"Londondakı hadisəni törədən şəxslər Dəmir Yumruğumuzu başında hiss edəcək"-AÇIQLAMA

"Londondakı hadisəni törədən şəxslər Dəmir Yumruğumuzu başında hiss edəcək"-AÇIQLAMA4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.

Mövzu ilə bağlı Sonxeber.az saytına Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlama verib.

O bildirib ki, radikal bir dini qrupun Birləşmiş Krallıqdakı səfirliyimizin binasına zorakı yolla daxil olaraq, vandalizm aktı törətməsi, vandalların Azərbaycan bayrağına hörmətsizlik edib binanın eyvanında dini bayraqlar qaldıraraq radikal dini şüarlar səsləndirməsi hər şeydən öncə Beynəlxalq hüququn pozuntusudur.

"Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud, nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, "diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir". Əlbəttə, biz inanırıq ki, rəsmi London belə bir hadisənin yaşanmasını arzu etməzdi, lakin, 1961-ci il Konvensiyasına əsasən, heç şübhəsiz ki, baş verənlərə görə səfirliyin yerləşdiyi ölkə məsuliyyət daşıyır.

İkincisi, Beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinin xidməti sahəsinə hücum etmə Azərbaycan Cinayət Məcəlləsinin 102-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Azərbaycan Cinayət qanununun ölkə ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsini müəyyən edən 12-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda Azərbaycan cinayət qanunu əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Yəni, Britaniya məhkəmələri bu əməli cinayət hesab edib, vandalları məhkum etməzsə, onları məhkum etmək bizim haqqımızdır.

Məsələnin siyasi tərəfinə gəlincə, məlumdur ki, Azərbaycan səfirliyinə hücuma görə məsuliyyəti Böyük Britaniyada yaşayan Küveytdən olan şəxslərin yaratdığı şiə təşkilatı - "Mehdi Qulluqçular Birliyi" öz üzərinə götürdü və heç şübhəsiz ki, baş verən hadisəni təsadüf hesab etmək olmaz.
Prezident İlham Əliyevin müasir mürəkkəb geosiyasi şəraitdə müstəqil, balanslı siyasəti, onun rəhbərliyi altında ölkənin artan nüfuzu və hərbi-siyasi qüdrəti kimləri narahat edir, aşağı -yuxarı bizə bəllidir. Xüsusən, indiki həssas dönəmdə "Qisas" əməliyyatı ilə yalnız ermənini yox, onun havadarlarını da yerində oturtmağımızı çoxları həzm edə bilmir. Bu çərçivədə, Azərbaycanın mövqeyinin zəiflədilməsinə, qonşularla münasibətlərin gərginləşdirilməsinə yönəli təxribat cəhdlərinin artıq şahidi olmaqdaydıq. Bildiyiniz kimi, "Qisas" əməliyyatından dərhal sonra İranın Azərbaycanla sərhəddə hərbi texnika yığması ilə bağlı sonradan feyk olduğu ortaya çıxan məlumatlar yayılmışdı. Heç şübhəsiz ki, bir gün sonra şiəliyi qabardaraq Londonda səfirliyimizə hücumun gerçəkləşdirilməsi, dünənki uğursuz cəhdin davamıdır və əlbəttə, burada əsas məqsəd Tehran-Bakı münasibətlərinin gərginləşdirilməsi ola bilər. Bu mənada, hesab edirəm ki, İran tərəfinin, ən azı İranın Azərbaycandakı səfriliyinin simasında Londonda "Mehdi Qulluqçular Birliyi" şiə hərəkatının Azərbaycan səfirliyinə hücumunu pisləyən bəyanatla çıxış etməsi qonşuluq münasibətlərimizin yeni səviyyəsinə yaraşan bir davranış olar. Eyni zamanda bu məsələdə bütövlükdə İslam dünyasının qəti mövqe nümayiş etdirməsi Qərb təfəkküründə bəzi hallarda eyniləşdirilən islam və radikalizm amillərinin əks qütblər olduğunu göstərmək üçün yaxşı bir imkan olar.

Məsələyə hüquqi qiymət verilməsinə gəlincə, hadisənin arxasında dayananlar, icraçısı ilə birlikdə, təşkilatçı, təhrikçi və köməkçi qismində prosesdə barmağı olan hər kəs bilsin ki, gözləmədiyi yerdə və gözləmədiyi anda Azərbaycanın Dəmir yumruğunu başında hiss edəcək. Hər kəs də əmin ola bilər ki, belə cılız aktlarla bölgənin yüksələn ulduzu olan Azərbaycanın inkişafının, güclənməsinin qarşısını almaq, bizi yolumuzdan döndərmək mümkün deyil".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2171   Tarix: 05 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ödənilən hər 100 manat sosial sığorta haqqının fərdi hesabın sığorta hissəsində 90 manat əvəzinə 85 manatı qeyd

19 oktyabr
.

Bakının bu rayonunda iki gün SU OLMAYACAQ

Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl

19 oktyabr
.

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq

20 oktyabr
.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

20 oktyabr
.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

20 oktyabr
.

Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy

20 oktyabr
.

Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

20 oktyabr
.

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka

19 oktyabr
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr