Qadın ərinin məşuqəsini məhkəməyə verdi - 560 min dollar alacaq
Çinin Çjuanxe şəhərində maraqlı hadisə baş erib: Li adlı qadın əri Vanın məşuqəsi Syaosyanı məhkəməyə verib və yoldaşının ona xərclədiyi bütün pulu və hədiyyə etdiyi qiymətli əşyaları geri qaytarmağı tələb edib.
Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, məhkəmə qeyri-qanuni münasibətdə olan Syaosyanın 3,79 milyon yuan (560.000 dollar) ödəməsinə dair hökm çıxarıb.
Məsələ burasındadır ki, Çin qanunlarına əsasən, nikahda olan ər və arvadın heç biri ortaq mülkdən bir-birinin razılığı olmadan xərcləyə bilməz.
1991-ci ildən Vanla ailə quran Li isə ərinin 2008-ci ildən başqasıyla münasibətdə olduğu barədə cəmi bir neçə il öncə xəbər tutub və Syaosyaya pul xərcləməyə icazə verməyib.
Van Syaosyaya mütəmadi olaraq pul göndərib. Kişi bu münasibətdən dünyaya gələn 10 yaşlı oğlunun olduğunu və onları uzun illər ərzində saxladığını da etiraf edib.
Belə ki, Van 2013-cü ildən 2020-ci ildək məşuqəsinin hesabına 1,47 milyon yuan (217,700 dollar) pul köçürüb, ümumi dəyəri 1,45 milyon yuan (214,700 dollar) olan iki mənzil alıb, eləcə də ona qiyməti 870.000 yuan (128.800 dollar) olan avtomobil hədiyyə edib.
Syaosya Vanın evli olduğunu bilmədiyini deyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1025 Tarix: 03 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik və ya psixotrop maddələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb. "Haber Global" telekanalına istinadən xəbər verir ki, ittiham aktında onun azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. İstanbulda Bakırkö
18 oktyabrKim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər
Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o
20 oktyabrAli Radanın deputatı Zelenskinin varisini açıqladı
"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq
18 oktyabrTürkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb
Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. xəbər verir ki, Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. İstanbulda palçıq sürüşməsində
20 oktyabr