"ABŞ-ın yeni sanksiyalarına qəti cavab verəcəyik"- İran XİN
İran ABŞ-ın ölkə neftini hədəf alan yeni sanksiyalarına qəti və sürətlə cavab verəcəyini açıqlayıb. O, sanksiyaların ölkə iqtisadiyyatına və ticarətinə mümkün təsirlərini aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görəcəyini açıqlayıb.
Sonxeber.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi yazılı açıqlamada Vaşinqton rəhbərliyinin Tehranın neft və neft-kimya məhsulları ticarətini dəstəkləyən 6 şirkəti sanksiyalar siyahısına əlavə etməsinə reaksiya verib.
ABŞ-ın ölkə iqtisadiyyatını hədəf alan sanksiyalar tətbiq etməkdən çəkinmədiyini bildirən Kenani yeni sanksiyaların Ağ Evin sanksiyalardan asılılığının göstəricisi olduğunu bildirib.
O, ABŞ prezidenti Co Bayden administrasiyasının eyni siyasəti davam etdirdiyini,hətta genişləndirdiyini bildirib. Baxmayaraq ki, əvvəllər dəfələrlə keçmiş prezident Donald Tramp maksimum təzyiq siyasətini uğursuz kimi qiymətləndirib.
"İran Ağ Evin sanksiyalarda israrına qəti cavab verəcək, sanksiyaların ölkə iqtisadiyyatı və ticarətinə mümkün təsirlərini aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görəcək" ,- deyə nazir əlavə edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Xəzinədarlıq Departamenti İran neftinin və neft-kimya məhsullarının Şərqi Asiyaya ixracına kömək edən dördü Honq-Konqda, biri Sinqapurda və biri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olmaqla altı şirkəti sanksiya siyahısına əlavə edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Prezident onları təltif etdi - Siyahı
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Alyona Əliyeva konsertdə - Fotolar
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı