"Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası" TƏSDİQLƏNİB
"Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası" təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Bu Qayda "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna uyğun olaraq hazırlanıb və şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin formalaşdırılmasının, aparılmasının, inteqrasiyasının və arxivləşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Qərarla Reyestrin fəaliyyət prinsipləri də müəyyənləşib. Reyestr Qaydalarda qeyd edilən prinsiplər nəzərə alınmaqla, aşağıdakı prinsiplər əsasında formalaşdırılır:
-istifadə rahatlığı – Reyestrdən istifadənin və məlumat mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
-fasiləsizlik – Reyestrdə aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq fəaliyyətin fasiləsiz həyata keçirilməsi;
-funksionallıq və davamlı inkişaf – Reyestrin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması və ən son texnologiyalardan istifadə edilməklə Reyestrin daim təkmilləşdirilməsi;
-operativlik – Reyestrdə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin sürətli şəkildə həyata keçirilməsi;
-sərbəstlik – Reyestrin fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;
şəffaflıq – Reyestrin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.
Reyestrin strukturuna aşağıdakı modullar daxildir: -məlumatların daxil edilməsi modulu;
-məlumatlara baxış modulu;
-. hesabatlar modulu.
Reyestrin strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:
- "məlumatların daxil edilməsi" modulu vasitəsilə şəhid və şəhid ailəsi statusu almış şəxslər barədə bu Qaydada göstərilən məlumatların daxil edilməsi;
-"məlumatlara baxış modulu" vasitəsilə Reyestrdə topla- nılmış məlumatlar üzrə axtarış edilməsi və məlumatlara baxılması;
-"hesabatlar modulu" vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1206 Tarix: 05 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu
19 oktyabr"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri
19 oktyabrBakının bu rayonunda iki gün SU OLMAYACAQ
Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl
19 oktyabrAzərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18 oktyabrBakıda bu bağçada nöqsanlar AŞKARLANDI
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy
20 oktyabrHərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman
19 oktyabrBakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs
19 oktyabrƏsgərin ölümünə görə 2 nəfər həbs edildi
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka
19 oktyabr