Çin Sədri Baydenə: "Odla oynayan özünü yandıracaq"
Çin və ABŞ hökumətlərarası işçi qrupu arasında əlaqələr bundan sonra da davam edəcək.
Lent.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Çin Sədri Si Cinpin ilə ABŞ Prezidenti Co Bayden arasında baş tutan telefon danışığı zamanı iki ölkə arasındakı hökumətlərarası işçi qrupunda əlaqələri davam etdirmək barədə razılıq əldə olunub.
"İki ölkə liderləri Çin və ABŞ işçi qrupları ilə dialoqu və əməkdaşlığı bundan sonra da davam etdirmək barədə razılıq əldə edib", - deyə Çin Xarici İşlər Nazirliyinin saytında bildirilib.
Nazirliyin məlumatına görə, Si Cinpin və Bayden arasında səmimi və hərtərəfli söhbət olub.
Liderlər həmçinin Tayvan məsələsini müzakirə edib.
Birləşmiş Ştatlar Tayvandakı vəziyyətlə bağlı birtərəfli addımlara qarşıdır.
ABŞ Prezidenti Tayvanala bağlı məsələdə ölkəsinin siyasəti dəyişməyəcəyini deyib.
"Birləşmiş Ştatlar status-kvonun dəyişdirilməsinə və ya Tayvan boğazında sülh və sabitliyə xələl gətirməyə yönəlmiş birtərəfli səylərə qəti şəkildə qarşıdır", - deyə Bayden vurğulayıb.
Çin Sədri Tayvanın işlərinə xarici müdaxilənin qəti əleyhinə olduğunu deyib.
Onun sözlərinə görə, Tayvan məsələsində Çin hakimiyyəti və xalqı eyni mövqe nümayiş etdirir.
"1,4 milyarddan çox çinli Çinin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə qərarlıdır. İctimai rəyə laqeyd yanaşmaq olmaz, odla oynasan özünü yandırarsan. Ümid edirəm ki, Amerika tərəfi bunu aydın başa düşür", - deyə Çin lideri bildirib.
İki saatlıq söhbət zamanı liderlər Ukrayna münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Çin Sədri bu məsələ ilə bağlı prinsipial mövqeyini ifadə edib
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 823 Tarix: 29 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19 oktyabr"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını
18 oktyabrFransada baş verən iğtişaşlardan sonra 123 nəfər həbs edilib
Fransanın ədliyyə naziri Cerald Darmanin bildirib ki, etirazlar ölkə daxilində iğtişaşlara çevrildikdən sonra Fransa hakimiyyəti 123 nəfəri həbs edib. xəbər verir ki, nazir "Europe 1" radiostansiyasına və CNews telekanalına verdiyi müsahibədə bildirib ki, "hazırda 123 nəfər həbsdədir
20 oktyabrDünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək
Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad
19 oktyabrTramp İrana qarşı əməliyyatları davam etdirməyə hazır olduğunu bildirdi
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin başa çatdırılması istiqamətində sərt mövqeyini davam etdirir. Oktyabrın 18-də Tramp İrana qarşı əməliyyatlarla bağlı "işi sona çatdırmaq" mesajı verib. Reuters-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi isə bu bəyanat
19 oktyabrLiviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Liviyanın Təhlükəsizlik Təhdidləri ilə Mübarizə Agentliyinin azı 9 əməkdaşı paytaxt Tripolidən qərbdə yerləşən Zaviyyə şəhərində təlimlər zamanı minaatandan atılan atəş nəticəsində ölüb, bir neçə nəfər yaralanıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə baza
19 oktyabr