"Buna ehtiyac yoxdur" - Putindən Makrona "soyuq duş"
Kremldən dünən verilən açıqlamada Fransanın "qeyri-dost ölkə" olduğu bildirilib.
Açıqlamada bu səbəbdən Fransa ilə danışıqlara ehtiyacın olmadığı, Rusiya Prezidenti Vladimir Putin və fransalı həmkarı Emmanuel Makron arasında iki aydır telefon danışığı aparılmadığı deyilib.
AFP-nin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov ilin əvvəlində bir neçə dəfə görüşən Putin və Makron arasında son vaxtlar telefon danışıqlarının olmaması ilə bağlı suala cavab olaraq belə deyib:
"Ölkəmizə qarşı qəbul etdiyi qərarlara görə, Fransa dost olmayan ölkədir. Tərəflər görüş üçün münasib vaxtın çatmadığını və bunun hələlik lazım olmadığını düşündükləri üçün telefonla danışmırlar. Lazım gələrsə görüşəcəklər".
Putin və Makron arasında son görüş mayın 28-də Almaniya Kansleri Olaf Şolzun iştirakı ilə Rusiya ordusu tərəfindən əsir götürülən ukraynalı hərbçilərin təslim edilməsi ilə bağlı telefon danışığı olub. Fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə gərginlik pik həddə çatdıqdan sonra iki lider həmin ayda beş dəfə olmaqla mart və mayda telefon danışığı aparıblar. Bundan başqa, Makron Putinlə görüşmək üçün fevralın 7-də Moskvaya səfər edib.
Makron Rusiyanın Ukraynaya hücumlarını dayandıra bilməsə də, rusiyalı həmkarı ilə tez-tez təmasda olduğu üçün tənqidə tuş gəlirdi.
Rusiya Ukraynaya hücum etdikdən sonra Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara görə Fransa da daxil bir çox ölkələri "dost olmayan ölkələr" kimi təsnif edir.
Rusiya ABŞ, Avstraliya, Kanada, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Norveç, Tayvan və bəzi Avropa Birliyi üzvlərinin də daxil olduğu "dost olmayan ölkələr" siyahısını tez-tez genişləndirir./Teleqraf
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1046 Tarix: 07 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb
BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ
19 oktyabrParisdə etirazçılar Luvrun girişini bağlayıblar
Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. "Dünyanın ən böyük muzeyinin girişin
19 oktyabrNetanyahu Türkiyə ilə müharibəyə başlayır -KİV
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb. "C14 News"-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsin
19 oktyabrAstronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy
19 oktyabrİranın yeni müdafiə naziri məlum oldu
İran parlamenti Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib. bu barədə "Press TV" telekanalına istinadən xəbər verir. Xatırladaq ki, oktyabrın 5-də Əxlaqi müdafiə naziri postuna namizəd göstərilmişdi. Qeyd edək ki, martın 2-dən etibarən müdafiə naziri vəzifəsini
18 oktyabrYəməndə raket hücumu: azı 20 hərbiçi öldürülüb
Yəmənin cənubundakı Şəbva vilayətində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə ballistik raketlərlə hücum edilib. Nəticədə azı 20 hərbiçi həlak olub, 20-dən çox hərbiçi yaralanıb. Associated Press-ə istinadən xəbər verir ki, hücum oktyabrın 19-da Əl-Ələm hərbi düşərgəsinə qarşı həyata keçirilib. Yəmə
19 oktyabr