"Azov" alayının əsir düşən döyüşçülərinin qətliamı: Ukrayna və Rusiya bir-birini ittiham edir

"Azov" alayının əsir düşən döyüşçülərinin qətliamı: Ukrayna və Rusiya bir-birini ittiham edirİyulun 29-da gecə saat 2-də Ukraynanın Donetsk vilayətinin işğal altındakı Olenivka qəsəbəsində 120 saylı islah koloniyası partladılıb. Nəticədə Ukraynanın "Azov" alayının əsir düşən 50 döyüşçüsü həlak olub, 75 nəfər yaralanıb.

Rusiya və Ukrayna baş verənlərə görə bir-birini günahlandırlar.

Rusiya Müdafiə Nazirliyi və Donetskdəki qondarma rejim nümayəndələrinin mövqeyinə görə, Ukrayna Silahlı Qüvvələri HIMARS (ing. "High Mobility Artillery Rocket System" - Yüksək Mobilli Raket-Artilleriya Sistemi) reaktiv yaylım atəş sistemləri ilə həbsxanaya zərbələr endiriblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə ittihamları rədd edərək bildirib ki, Rusiya tərəfi işgəncə və edamları ört-basdır etmək məqsədilə hərbi əsirləri öldürüb.

Qeyd etmək lazımdır ki, Olenivkadakı koloniya müharibəöncəsi işlək olmayan, tərk edilmiş həbsxana binası olub. Rusiyanın işğalından sonra həmin bina "filtrasiya düşərgəsi"nə çevrilib.

May ayında Ukraynanın Mariupol şəhərinin Rusiya tərəfindən tam işğalından sonra ukraynalı 211 hərbçi məhz həmin koloniyaya göndərilib. Rəsmi Kiyev dəyişmə prosedurunun anonsunu versə də, qarşı tərəf ukraynalı döyüşçülərə qarşı hərbi tribunalın hazırladığını açıqlayıb.

Koloniya dəhşətli hadisə baş verən zamanı orada ukraynalı hərbi əsirlər, o cümlədən "Azov" alayının hərbçiləri saxlanılırmış. Əraziyə nəzarət edən Rusiya hərbçiləri 50 ukraynalının (48-i yerindəcə, 2-si xəstəxanaya qaldırılarkən) öldüyünü açıqlayıblar. Ötən gün separatçılar isə ölənlərlə yanaşı 75 nəfərin də yaralandığını bildiriblər. Maraqlıdır ki, böyük ərazinin partladılması və ya raket zərbəsinə məruz qalmasına baxmayaraq, ölənlərin hamısı ukraynalı hərbçilər olub. Rusiyalı hərbçilər arasında itki qeydə alınmayıb. Ötən gün Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Koneşenkov 8 həbsxana əməkdaşının xəsarət aldığını bildirsə də, qondarma respublikanın "ombudsman"ı heç bir rus döyüşçünün zərər çəkmədiyini açıqlayıb.

Rusiyanın Olenivkada yaratdığı həbsxananın bomba yerləşdirilərək partladıldığı və ya raket atəşinə məruz qalması bir çox suallar doğurub.

ABŞ mərkəzli Müharibənin Araşdırılması İnstitutu partlayış və yanğınların fəsadlarının Qərbin Ukraynaya təhvil verdiyi yüksəkdəqiqlikli reaktiv yaylım atəş sisteminə xas olmadığını bildirib. Amerikalı analitiklərin fikrincə, bu, Rusiyanın növbəti yalanıdır. Bildirilib ki, "Azov" alayından əsir düşmüş ukraynalı hərbçilərin öldüyü partlayışın fəsadları HIMARS reaktiv yaylım atəş sistemlərindən endirilən zərbənin yaratdığı fəsadların xarakterinə uyğun deyil.

Analitiklər Olenivka həbsxanasından Kremlin təbliğat ruporu "RİA Novosti" agentliyinin yaydığı videonu araşdırıb. Tədqiqatçıların qənaətincə, orada göstərilən dağıntılar HIMARS zərbəsi nəticəsində ola bilməzdi. Qeyd olunub ki, Rusiya KİV həmçinin qeyd olunan raketin fraqmentlərini göstərib, ancaq onların Olenivkada tapıldığına dair heç bir sübut təqdim etməyib.

