Bakı metrosunda qadınlar bir-birini təhqir etdilər - YENİLƏNİB + VİDEO
"Hər birimiz eyni cəmiyyətdə yaşayırıq və bu kimi hadisələrə vətəndaş mövqeyi olmalıdır. Bu kimi hallarda vətəndaşlar öz hüquqlarını tələb etməlidirlər".
Bu sözləri Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov "TikTok" platformasında yayımlanan metropoliten daxilində çəkilmiş qalmaqallı videoya münasibət bildirərkən deyib.
O bildirib ki, sosial məsuliyyət, vətəndaş mövqeyi olmayan yerdə bu kimi hadisələrin olması labüddür:
"Bunun başqa yolu yoxdur. Vətəndaş mövqeyini bildirməli, bu kimi hadisələrlə qarşılaşanda fəal olmalı, reaksiya verməlidir. Hər hadisədə metropoliten, metro əməkdaşları, metro polisi məsuliyyət daşımalıdır anlayışı doğru deyil".
Metropoliten daxilində videoçəkiliş etmək qadağandır və sərnişinlərin məlumatlı olması üçün bu barədə bir çox məlumatlandırıcı lövhələr də asılıb. Belə bir deyim var "qaydalar onları pozmaq üçündür". Doğurdanmı insanlar cəmiyyətdə bu prinsipi həyata keçirir?
Bəs metropoliten qaydaların pozulması zamanı qurum hansı tədbirləri görür?
B.Məmmədov qeyd edib ki, "Bakı Metropoliteni" əməkdaşları və metro polisi stansiya daxilində foto, video çəkilişi edən sərnişin görürsə, ona yaxınlaşaraq Nazirlər Kabinetinin təsdiq etdiyi "Bakı Metropoliteni"ndən istifadə qaydalarına əsasən bunun qadağan olduğunu bildirir:
"Sərnişin birmənalı olaraq çəkdiyi görüntüləri silməlidir. Qatarda edilən çəkilişlərlə bağlı isə sərnişin metro əməkdaşlarına müraciət etdiyi halda, bu barədə tədbir görülür. Dünya təcrübəsində belə bir şey yoxdur ki, vaqonlarda bu kimi hallara nəzarət mexanizmi tətbiq edilsin. Cəmiyyəti quran bizik və cəmiyyətdə ümumi qaydalara riayət etməliyik. Hər şeyi cəza mexanizmi ilə həll etmək yanaşması doğru deyil".
11:35
Bakı Metropolitenində sərnişinlər arasında mübahisə baş verib.
Oxu.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, bir qadın sərnişinin "TikTok" platformasında canlı yayım açması digər xanıma xoş təsir bağışlamayıb. Bu səbəbdən xanımlar arasında mübahisə yaranıb. Xanımlar bir-birilərinə qarşı təhqiramiz ifadələr işlədiblər.
Qeyd edək ki, mübahisə hərəkətdə olan qatarda baş verib.
Həmin görüntüləri təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5678 Tarix: 03 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toyda iylənmiş ət verilən "Çıraq Palace"da yoxlama - Video
Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib. "Qafqazinfo" xəbər verir ki, yoxlama Bakı şəhəri
20 oktyabrSabah rayonlara yağış yağacaq
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında oktyabrın 21-də arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
20 oktyabrOğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs
19 oktyabrƏlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca
18 oktyabrAzərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18 oktyabrMinimum əməkhaqqı artacaq? - Video
Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər
18 oktyabrTələbələrin təqaüdləri artırılacaq?
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini
18 oktyabr