Putinin keçmiş arvadı necə zənginləşir: meriya, banklar, Avropada evlər...

Putinin keçmiş arvadı necə zənginləşir: meriya, banklar, Avropada evlər...Rusiyada müxalif lider və bloger Aleksey Navalnı həbsdə olsa da, onun silahdaşları sakit dayanmır. Onlar Rusiya hökuməti, onların ailə üzvlərilə bağlı korrupsiya araşdırmalarını davam etdirirlər.

Sonxeber.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Navalnının jurnalist həmkarları bu dəfə prezident Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmila haqqında araşdırma ortaya qoyublar. Boşanandan sonra onun İspaniyada əvvəllər məlum olmayan daşınmaz əmlakı üzə çıxıb. Eyni zamanda, məlum olub ki, o, hər il Moskva meriyasından və dövlət banklarından yüzmilyonlarla rubl əldə edir.

Araşdırmalardan sonra jurnalistlərin gəldiyi qənaətə görə, Vladimir Putinin Lüdmila ilə nikahı təxminən 30 il davam etsə də, bunun 20 ilini o, xoşbəxt olmayıb: "Lüdmila Almaniyadakı rəfiqəsi İren Pitşə gileylənirmiş ki, əri onun həyatında baş verənlərlə maraqlanmır, evdə ona qarşı sanki xidmətçi personaldan biri kimi davranır. Rusiyaya köçəndən sonra da bu cür münasibət davam edib. Hətta Lüdmilaya alman rəfiqəsilə ünsiyyət saxlamaq da qadağan edilib".

2013-cü ildə boşanmadan sonra prezident Putinin yazdığı bəyannamədən belə görünürdü ki, həyat yoldaşına heç nə verilməyib. Çünki əvvəlki bəyannamələrdə onun rəsmi şəkildə açıqladığı əmlakların hamısı yenə də özündə idi.

Əslində isə Lüdmilanın əldə etdikləri var idi. Araşdırmaçı jurnalistlər də hesab edir ki, nikahdan fərqli olaraq, bu məsələdə onun bəxti daha çox gətirmişdi.

Lüdmila Putina 2000-ci ildən Rus dilinin İnkişafı Mərkəzini idarə edirdi. Bu mərkəz rus dilinin təbliğinə, Rusiyanın xaricdə müsbət obrazının yaranmasına xidmət etməliydi. Yəni Mərkəz məhz bu məqsədlə yaradılmışdı.

"Lüdmila uşaq kitabları və rus dili mövzusunda bir neçə tədbirdə, dəyirmi masalarda olmuşdu. Qazaxıstanda rus dili ilə bağlı müsabiqənin qaliblərini təbrik etmişdi. Fransada rus dilini öyrənən yerli məktəblilər üçün sessiyalar keçirmişdi", - araşdırmaçı jurnalistlər Rusiyanın keçmiş birinci xanımının o dövrdəki fəaliyyətini belə təsvir edir.

O zaman Moskva meriyası bu Fond üçün torpaq sahəsi və malikanə ayırıbmış. Meriya bu qərarını ""Rusiyanın milli maraqlarının təşviqi" ilə izah edib. 2013-cü ilə yaxın bina yenidən qurulub: günbəzi dəyişilib, daha iki mərtəbə əlavə olunub. Bundan əvvəl – 2009-cu ildə binanın "tarixi abidə" statusu müvəqqəti götürülüb. Rus dilinin İnkişafı Mərkəzinin adı da dəyişərək, Şəxsiyyətlərarası Münasibətlərin İnkişaf Mərkəzi olub. Hazırda bu quruma Lüdmilanın prezidentdən boşandıqdan sonra evləndiyi əri – "Rossiya" telekanalının keçmiş əməkdaşı Artur Oçeretnı rəhbərlik edir.

Mərkəzin məqsədi isə Rusiya cəmiyyətində müxtəlif sosial əhəmiyyətli məsələlərin həlli üçün şərait, ölkədə əlverişli psixoloji mühit yaratmaqdır. Belə rəsmiləşdirilib ki, Mərkəz öz ərazisini Lüdmilanın şəxsi şirkəti olan "Meridian"a, şirkət də öz növbəsində VTB, "Sberbank" və başqa banklara icarəyə verir. Bütün qazanc son nəticədə Lüdmilaya çatır. O, banklardan aldığı icarə pulundan qat-qat az icarə haqqı ödəyir. Söhbət "Meridian" adından ödədiyi vəsaitdən gedir.

Lüdmilanın şirkəti - "Meridian" ildə 250 milyon rubldan çox gəlir əldə edir. Bunun da 150 milyondan çoxunu VTB və "Sberbank" verir. "Əslində, Putinin keçmiş həyat yoldaşına zəngin yaşaması üçün Moskvanın mərkəzində 10 milyard rubl dəyərində malikanə və torpaq sahəsi verilib", - araşdırmaçılar belə nəticəyə gəlib.

Mərkəz həmçinin Moskva meriyasından, "Qazprombank"dan, Putinə yaxın oliqarx Aleksey Mordaşovdan da pul almaqda davam edir. Mərkəz son üç ildə təkcə meriyadan 175 milyon rubl, "Qazprombank"dan 140 milyon rubl pul alıb. Bu pullar da son nəticədə Lüdmilanın cibinə gedir.

Bütün bunlarla yanaşı, araşdırmaçılar Lüdmilanın Fransanın Biarritz şəhərində villasını, Davosda (İsveçrə) bir mənzilini, ispaniyanın Malaqa şəhərində iki evini də ortaya çıxarıblar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1848   Tarix: 07 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Meksikada üç turistin qətlinə görə şok hökm

Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları

18 oktyabr
.

Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi

Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy

19 oktyabr
.

Bu ölkədə bir milyondan çox qadının adı eynidir

Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır

18 oktyabr
.

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa

18 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

Yəməndə raket hücumu: azı 20 hərbiçi öldürülüb

Yəmənin cənubundakı Şəbva vilayətində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə ballistik raketlərlə hücum edilib. Nəticədə azı 20 hərbiçi həlak olub, 20-dən çox hərbiçi yaralanıb. Associated Press-ə istinadən xəbər verir ki, hücum oktyabrın 19-da Əl-Ələm hərbi düşərgəsinə qarşı həyata keçirilib. Yəmə

19 oktyabr
.

Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç

19 oktyabr
.

Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək

Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad

19 oktyabr
.

BBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb

BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ

19 oktyabr