə qayıtmağı gözləyirdi. Lakin Sovet İttifaqının dağılması ilə bütün kosmik proqramlar təxirə salındı. Kosmonavt səmada unuduldu. Heç kim onu geri gətirmək istəmirdi. Çünki bu, böyük xərc tələb edirdi. Yerdə dağılmış bir dövlətdə xaos, ondan qalan borclar, inflyasiya hökm sürürdü. Krikalev kapsula ilə geri dönə bilərdi. Lakin bu "Mir" stansiyasının məhvinə səbəb ola bilərdi.
Kosmonavt gözləməli oldu. Onun kosmosda qalma müddəti öncədən 5 ay planlaşdırılsa da vaxt iki dəfə uzadıldı. Bu müddət ərzində səmaya qalxmış 2 şatlın heç birində ona yer olmadı. Onunla demək olar ki, maraqlanan yox idi. Bu qədər uzun müddət kosmosda qalmaq xərçəng xəstəliyi riski, kosmik radiasiyaya məruz qalmaq, əzələlərin tamamilə hərəkətdən düşməsi demək idi.
O xarab olan cihazları özü təmir edir, öz həyatının xilası üçün cəhd göstərirdi. Ruslar "Mir" kosmik stansiyasını iki alıcıya satdılar. "Kosmik Robinzon" səmada həbs müddətində yer ətrafında 130 dəfə dövr edərək 5.486.215 kilometr uçmuşdu.
311 gün sonra Almaniya öz astronavtını Krikalevlə əvəz etməyə qərar verincə onun Yerə qayıtmaq şansı yarandı. Yerə dönərkən o 4 nəfərin köməyi ilə ayaq üstə zorla dayana bilirdi. Bu fədakarlığa görə Sovet İttifaqı Qəhrəmanı S.K.Krikalevə Rusiya Qəhrəmanı adı da verildi./Lent.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1938 Tarix: 28 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19 oktyabr"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını
18 oktyabrFransada baş verən iğtişaşlardan sonra 123 nəfər həbs edilib
Fransanın ədliyyə naziri Cerald Darmanin bildirib ki, etirazlar ölkə daxilində iğtişaşlara çevrildikdən sonra Fransa hakimiyyəti 123 nəfəri həbs edib. xəbər verir ki, nazir "Europe 1" radiostansiyasına və CNews telekanalına verdiyi müsahibədə bildirib ki, "hazırda 123 nəfər həbsdədir
20 oktyabrDünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək
Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad
19 oktyabrTramp İrana qarşı əməliyyatları davam etdirməyə hazır olduğunu bildirdi
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin başa çatdırılması istiqamətində sərt mövqeyini davam etdirir. Oktyabrın 18-də Tramp İrana qarşı əməliyyatlarla bağlı "işi sona çatdırmaq" mesajı verib. Reuters-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi isə bu bəyanat
19 oktyabrLiviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Liviyanın Təhlükəsizlik Təhdidləri ilə Mübarizə Agentliyinin azı 9 əməkdaşı paytaxt Tripolidən qərbdə yerləşən Zaviyyə şəhərində təlimlər zamanı minaatandan atılan atəş nəticəsində ölüb, bir neçə nəfər yaralanıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə baza
19 oktyabr