"Putinin güclü silahı var" – O, NATO-nu "cavab zərbəsi" ilə necə hədələyir?

"Putinin güclü silahı var" – O, NATO-nu "cavab zərbəsi" ilə necə hədələyir?Britaniyanın istefada olan generalı Saymon Mayall deyir ki, Putin Qərbə və NATO-ya qarşı hərbi əməliyyatlara başlamayacaq, çünki rusların əlində bütün Avropanı təşvişə salan "qaz silahı" var.

Bu barədə informasiya "inosmi.ru" saytında yerləşdirilib.

O, Rusiya prezidenti Vladimir Putinin Qərbin iqtisadi sanksiyalarına necə cavab vermək niyyətində olduğunu izah edib. Generalın fikrincə, enerji müharibəsi baş tutacaq və qaz təchizatı silaha çevriləcək:

"Putin artıq "Şimal axını 1" vasitəsilə Aİ-yə qaz axınını 20% azaldaraq, ilk zərbəni vurub".
Mayall "Times Radio"ya verdiyi müsahibədə deyib: "Ruslar açıq şəkildə NATO-nu məhv etmək və Qərb həmrəyliyini zəiflətmək üçün "qaz silahından" istifadə edirlər".

Aİ-yə daha bir zərbə kimi, Rusiyanın dövlət enerji nəhəngi "Qazprom" "Şimal axını 1" boru kəməri ilə qazın həcmini 40%-dən 20%-ə endirmək qərarına gəlib. Adətən bu kəmər tam gücü ilə istifadə olunur, lakin hərbi münaqişə başlayandan "Qazprom" nəqlin gücünü 40%-nə endirib, indi isə onu daha da azaldıb. Bu, bütün Avropanı həyəcanlandırıb.

Aİ-nin energetika nazirləri fövqəladə qaz planı ilə bağlı razılığa gəliblər. Ötən həftə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bütün Avropa ölkələrini avqust ayından mart ayınadək qaz istehlakını 15%-dək azaltmağa çağırıb.
Lakin bu təklif hazırlanmış plana etiraz edən İtaliya və İspaniya kimi Cənubi Avropa ölkələrinin müqaviməti ilə üzləşib. Elektrik enerjisinin 60%-ni bərpa olunan mənbələrdən aldığı üçün Avropanın ən təmiz ölkəsi olan Portuqaliya təklifi qəbuledilməz adlandırıb və yalnız ehtiyac duyduğu qədər elektrik enerjisi istehlak etdiyini bildirib.

Mayall hesab edir ki, enerji və ərzaq cəbhəsində mübarizə aparan Vladimir Putin Aİ-ni iqtisadi sanksiyaları ləğv etməyə məcbur etmək istəyir.

Almaniyanın İqtisadiyyat naziri Robert Habek Putinin Avropa Birliyində nifaq salmaq cəhdlərini təkzib edib: "Siz bizi dalaşdıra bilməyəcəksiniz".

Bununla belə, Aİ-nin qaz kəmərləri şəbəkəsi ilə az əlaqəsi olan İspaniya və Portuqaliyanın qaz istehlakının məcburi şəkildə azaldılması ilə bağlı narahatlıqları artır.

Yunanıstan bildirib ki, belə bir plan onun iqtisadiyyatı və əhalisi üçün çox ağır yük olacaq.

İşlətdiyi qazın 80%-ni Rusiyadan idxal edən Macarıstanın xarici işlər naziri Peter Szijjarto isə belə sual verib:

"Brüsseldə kimsə macarlara izah etsin ki, əgər Macarıstanda qaz varsa, niyə onlar və şirkətləri qazdan istifadə edə bilmirlər?".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1804   Tarix: 31 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Macarıstanda seçki yaşı 16-ya endirilə bilər: Baş nazir təklif etdi

Macarıstanın Baş naziri Peter Madyar ölkədə seçkidə iştirak üçün yaş həddinin hazırkı 18-dən 16-ya endirilməsini təklif edib. xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində paylaşım edib. "Əminəm ki, bu gün 18 yaşdan kiçik şəxslərin böyük əksəriyyəti ümumi qərarların qəbulunda iştira

19 iyul
.

Serbiya ABŞ ilə enerji infrastrukturu sahəsində anlaşma memorandumu imzalayıb

Serbiya ilə ABŞ arasında enerji infrastrukturu və regional enerji təhlükəsizliyi sahəsində anlaşma memorandumu imzalanıb. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, XİN rəhbəri Marko Curiç Belqradla Vaşinqton arasında ilk Stratej

19 iyul
.

İzmirdə 39 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir vilayətinin sahillərində keçirilən əməliyyatlar zamanı 39 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Məlumat

19 iyul
.

Dünyanın ən qədim çayı dinozavrlardan əvvəl yaranıb: Harada yerləşir?

Dinozavrlar Yer üzündə təxminən 233-66 milyon il əvvəl, Mezozoy erasında yaşayıblar. Alimlərin fikrincə isə dünyanın ən qədim çay sistemlərindən biri hesab edilən Avstraliyadakı Finke (yerli adı ilə Larapinta) çayının drenaj sistemi təxminən 300-400 milyon il əvvələ, yəni dinozavrlardan da əvvəlki dövr

21 iyul
.

Yaxın Şərqdə gərginlik artır: ABŞ öz vətəndaşlarına müraciət etdi

ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə yaşayan amerikalılara İranla bağlı yarana biləcək təhlükələr səbəbindən yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, Yaxın Şərqdə artan gərginli

19 iyul
.

İranda 2 zəlzələ oldu - Yaralılar var

İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib

20 iyul
.

"Alhurra": İraqda korrupsiyaya ilə mübarizə böhrana səbəb olub

İraqın Baş naziri Əli əz-Zeydinin təşəbbüsü ilə başladılmış antikorrupsiya kampaniyası ölkədə böhrana səbəb olub. "Report" xəbər verir ki, bu barədə ərəbdilli "Alhurra" telekanalı məlumat yayıb. Məlumata görə, təhqiqatlar silsilə həbslərə səbəb olub, həmçinin təkcə baş nazirin öz

19 iyul
.

ÜST xərçəng xəstəliyindən qorunmağın effektiv üsullarını açıqladı

Spirtli içkilərdən və tütün məmulatlarından imtina onkoloji xəstəliklərin profilaktikasında ən effektiv üsullardan biridir. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyindən RİA Novosti-yə məlumat verilib. Təşkilatın məlumatına görə, ən təsirli yanaşma HPV və hepati

19 iyul
.

Ərə getdi və... bal ayından sağ qayıtmadı

30 yaşlı fitnes ulduzu Laura Viktoriya Hartiq İtaliyada bal ayında velosiped sürərkən ölümcül xəsarətlər alıb. -ın xarici mediaya istinadən xəbərinə görə, toyundan bir neçə gün sonra Hartiq dağlarda velosiped sürüb. Enərkən motosikletlə toqquşub. Zərbə o qədər güclü olub ki, motosiklet iki yerə bölünüb

19 iyul