"Mövcud əyani sübutlar Rusiyanınkından daha çox Ukraynanın iddiasını dəstəkləyir, lakin MAİ ​​hazırda hücumun xarakterini və ya buna görə məsuliyyət daşıyan tərəfi müstəqil qiymətləndirə bilmir", - institutdan bildirilib.

Bundan başqa, hadisə yerinə gələn "Reuters" müxbirləri qeyd ediblər ki, raketlərin parçaları skamyaya düzülüb və onların haradan yığıldığını müəyyən etmək mümkün olmayıb.

Donetskdəki qondarma rejimin başçısı Denis Puşilin ukraynalı əsirlərin Kiyev əleyhinə ifadə verməyə başladığı üçün "öldürüldüyünü" iddia edib.

Daha sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Olenivkadakı həbsxanaya zərbə endirməsini təkzib edib. Bildirilib ki, Rusiya qüvvələri özləri hərbi əsirlərin işgəncə və edamını gizlətmək, habelə Ukrayna hakimiyyətini hərbi cinayətlər törətməkdə ittiham etmək üçün işğal olunmuş ərazilərdəki obyektə qəsdən hücum ediblər.

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) separatçıların telefon danışıqlarını ələ keçirib. Danışıqlara əsasən, Rusiya hərbçiləri Olenivkada bomba yerləşdirmiş ola bilərdi. Telefon danışığının iştirakçılarından biri qeyd edib ki, partlayışlardan əvvəl yaxınlaşan raketin xarakterik səsini eşitməyib.

Bundan əlavə, Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) həbsxananın qəsdən dağıdılmasının Rusiya dəstəkli "Vaqner" özəl hərbi şirkətinin muzdluları tərəfindən, birbaşa "Putinin aşpazı" kimi tanınan Yevgeni Priqojinin əmri ilə həyata keçirildiyini açıqlayıb.

Qətliamdan sonra Kiyev müxtəlif rəsmi səviyyələrdə beynəlxalq ictimaiyyəti Rusiyanı terrorçu dövlət kimi tanımağa çağırıb. Ukrayna Prezidenti Volodimir Zelenski bunun Rusiya tərəfindən planlı cinayət olduğuna dair yetərincə sübutların olduğunu deyib və hadisə ilə bağlı BMT Təhlükəsizlik Şurasına məlumat verildiyini bildirib.

Rəsmi Moskva ən yüksək səviyyədə bəyanat yaymasa da, Rusiya MN zərbəni "Ukrayna hərbçilərini qorxutmaq və onların təslim olmasının qarşısını almaq məqsədi ilə" Kiyev tərəfindən təşkil edilmiş "təxribat" adlandırıb.

Beynəlxalq ictimaiyyət olaya dərhal reaksiya verib. BMT-nin Baş katibi Antoniu Quterreş hadisə ilə bağlı narahatlığını bildirib, lakin Baş katibin ofisi əlavə şərh verməkdən vaz keçib. Buna səbəb həbsxananın dağıdılması ilə bağlı ilkin mənbədən məlumatın olmamasıdır. BMT-nin Ukraynadakı əlaqələndiricisi Osnat Lubrani hadisənin hərbi cinayət olaraq qiymətləndirilə biləcəyini deyib.

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel hadisədə Rusiyanı ukraynalı əsirləri öldürməkdə günahlandırıb və Rusiya tərəfinin vəhşiliklərini pisləyib.

Estoniyanın Baş naziri Kaja Kallas hadisəni hərbi cinayət olaraq qiymətləndirib: "Biz yenə də Rusiyanın törətdiyi vəhşi və iyrənc cinayətlərin şahidi oluruq. Olenivkada ukraynalı hərbi əsirlərə qarşı törədilən kütləvi qətl tarixin ən qaranlıq səhifələrini təkrarlayır".

