Həbs olunan gömrükçü sabiq baş nazirin qardaşı oğlu imiş
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyatla saxlanılan gömrük işçiləri ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Bununla bağlı Manset.az məlumat yayıb.
Bildirilib ki, bir müddət əvvəl saxlanılaraq 2 il həbs cəzası verilən Sadiq İsgəndərov Naxçıvan MR keçmiş maliyyə naziri Xalid İsgəndərovun oğlu, 3 il həbs cəzası verilən Azər Baxşıyev isə Naxçıvan MR keçmiş baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza və bəraət alan Baş Gömrük İdarəsinin sabiq əməkdaşları barəsində verilmiş protestə baxılıb.
Hakim Ramin Qaraqurbanlının sədrliyi ilə yenidən araşdırılan işlə bağlı birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Orxan Zöhrabov və Mirağa Ağayevə şərti cəza verilib. İş üzrə təqsirləndirilən Sadiq İsgəndərov isə 2 il azadlıqdan məhrum edilib.
Həbsdə olan Elmar Mirzəyevin cəzası isə 3 ay artırılaraq 5 il 3 aya qaldırılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılan işlə bağlı Ceyhun Şabanova 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2435 Tarix: 01 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş - Yenilənib
Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb. APA-ya istinadla xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbi hələlik məlum deyil
3 aprel60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı
Salyan rayonunda bu il yanvarın 31-dən itkin düşən şəxsin meyiti aşkar edilib. "Qafqazinfo"nun məlumatına görə, meyit Salyan-Neftçala yolu yaxınlığında, rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən kollektordan tapılıb. İlkin araşdırma nəticəsində meyitin Salyan şəhər sakini, 85 yaşlı Rafae
1 aprelƏrini öldürən qadına və sevgilsinə AĞIR CƏZA
Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahi
16 aprelHəmin 15 yaşlı məktəbli saxlanıldı
Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl
21 aprelDəhşətli cinayət: Ana torpağa basdırılmış, oğlu güllələnmiş halda tapıldı
Hatayın İskenderun rayonunda baş verən dəhşətli hadisə nəticəsində ana və oğlu ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, sözügedən ərazidə heyvan otaran çoban torpaq üzərində meyit aşkar edərək vəziyyət barədə jandarmaya məlumat verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar tərəfində
16 aprelTut ağacından yıxılıb öldü
Gəncə sakini ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb
13 iyunQayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
Ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində şəhid Səxavət Məmmədovun 60 yaşlı atası Adıgözəl Məmmədovun 31 yaşlı gəlini Gülüzar Məmmədovanı qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, Məmmədovların qonşuları -a hadisənin tamah məqsədilə törədildiyin
2 iyunOğul anasını traktorla vuraraq öldürdü
Ucarda oğul anasını traktorla vuraraq öldürüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağı
19 mayDövlət xidmətində rüşvət ƏMƏLİYYATI: Saxlanılanlar var
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib. "Report"a istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb. Onla
23 aprel