Beynəlxalq Qızıl Xaç Komitəsi "nə baş verdiyini öz gözlərimizlə görmək" üçün Olenivkadakı koloniyaya "giriş əldə etməyə" çalışacağını bildirib.

ABŞ Olenovkada hərbi əsirlərin ölümü ilə bağlı şərh verməkdən imtina edib. İyulun 29-da Con Kirbi jurnalistlərə deyib ki, "bizim bu çox erkən hesabatları əsaslı şəkildə şərh etmək üçün kifayət qədər məlumatımız yoxdur". Pentaqon həbsxanaya hücumla bağlı dəqiq məlumata malik olmadığını vurğulayıb.

Hadisən sonra diqqətçəkən digər məqam isə Rusiyanın Böyük Britaniyadakı səfirliyinin tviti olub. Səfirliyin tivter səhifəsində "Azov" alayının döyüşçülərini güllələnməli yox, asılmalı olduğu barədə paylaşım edilib.

"Bu "Azov" ölüm cəzasına layiqdir, amma güllədən deyil, asılmaqla. Çünki onlar döyüşçü deyillər, əsgər deyillər. Döyüşçü gülləyə layiqdir, onlar isə alçaldıcı ölümə layiqdirlər", - yazıda qeyd olunub.

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermakın səfirə cavabı da gecikməyib: "Yalnız terrorçular və vəhşilər əsir götürülmüş "Azov" alayını asaraq edam etməyə çağıra bilərlər. Rusiya terrorçu ölkədir. 21-ci əsrdə yalnız vəhşilər və terrorçular diplomatik səviyyədə deyə bilər ki, insanlar asılaraq edam olunmağa layiqdirlər. Rusiya Federasiyası terrorun dövlət himayədarıdır. Bunun üçün daha hansı sübuta ehtiyacınız var?!".

Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplamış "Azov" 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. Bundan başqa, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra Rusiya ilə sərhədyanı bölgədə yerləşən Mariupolun mühasirəsi zamanı şəhərin müdafiəsində dayanan qüvvələrdən biri də "Azov" alayı olub. Şəhərin 3 aya yaxın Rusiyaya müqavimət göstərməsində də bu alayın müstəsna rolu danılmazdır.

İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi "Azov"u "neonasist qruplaşma", "ksenofob" dəstə kimi qələmə verir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1616   Tarix: 30 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç

19 oktyabr
.

Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram

Böyük Britaniya və Şimali İrlandiyanın Bakıdakı səfiri Dunkan Norman Azərbaycanı müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib. "Report" xəbər verir ki, səfir təbriki "X" sosial şəbəkə hesabında paylaşıb. "Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasını

18 oktyabr
.

Fransa iğtişaşlarda dağıdılmış mağazaların sayını hesablayır

Fransa Ticarət və Sənaye Palatasının prezidenti Alen Di Kresenzo RTL radiosuna bildirib ki, həftəsonu Fransada baş verən iğtişaşlar zamanı 200-dən çox mağaza talan edilib və ya vandalizm hücumuna məruz qalıb. xəbər verir ki, TV5 Monde-nin Fransanın Baş naziri Sebastyan Le Kornelə istinadən verdiyi məlumat

19 oktyabr
.

Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar

Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk

18 oktyabr
.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

18 oktyabr
.

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa

18 oktyabr
.

Netanyahu Türkiyə ilə müharibəyə başlayır -KİV

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb. "C14 News"-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsin

19 oktyabr
.

Ukrayna BVF-yə ikinci ən böyük borclu ölkəyə çevrilib

Ukrayna Beynəlxalq Valyuta Fondunun (BVF) dünyanın ən böyük borcluları siyahısında ikinci yerdədir. xəbər verir ki, BVF-nin məlumatına görə, 2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkənin Fonda 14,5 milyard dollar borcu var idi. Ukraynanın ümumi borc məbləği 10,69 milyard Xüsusi Borclanm

20 oktyabr
.

Milanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib

İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri

20 oktyabr